12px13px15px17px
Tarix:18/07/17

Süni intellekt texnologiyaları yeni proqram təminatlarında istifadə olunacaq

Süni intellekt texnologiyalarına artan maraq aparıcı proqram təminatı tərtibatçılarını onlara yiyələnməyə sövq edir. “Gartner” analitik şirkəti süni intellekt texnologiyalarının 2020-ci ilədək bütün yeni proqram məhsul və servislərində quraşdırılacağını proqnozlaşdırır. Həmçinin, mütəxəssislərin fikrincə, həmin müddətədək şirkətlərin təxminən üçdə bir hissəsi üçün süni intellekt investisiyalar üçün prioritet istiqamətlər sırasında olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, süni intellekt dedikdə davranışı birbaşa proqramlaşdırma olmadan deyil, toplanan məlumatlar, onların analizi və digər müşahidələr əsasında dəyişən sistemlər başa düşülür. Süni intellektin insanları sıxışdıra biləcəyi ilə bağlı geniş yayılmış qorxuya baxmayaraq reallıq ondan ibarətdir ki, süni intellekt və kompüter təlimi texnologiyaları insanların imkanlarını tamamlamağa başlayıb.
 
“Gartner” analitikləri hesab edir ki, kompüterlər bir sıra vəzifələrin öhdəsindən insanlardan daha yaxşı və tez gəlirlər və insanların və kompüterlərin səylərini birləşdirməklə bəşəriyyət daha böyük uğurlara nail ola bilər.
 
Bununla belə mütəxəssislər qeyd edir ki, süni intellekt texnologiyaları ətrafında hay-küy çaşqınlıq yaradır və onların real üstünlüklərini qiymətləndirməyə mane olur.
 
Nizam Nuriyev 




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024