12px13px15px17px
Tarix:01/05/17

Məlumat sızmasına səbəb olan hallar məlum olub

Ötən il kibercasusluq məqsədilə həyata keçirilən hücumlar istehsal və ictimai sektorda, eləcə də təhsil sahəsində müəssisələrə qarşı yönələn ən geniş yayılmış hücum növü olub. Məsələn, 2015-ci illə müqayisədə belə insidentlərin sayı 8 faiz - 13 faizdən 21 faizədək artıb. Bu barədə “Verizon” şirkətinin məlumat sızmalarına həsr edilən illik hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, sənaye sektorunda kibercasusluqla əlaqədar insidentlər məlumat sızmalarının 94 faizinə səbəb olub. Məqsədi kommersiya sirlərini ələ keçirmək olan insidentlərin 93 faizi kənardan təşkil edilib.

Bildirilir ki, 2015-ci ilə nisbətdə fırıldaqçı proqram təminatından istifadə etməklə hücumların, eləcə də fişinq hücumlarının sayında iki dəfə artım qeydə alınıb. Şirkət mütəxəssisləri tərəfindən təhlil edilən 1 935 məlumat sızmasının 40 faizi fişinq hücumlarının payına düşüb.

Məlumata görə, məlumat sızmalarının 25 faizi informasiyanı ya qəsdən oğurlayan, ya da vacib məlumatların olduğu noutbuk və digər qurğuları təsadüfən itirən insayder fəaliyyəti ilə əlaqədardır.

Məlumat sızmasına səbəb olan digər hallar sırasında mütəxəssislər tərəfindən POS-terminallara hücumlar, skimmerlərdən istifadə etməklə fiziki hücumlar, veb proqramlara hücumlar və qurğuların zərərli proqram təminatı ilə yoluxdurulması qeyd edilir.

Nizam Nuriyev 




Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024