Tarix:06/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə mobil telefonların qlobal tədarük həcmi 1,89 milyon ədədədək artıb. 2017-2018-ci illərdə müvafiq olaraq 1,9 və 1,936 milyon ədədədək artım gözlənilir. 2019-cu ildə isə tədarükün 1,934 milyon ədədədək azalacağı proqnozlaşdırılır.
Proqnoza görə, 2017-ci ildə dünyada 1,6 milyard smartfon buraxılacaq ki, bu da bir il əvvəlin göstəricisindən 5 faiz çoxdur. İstifadəçilər azfunksiyalı adi telefonların alışı əvəzinə, ucuz və bahalı modellər üçün xərcləri artırmaqda davam edirlər.
Bildirilir ki, hazırda smartfonlar seqmenti daha çox fərqli xüsusiyyətlərə malik yeni qurğulardan asılıdır. Çünki istehlakçılar telefonları gec yeniləyir və yeni modelin alınması üçün onlara istehsalçıların təklif etdiyi tutarlı əsaslar lazımdır.
“Gartner” şirkətinin tədqiqatlar üzrə direktoru Roberta Kozza bildirib ki, qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8+” qurğuları 2017-ci ildə bazara güclü təsir göstərib. Bu isə xüsusilə qüsurlu batareyaya görə “Galaxy Note 7” smartfonunun satışdan çıxarılmasından sonra müşahidə edilib. Lakin yeni qurğular sayəsində “Samsung” şirkəti öz nüfuzunu bərpa edə bilib.
Direktorun fikrincə, bu il bahalı smartfonların satışında gələcək artım yeni “iPhone” modelinin texniki xüsusiyyətlərindən asılı olacaq. İlkin məlumata görə, yubiley “Apple” smartfonunun (bu il şirkət bazarda iştirakının 10 illiyini qeyd edəcək) funksiya və dizaynında köklü dəyişikliklər ediləcək. Məsələn, gözlənilən yeniliklər əlavə reallıq və kompüter təlimi texnologiyalarına aid edilir.
Şirkətin hesablamalarına görə, 2017-ci ilin yanvar-martında dünyada 380 milyon smartfon satılıb. Ötən ilin analoji dövründə bu göstərici 348,2 milyon ədəd təşkil edib. Natural ifadədə bazarın liderləri “Samsung”, “Apple” və “Huawei” şirkətləri olaraq qalır.
Nizam Nuriyev
2017-ci ildə dünyada 1,6 milyard smartfon buraxılacaq
“Gartner” analitik şirkəti 2019-cu ildə dünya mobil telefonlar bazarında artımın azalacağını proqnozlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə mobil telefonların qlobal tədarük həcmi 1,89 milyon ədədədək artıb. 2017-2018-ci illərdə müvafiq olaraq 1,9 və 1,936 milyon ədədədək artım gözlənilir. 2019-cu ildə isə tədarükün 1,934 milyon ədədədək azalacağı proqnozlaşdırılır.
Proqnoza görə, 2017-ci ildə dünyada 1,6 milyard smartfon buraxılacaq ki, bu da bir il əvvəlin göstəricisindən 5 faiz çoxdur. İstifadəçilər azfunksiyalı adi telefonların alışı əvəzinə, ucuz və bahalı modellər üçün xərcləri artırmaqda davam edirlər.
Bildirilir ki, hazırda smartfonlar seqmenti daha çox fərqli xüsusiyyətlərə malik yeni qurğulardan asılıdır. Çünki istehlakçılar telefonları gec yeniləyir və yeni modelin alınması üçün onlara istehsalçıların təklif etdiyi tutarlı əsaslar lazımdır.
“Gartner” şirkətinin tədqiqatlar üzrə direktoru Roberta Kozza bildirib ki, qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8+” qurğuları 2017-ci ildə bazara güclü təsir göstərib. Bu isə xüsusilə qüsurlu batareyaya görə “Galaxy Note 7” smartfonunun satışdan çıxarılmasından sonra müşahidə edilib. Lakin yeni qurğular sayəsində “Samsung” şirkəti öz nüfuzunu bərpa edə bilib.
Direktorun fikrincə, bu il bahalı smartfonların satışında gələcək artım yeni “iPhone” modelinin texniki xüsusiyyətlərindən asılı olacaq. İlkin məlumata görə, yubiley “Apple” smartfonunun (bu il şirkət bazarda iştirakının 10 illiyini qeyd edəcək) funksiya və dizaynında köklü dəyişikliklər ediləcək. Məsələn, gözlənilən yeniliklər əlavə reallıq və kompüter təlimi texnologiyalarına aid edilir.
Şirkətin hesablamalarına görə, 2017-ci ilin yanvar-martında dünyada 380 milyon smartfon satılıb. Ötən ilin analoji dövründə bu göstərici 348,2 milyon ədəd təşkil edib. Natural ifadədə bazarın liderləri “Samsung”, “Apple” və “Huawei” şirkətləri olaraq qalır.
Nizam Nuriyev
Baxış sayı: 311
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb