Tarix:29/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, ümumilikdə rəqəmli transformasiya layihələrinin büdcəsinin təxminən yarısı rabitə ödənişləri, İT sahəsində xidmətlər, eləcə də proqramların hazırlanması və quraşdırılması üçün sərf olunur. Lakin müxtəlif sahələrdə xərclərin bölüşdürülməsi eyni deyil. Məsələn, istehsalda büdcənin 20 faizi proqramların hazırlanması və quraşdırılmasına xərclənir, nəqliyyat müəssisələri isə vəsaitlərin yarısını rabitə xidmətlərinə sərf edir.
Məlumata görə, cari ildə investisiyaların yarısından çoxu əməliyyat modellərində innovasiyaları dəstəkləyən texnologiyalara - rəqəmli şəbəkəyə məhsul və xidmətlərin, aktivlərin, əməkdaş və ticarət tərəfdaşlarının daxil edilməsi ilə fəaliyyətin səmərəliyinin artırılmasına yönəldiləcək. İnvestisiyaların böyüklüyünə görə ikinci yerdə müştəri, tərəfdaş və əməkdaşlarla fəaliyyətin dəstəklənməsi, eləcə də fərdi tələbat məhsul və xidmətlərinin yaradılması texnologiyaları qərarlaşıb.
Nizam Nuriyev
Rəqəmli transformasiya texnologiyaları üçün xərclər 1,2 trilyon dollaradək artacaq
“IDC” analitik şirkəti 2017-ci ildə dünyada rəqəmli transformasiya layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan mal və xidmətlərin satış həcminin 1,2 trilyon dolları ötəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisini 17,8 faiz üstələyir. Yüksək artım tempi yaxın illərdə də davam edəcək və 2020-ci ilədək satış həcmi 2 trilyon dollaradək artacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, ümumilikdə rəqəmli transformasiya layihələrinin büdcəsinin təxminən yarısı rabitə ödənişləri, İT sahəsində xidmətlər, eləcə də proqramların hazırlanması və quraşdırılması üçün sərf olunur. Lakin müxtəlif sahələrdə xərclərin bölüşdürülməsi eyni deyil. Məsələn, istehsalda büdcənin 20 faizi proqramların hazırlanması və quraşdırılmasına xərclənir, nəqliyyat müəssisələri isə vəsaitlərin yarısını rabitə xidmətlərinə sərf edir.
Məlumata görə, cari ildə investisiyaların yarısından çoxu əməliyyat modellərində innovasiyaları dəstəkləyən texnologiyalara - rəqəmli şəbəkəyə məhsul və xidmətlərin, aktivlərin, əməkdaş və ticarət tərəfdaşlarının daxil edilməsi ilə fəaliyyətin səmərəliyinin artırılmasına yönəldiləcək. İnvestisiyaların böyüklüyünə görə ikinci yerdə müştəri, tərəfdaş və əməkdaşlarla fəaliyyətin dəstəklənməsi, eləcə də fərdi tələbat məhsul və xidmətlərinin yaradılması texnologiyaları qərarlaşıb.
Nizam Nuriyev
Baxış sayı: 347
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb