12px13px15px17px
Tarix:23/06/17

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

"Check Point" şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın "Fireball" və "WannaCry" viruslarının hücumuna məruz qalmasını açıqlayıb. Əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. "Fireball" dünya təşkilatlarının 20 faizinə ziyan vurub. "WannaCry" təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran "RoughTed" olub.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, "Fireball" brauzerləri əlavə proqram təminatının yüklənilməsi və ya qiymətli məlumatların oğurlanması üçün istifadə oluna biləcək virusa yoluxdurub. "RoughTed" zərərli reklamın geniş kampaniyasıdır. "WannaCry"da olduğu kimi, virus yaradıcıları onun şəbəkələr daxilində və arasında yayılması üçün "Windows SMB" eksploytunun "EternalBlue" adlı imkanlarından istifadə ediblər.

Məlumata görə, ən aktiv zərərli proqramlar onluğuna, həmçinin 2017-ci ilin mayınadək mütəxəssislərə məlum olmayan "Jaff" proqram təminatı daxildir. Virus səkkizinci yeri tutub. Ən fəal mobil zərərli proqramlar arasında "Hiddad" və "Triada" viruslarını geridə qoyan "Hummingbad" olub.

"Check Point" hesabatında qeyd olunur ki, kiberhücumlara ən çox Zambiya, Nigeriya və Kamboca, ən az isə Lixtenşteyn, Tanzaniya və Gernsi adasının şirkətləri məruz qalıb.

Nizam Nuriyev 




Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024