Tarix:09/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkət 2021-ci ilədək “kompüterdən kompüterə” prinsipi üzrə işləyən qurğularda artım gözləyir. Belə qurğuların bütün qoşulmuş internet qurğularının 51 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Bəs kompüterlər bir-biri ilə nə barədə “danışacaq”? Bu, əsasən “ağıllı” ev infrastrukturu (işıqlandırma, isitmə sistemi və s.) barədə olacaq. Hesabata görə, 2021-ci ilədək evlərdə 6 milyard qurğu quraşdırılacaq. Daha bir neçə milyard qurğu ofis, xəstəxana, fabrik və mağazalarda yerləşdiriləcək. “Cisco”nun baş analitiki Şruti Ceynin sözlərinə görə, smartfon və planşet kimi fərdi qurğulardan istifadə son həddə çatıb.
“Sözsüz, biz daha çox smartfon və digər qurğular əldə edə bilərik və onların hamısı əvvəlkilərdən keyfiyyətli olacaq. Lakin hər şeyin həddi var”, - ekspert qeyd edib.
Şirkətin illik proqnozları bir qədər gözlənilməz olub. 2012-ci ildə şirkətin yaxın 5 il üçün dünya onlayn trafikinin artımı üzrə proqnozu faktiki statistik artımın təxminən 1 faizini təşkil edib.
Nizam Nuriyev
Fərdi qurğulardan istifadə son həddə çatıb
“Cisco” şirkətinin yeni hesabatında hazırda internetin əksər hissəsinin smartfon, planşet və fərdi kompüterlərlə - insanı informasiya ilə təchiz edən qurğularla təmsil olunması qeyd edilib və beş il sonra həmin qurğuların sayının azalacağı və əsas diqqətin “ağıllı” ev, ofis və avtomobillərdə bir-biri ilə ünsiyyət üçün nəzərdə tutulan kompüterlərə yönəldiləcəyi proqnozlaşdırılır.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkət 2021-ci ilədək “kompüterdən kompüterə” prinsipi üzrə işləyən qurğularda artım gözləyir. Belə qurğuların bütün qoşulmuş internet qurğularının 51 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Bəs kompüterlər bir-biri ilə nə barədə “danışacaq”? Bu, əsasən “ağıllı” ev infrastrukturu (işıqlandırma, isitmə sistemi və s.) barədə olacaq. Hesabata görə, 2021-ci ilədək evlərdə 6 milyard qurğu quraşdırılacaq. Daha bir neçə milyard qurğu ofis, xəstəxana, fabrik və mağazalarda yerləşdiriləcək. “Cisco”nun baş analitiki Şruti Ceynin sözlərinə görə, smartfon və planşet kimi fərdi qurğulardan istifadə son həddə çatıb.
“Sözsüz, biz daha çox smartfon və digər qurğular əldə edə bilərik və onların hamısı əvvəlkilərdən keyfiyyətli olacaq. Lakin hər şeyin həddi var”, - ekspert qeyd edib.
Şirkətin illik proqnozları bir qədər gözlənilməz olub. 2012-ci ildə şirkətin yaxın 5 il üçün dünya onlayn trafikinin artımı üzrə proqnozu faktiki statistik artımın təxminən 1 faizini təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 304
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb