Tarix:26/04/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, rəqabətin güclənməsi yubiley “iPhone” modelinin buraxılışı ilə əlaqədar gözlənilir. “iPhone”un bazarda iştirakının onilliyi münasibətilə “Apple” şirkətinin dizaynı köklü şəkildə təkmilləşdirilən - yeni “OLED” displey və digər qabaqcıl xüsusiyyətlərə malik model təqdim edəcəyi ehtimal olunur.
“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, yeni "iPhone” modellərinin illik istehsal həcmi minimum 100 milyon ədəd təşkil edəcək. “OLED” ekranlı versiyanın ümumi göstəricidə payı isə 40 faizə bərabər olacaq. Gözlənildiyinə görə, 2017-ci ildə “Apple” şirkətinin ümumilikdə 230 milyon “iPhone” buraxacağı gözlənilir ki, bu da 6 faizlik artıma uyğun gələcək.
Lakin “Android” sistemli smartfonların buraxılışında ixtisaslaşan rəqib şirkətlərin nümayəndələri - “Samsung Electronics”, “LG Electronics”, “Sony Mobile”, “Huawei” və “Oppo” artıq bazar payını qorumaq məqsədilə yeni qurğular təqdim ediblər.
Satışına aprelin 21-dən başlanan qabaqcıl “Samsung Galaxy S8” smartfonlarının ilk hissəsinin 17 milyon ədəd təşkil edəcəyi proqnozlaşdırılır. Mənbələrin məlumatına görə, bu, əvvəlki versiyanın - “Galaxy S7” qurğusunun ilkin partiyası ilə müqayisədə 40 faiz çoxdur. Bundan başqa, “Samsung” şirkətinin il ərzində ümumilikdə təxminən 60 milyon “Galaxy S8” tədarük edəcəyi gözlənilir.
Digər istehsalçılar, o cümlədən Çin şirkətləri Hindistan, Cənubi Afrika və Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan bazarlarda mövqelərini aktiv şəkildə möhkəmləndirir.
Çin istehsalçıları yerli bazarda da mövqelərini itirmir. Hazırda ölkədə “Huawei”, “Oppo”, “Vivo” və “Xiaomi” şirkətlərinin lider olması bildirilərək “Android” modellərində ixtisaslaşan istehsalçıların pul ifadəsində smartfonlar bazarında 86,4 faizə nəzarət etməsi qeyd olunur. Bununla yanaşı, “iOS” sisteminin Çində payı 13,2 faizdir.
Məlumata görə, 2017-ci ildə “Google” şirkətinin mobil platforması qlobal smartfonlar bazarında iştirakını genişləndirməkdə davam edəcək və “Android” sisteminin payı 90 faizə çatacaq.
Nizam Nuriyev
“Android” smartfonlar bazarında mövqeyini möhkəmləndirməkdə davam edəcək
Sahə üzrə ekspertlər 2017-ci ildə smartfonlar bazarında, xüsusilə Çin bazarında iki əsas mobil platforma - “iOS” və “Android” əməliyyat sistemləri arasında mübarizənin gərginləşəcəyini proqnozlaşdırırlar.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, rəqabətin güclənməsi yubiley “iPhone” modelinin buraxılışı ilə əlaqədar gözlənilir. “iPhone”un bazarda iştirakının onilliyi münasibətilə “Apple” şirkətinin dizaynı köklü şəkildə təkmilləşdirilən - yeni “OLED” displey və digər qabaqcıl xüsusiyyətlərə malik model təqdim edəcəyi ehtimal olunur.
“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, yeni "iPhone” modellərinin illik istehsal həcmi minimum 100 milyon ədəd təşkil edəcək. “OLED” ekranlı versiyanın ümumi göstəricidə payı isə 40 faizə bərabər olacaq. Gözlənildiyinə görə, 2017-ci ildə “Apple” şirkətinin ümumilikdə 230 milyon “iPhone” buraxacağı gözlənilir ki, bu da 6 faizlik artıma uyğun gələcək.
Lakin “Android” sistemli smartfonların buraxılışında ixtisaslaşan rəqib şirkətlərin nümayəndələri - “Samsung Electronics”, “LG Electronics”, “Sony Mobile”, “Huawei” və “Oppo” artıq bazar payını qorumaq məqsədilə yeni qurğular təqdim ediblər.
Satışına aprelin 21-dən başlanan qabaqcıl “Samsung Galaxy S8” smartfonlarının ilk hissəsinin 17 milyon ədəd təşkil edəcəyi proqnozlaşdırılır. Mənbələrin məlumatına görə, bu, əvvəlki versiyanın - “Galaxy S7” qurğusunun ilkin partiyası ilə müqayisədə 40 faiz çoxdur. Bundan başqa, “Samsung” şirkətinin il ərzində ümumilikdə təxminən 60 milyon “Galaxy S8” tədarük edəcəyi gözlənilir.
Digər istehsalçılar, o cümlədən Çin şirkətləri Hindistan, Cənubi Afrika və Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan bazarlarda mövqelərini aktiv şəkildə möhkəmləndirir.
Çin istehsalçıları yerli bazarda da mövqelərini itirmir. Hazırda ölkədə “Huawei”, “Oppo”, “Vivo” və “Xiaomi” şirkətlərinin lider olması bildirilərək “Android” modellərində ixtisaslaşan istehsalçıların pul ifadəsində smartfonlar bazarında 86,4 faizə nəzarət etməsi qeyd olunur. Bununla yanaşı, “iOS” sisteminin Çində payı 13,2 faizdir.
Məlumata görə, 2017-ci ildə “Google” şirkətinin mobil platforması qlobal smartfonlar bazarında iştirakını genişləndirməkdə davam edəcək və “Android” sisteminin payı 90 faizə çatacaq.
Nizam Nuriyev
Baxış sayı: 354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb