Tarix:12/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mənfi nəticələri azaltmağa çalışan bir neçə şirkət iyul-dekabrda çox yüksək təsvir ölçülü ekrana malik, aşağı enerji sərfiyyatlı və mobil internet dəstəkli yüksəksəviyyəli modellər çıxarmağı planlaşdırırlar. İstehsalçıların fikrincə, bu kimi xüsusiyyətlər alıcıları cəlb edəcək.
Eyni zamanda “IDC” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin birinci rübündə çıxarılıb taxılan ekrana malik hibrid modellər daxil olmaqla planşetlərin qlobal tədarük həcmi illik hesablamada 8,5% azalaraq 36,2 milyon təşkil edib. Planşet sahəsində azalma artıq on rüb ardıcıl baş verir.
“Gartner”in analitikləri hesab edirlər ki, cari ildə “Apple iPad” və “iPad mini”, “Samsung Galaxy Tab S2”, “Amazon Fire HD”, “Lenovo Yoga Tab 3”, “Acer Iconia One” kimi ənənəvi və hibrid planşet kompüterlərin tədarük həcmi 160 milyonadək azalacaq (2016-cı ildə bu göstərici 169 milyon olub). Növbəti iki ildə də neqativ dinamika davam edəcək: planşetlərin tədarükü 159 və 158 milyonadək azalacaq.
Emil Hüseynov
Qlobal planşetlər bazarında azalma gözlənilir
“DigiTimes” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin ikinci yarısında qlobal planşetlər bazarında tələbat azalmağa davam edəcək və cihazların tədarükü aşağı düşəcək.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mənfi nəticələri azaltmağa çalışan bir neçə şirkət iyul-dekabrda çox yüksək təsvir ölçülü ekrana malik, aşağı enerji sərfiyyatlı və mobil internet dəstəkli yüksəksəviyyəli modellər çıxarmağı planlaşdırırlar. İstehsalçıların fikrincə, bu kimi xüsusiyyətlər alıcıları cəlb edəcək.
Eyni zamanda “IDC” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin birinci rübündə çıxarılıb taxılan ekrana malik hibrid modellər daxil olmaqla planşetlərin qlobal tədarük həcmi illik hesablamada 8,5% azalaraq 36,2 milyon təşkil edib. Planşet sahəsində azalma artıq on rüb ardıcıl baş verir.
“Gartner”in analitikləri hesab edirlər ki, cari ildə “Apple iPad” və “iPad mini”, “Samsung Galaxy Tab S2”, “Amazon Fire HD”, “Lenovo Yoga Tab 3”, “Acer Iconia One” kimi ənənəvi və hibrid planşet kompüterlərin tədarük həcmi 160 milyonadək azalacaq (2016-cı ildə bu göstərici 169 milyon olub). Növbəti iki ildə də neqativ dinamika davam edəcək: planşetlərin tədarükü 159 və 158 milyonadək azalacaq.
Emil Hüseynov
Baxış sayı: 390
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb