12px13px15px17px
Tarix:01/07/17

2021-ci ilə qlobal mobil proqramlar bazarının həcmi 6,3 trilyon təşkil edəcək

“App Annie” şirkətinin araşdırmasına görə, mobil qurğular üçün proqramlar daha çox gəlir gətirə bilər. Analitik şirkətin məlumatına əsasən, 2021-ci ilə mobil proqramlardan əldə edilən gəlirin həcmi 6,3 trilyon dollar təşkil edəcək. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 1,3 trilyon dollar təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” resursuna istinadən yazır ki, “App Annie” analitik şirkəti qlobal mobil tətbiqlər bazarında kəskin artımı onunla izah edir ki, smartfon satın alan və mobil proqramlardan istifadə edən insanların sayı artır. Məlumata görə, insanlar mobil proqramlarda daha çox vaxt keçirir. Gözləntilərə görə, 2021-ci ildə mobil proqramlarda keçirilmiş ümumi vaxt 3,5 trilyon saat təşkil edəcək. 2016-cı ildə insanlar mobil proqramlardan istifadəyə 1,6 trilyon saat vaxt sərf ediblər.

“App Annie” şirkətinin nümayəndəsi bildirib ki, mobil ticarət mobil və proqramlar iqtisadiyyatının inkişafına böyük təkan verir. Şirkətin qiymətləndirməsinə görə, şopinq üçün smartfondan istifadə edən insanların sayı artmağa başlayacaq.

“iOS” üçün proqramlardan ibarət “App Store” ən böyük proqram təminatı mağazasıdır və 2021-ci ildə onun gəliri 60 milyard dollar təşkil edəcək. Bununla belə, ilin sonunadək “Google Play” və “Android” üçün kənar proqram mağazaları birgə gəlir həcminə görə “iOS”-u ötəcək.

Tədqiqatçılar belə hesab edirlər ki, 2017-ci ildə “App Store” proqramlar mağazasının gəliri 40 milyard dollara bərabər olacaq. Eyni zamanda “Google Play” və kənar proqram mağazalarının göstəricisi müvafiq olaraq 21 və 20 milyard dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024