Tarix:07/06/17
"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, "sərnişin iqtisadiyyatı"na (Intel onu belə adlandırır) tam avtonom nəqliyyat vasitələrinin yaranması nəticəsində əmələ gələcək məhsul və xidmətlərin qiyməti, eləcə də vaxt kimi ikinci dərəcəli iqtisadiyyat daxildir.
Tədqiqatda qeyd olunur ki, avtonom texnologiyalar sənayenin müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, ilk nəticələr isə "Biznes üçün biznes" sahəsində hiss ediləcək. Məsələn, söhbət inkişaf etmiş bazarlar və yüklərin çatdırılması sahəsindən gedir. Məhz bu seqment sürücüsüz avtomobillərin geniş yayılmasının ilkin mərhələsinin başlanğıcında gəlirin təxminən 2/3 hissəsini təmin edəcək.
İctimai nəqliyyat sahəsində tələbə görə avtonom avtomobil parklarının inkişafı sayəsində köklü dəyişikliklərin baş verəcəyi gözlənilir.
Tədqiqata görə, insanlar böyük şəhərlərə aktiv köçməklə nəqliyyat infrastrukturu üçün əlavə yük yaradacaqlar. Tıxacları və havanın çirkləndirilməsini aradan qaldırmaq üçün yerli hakimiyyət orqanları avtonom nəqliyyata daha çox diqqət yetirmək məcburiyyətində qalacaqlar.
Nizam Nuriyev
Sürücüsüz avtomobillər bazarının ümumi gəliri 7 trilyon dollara çatacaq
"Intel" şirkəti "Strategy Analytics" tədqiqatının nəticələrini dərc edərək gələcəkdə sürücüsüz avtomobillər bazarının yetərincə perspektivli olacağını və nəzərəçarpacaq gəlir generasiya edəcəyini açıqlayıb. Analitiklərin fikrincə, 2050-ci ilədək bazarda illik artım həcmi 2035-ci ildəki 800 milyard dollardan 7 trilyon dollaradək artacaq. Bundan başqa, sürücüsüz avtomobillərin geniş yayılmasına hazır olmayan şirkətlər isə ümumiyyətlə, kənarda qalmaq riski ilə üzləşə bilərlər. Nəhayət, avtonom nəqliyyat vasitələrindən istifadəyə keçid 10 il - 2035-2045-ci illər ərzində 585 milyon insanın həyatını xilas etməyə imkan verəcək."ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, "sərnişin iqtisadiyyatı"na (Intel onu belə adlandırır) tam avtonom nəqliyyat vasitələrinin yaranması nəticəsində əmələ gələcək məhsul və xidmətlərin qiyməti, eləcə də vaxt kimi ikinci dərəcəli iqtisadiyyat daxildir.
Tədqiqatda qeyd olunur ki, avtonom texnologiyalar sənayenin müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, ilk nəticələr isə "Biznes üçün biznes" sahəsində hiss ediləcək. Məsələn, söhbət inkişaf etmiş bazarlar və yüklərin çatdırılması sahəsindən gedir. Məhz bu seqment sürücüsüz avtomobillərin geniş yayılmasının ilkin mərhələsinin başlanğıcında gəlirin təxminən 2/3 hissəsini təmin edəcək.
İctimai nəqliyyat sahəsində tələbə görə avtonom avtomobil parklarının inkişafı sayəsində köklü dəyişikliklərin baş verəcəyi gözlənilir.
Tədqiqata görə, insanlar böyük şəhərlərə aktiv köçməklə nəqliyyat infrastrukturu üçün əlavə yük yaradacaqlar. Tıxacları və havanın çirkləndirilməsini aradan qaldırmaq üçün yerli hakimiyyət orqanları avtonom nəqliyyata daha çox diqqət yetirmək məcburiyyətində qalacaqlar.
Nizam Nuriyev
Baxış sayı: 325
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb