Tarix:19/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə mobil genişzolaqlı şəbəkələrə qoşulmaların sayı 4,6 milyard təşkil edib ki, bu da ötənilki göstəricilərdən 25% daha çoxdur. 2022-ci ilə bu göstəricinin 8,3 milyardadək, mobil rabitə şəbəkələrində trafikin həcminin isə 8 dəfə artacağı gözlənilir.
Məlumata görə, 2017-ci ilin yanvar-martında təxminən 107 milyon nəfər mobil internetdən istifadəyə başlayıb. Beləliklə, hər gün 1 milyondan çox yeni istifadəçi mobil internetə qoşulur.
“Ericsson Mobility Report” adlı hesabata görə, 2018-ci ildə “LTE” texnologiyası dünyada geniş yayılacaq. 5 il ərzində “LTE” abunəçilərinin sayı 2,5 milyarda yaxınlaşıb, halbuki “3G” şəbəkəsində buna 8 il vaxt lazım olub. 2017-ci ilin birinci rübündə “LTE” şəbəkəsində yeni istifadəçilərin sayı 250 milyon nəfər artıb.
“Ericsson” şirkətinin proqnozuna görə, 2022-ci ilə 500 milyondan çox abunəçi (əşyalar interneti qurğuları nəzərə alınmır) beşinci nəsil şəbəkəsindən istifadə edəcək və dünya əhalisinin 15%-i sözügedən şəbəkənin əhatə zonasında yaşayacaq.
“Ericsson” şirkətinin proqnozuna görə, yaxın illərdə videoməzmun mobil trafikin həcminin artımına səbəb olacaq. 2016-cı ilin sonuna mobil genişzolaqlı şəbəkələrdə ötürülən məlumatların ümumi həcmində videonun payı 50% təşkil edib. 2022-ci ilin sonuna kimi bu göstərici 75%-dək artacaq.
Emil Hüseynov
Yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq
Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə mobil genişzolaqlı şəbəkələrə qoşulmaların sayı 4,6 milyard təşkil edib ki, bu da ötənilki göstəricilərdən 25% daha çoxdur. 2022-ci ilə bu göstəricinin 8,3 milyardadək, mobil rabitə şəbəkələrində trafikin həcminin isə 8 dəfə artacağı gözlənilir.
Məlumata görə, 2017-ci ilin yanvar-martında təxminən 107 milyon nəfər mobil internetdən istifadəyə başlayıb. Beləliklə, hər gün 1 milyondan çox yeni istifadəçi mobil internetə qoşulur.
“Ericsson Mobility Report” adlı hesabata görə, 2018-ci ildə “LTE” texnologiyası dünyada geniş yayılacaq. 5 il ərzində “LTE” abunəçilərinin sayı 2,5 milyarda yaxınlaşıb, halbuki “3G” şəbəkəsində buna 8 il vaxt lazım olub. 2017-ci ilin birinci rübündə “LTE” şəbəkəsində yeni istifadəçilərin sayı 250 milyon nəfər artıb.
“Ericsson” şirkətinin proqnozuna görə, 2022-ci ilə 500 milyondan çox abunəçi (əşyalar interneti qurğuları nəzərə alınmır) beşinci nəsil şəbəkəsindən istifadə edəcək və dünya əhalisinin 15%-i sözügedən şəbəkənin əhatə zonasında yaşayacaq.
“Ericsson” şirkətinin proqnozuna görə, yaxın illərdə videoməzmun mobil trafikin həcminin artımına səbəb olacaq. 2016-cı ilin sonuna mobil genişzolaqlı şəbəkələrdə ötürülən məlumatların ümumi həcmində videonun payı 50% təşkil edib. 2022-ci ilin sonuna kimi bu göstərici 75%-dək artacaq.
Emil Hüseynov
Baxış sayı: 365
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb