Tarix:15/07/17
"ICTnews" Elektron Xəbər Xidməti "ITCua" resursuna istinadən yazır ki, "Bloomberg" agentliyi ekspertlərinin məlumatına görə, 2040-cı ilədək dünyada satılan yeni avtomobillərin yarısından çoxu tam elektrik olacaq. Öz növbəsində mütəxəssislər xəbərdarlıq edir ki, bu, elektrik enerjisinə tələbatın kəskin artması ilə nəticələnəcək.
Belə ki, elektromobillərin elektrik enerjisindən yüksək artımla 2020-ci ildən etibarən işlətməyə başlayacağı proqnozlaşdırılır. 2016-cı ilin yekunları üzrə dünya elektromobillər parkı 6 teravatt tələb edirdisə, 2030-cu ilədək bu göstərici 400, 2040-cı ilədək 1800 teravatt səviyyəsinə çataraq 24 il ərzində 300 dəfə artacaq.
Nəticədə 2040-cı ilədək elektromobillərin ümumdünya elektrik enerjisinə tələbatda payı 5 faiz təşkil edəcək. Bu isə o deməkdir ki, elektrik enerjisi istehsalçıları təkcə istehsalı gücləndirməklə deyil, elektrik enerjisinin saxlanılması sistemlərini aktiv inkişaf etdirməklə, eləcə də elektromobillərin pik saatlarında yox, məsələn, axşam və ya istirahət günlərində enerji toplamasını stimullaşdıracaq uyğun tariflər hazırlamaqla məşğul olacaqlar.
Ekspertlərin sözlərinə görə, son nəticədə elektrik enerjisi tədarükçüləri faydalanacaq. Bu gün onlar daha ucuz günəş və külək energetikasının inkişafı fonunda qiymətlərin aşağı düşməsindən ziyan çəkirlərsə, elektromobillərin populyarlığının artması ilə əlaqədar elektrik enerjisinə tələbat yüksələcək və onlar yenidən qiymətləri artırmaq imkanı əldə edəcəklər.
Nizam Nuriyev
“Bloomberg”: “Elektromobillərin enerji sərfiyyatı 300 dəfə artacaq”
Elektromobillərin avtomobil sənayesi ilə yanaşı, dünya elektrik enerjisi bazarını dəyişəcəyi gözlənilir."ICTnews" Elektron Xəbər Xidməti "ITCua" resursuna istinadən yazır ki, "Bloomberg" agentliyi ekspertlərinin məlumatına görə, 2040-cı ilədək dünyada satılan yeni avtomobillərin yarısından çoxu tam elektrik olacaq. Öz növbəsində mütəxəssislər xəbərdarlıq edir ki, bu, elektrik enerjisinə tələbatın kəskin artması ilə nəticələnəcək.
Belə ki, elektromobillərin elektrik enerjisindən yüksək artımla 2020-ci ildən etibarən işlətməyə başlayacağı proqnozlaşdırılır. 2016-cı ilin yekunları üzrə dünya elektromobillər parkı 6 teravatt tələb edirdisə, 2030-cu ilədək bu göstərici 400, 2040-cı ilədək 1800 teravatt səviyyəsinə çataraq 24 il ərzində 300 dəfə artacaq.
Nəticədə 2040-cı ilədək elektromobillərin ümumdünya elektrik enerjisinə tələbatda payı 5 faiz təşkil edəcək. Bu isə o deməkdir ki, elektrik enerjisi istehsalçıları təkcə istehsalı gücləndirməklə deyil, elektrik enerjisinin saxlanılması sistemlərini aktiv inkişaf etdirməklə, eləcə də elektromobillərin pik saatlarında yox, məsələn, axşam və ya istirahət günlərində enerji toplamasını stimullaşdıracaq uyğun tariflər hazırlamaqla məşğul olacaqlar.
Ekspertlərin sözlərinə görə, son nəticədə elektrik enerjisi tədarükçüləri faydalanacaq. Bu gün onlar daha ucuz günəş və külək energetikasının inkişafı fonunda qiymətlərin aşağı düşməsindən ziyan çəkirlərsə, elektromobillərin populyarlığının artması ilə əlaqədar elektrik enerjisinə tələbat yüksələcək və onlar yenidən qiymətləri artırmaq imkanı əldə edəcəklər.
Nizam Nuriyev
Baxış sayı: 408
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb