12px13px15px17px
Tarix:18/05/17

“DDoS” hücumlarının orta gücündə azalma qeydə alınıb

"Akamai Technologies" şirkəti tədqiqat apararaq sifarişli "DDoS" hücumlar bazarında kibercinayətkar qruplaşmaların sayının artması ilə onların bir-birinə mane olması nəticəsində hücumların orta gücünün zəifləməsi qənaətinə gəlib.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, dünyada botnetlərə birləşdirilə biləcək boşluğa malik çoxlu qurğular mövcuddur. Müəyyən proqram təminatının qurğunu yoluxduraraq onu botnet şəbəkəsinin tərkib hissəsinə çevirməsi sonradan onun digər proqram təminatını yoluxdura və digər botnetə qoşa bilməməsi kimi başa düşülməməlidir.  "Akamai Technologies" eksperti Martin Makkiy bildirib ki, başqa insanlar qurğu üzərində nəzarəti ələ keçirərək ondan şəxsi botnetlərində istifadə edə bilərlər. "Mən bunu daim müşahidə edirəm", - o qeyd edib.

Bildirilir ki, analiz edilən məlumatlarda mütəxəssislər tərəfindən kibercinayətkar qruplaşmalar arasında fikir ayrılıqlarının olması ilə bağlı sübutlar aşkarlanıb. Məsələn, son il yarımda "DDoS" hücumlarının orta gücündə tədricən azalma qeydə alınıb. 2015-ci ilin əvvəlində orta güc 4 giqabit/saniyə təşkil edirdisə, 2017-ci ilin birinci rübündə təxminən 500 meqabayt/saniyəyədək aşağı düşüb.

Məlumata görə, son ildə, həmçinin miqyaslı "DDoS" hücumlarının sayında azalma müşahidə olunur. 2016-cı ilin birinci rübündə şirkət ekspertləri tərəfindən gücü 100 giqabit/saniyədən çox 19 hücum qeydə alındığı halda il ərzində bu göstərici 2-dək azalıb. Ekspertlər miqyaslı "DDoS" hücumlarının sayının azalmasını bir neçə iri kibercinayətkar qruplaşma üzvlərinin həbsləri ilə izah edirlər. Bununla belə, şirkətlərə bir müddət sonra sifarişli "DDoS" hücumlar bazarına yeni oyunçuların daxil olacağına görə mühafizə sisteminə etinasız yanaşmamaları tövsiyə edilir.  

"Təxminən üç il əvvəl sürətlə artmağa başlayaraq böyük miqyas alan "DDoS" dövrəli fenomendir. İl ərzində azalma tendensiyası müşahidə olunsa da, biz bunun müvəqqəti dəyişiklik olmasını və sonradan hər şeyin əvvəlki vəziyyətə qayıdacağını düşünürük. İki-üç il ərzində 5-10 terabit sürətində hücumlar gözlənilir", - M.Makkiy vurğulayıb.

Nizam Nuriyev 




Baxış sayı: 417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024