Tarix:20/07/17
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, bu yaxınlarda aparılan tədqiqatda 2017-ci ildə dünyada mobil qurğu istifadəçilərinin sayının 2016-cı ildəki 4,8 milyard nəfərdən 4,9 milyard nəfərədək artacağı, 2022-ci ilədək isə bu göstəricinin 5,5 milyard nəfəri üstələyəcəyi qeyd olunur.
Mütəxəssislərin hesablamalarına görə, cari ildə smartfonlardan istifadə edən mobil abunəçilərin sayı 2,8 milyard nəfər təşkil edəcək, daha 1 milyard istifadəçi isə "feature phone" tipli qurğularla kifayətlənəcək.
Proqnoza görə, beş ildən sonra smartfonların qlobal miqyasda nüfuzetmə səviyyəsi 67 faizə çataraq 2013-cü ildə qeydə alınan 21 faizlik göstərici ilə müqayisədə təxminən 3 dəfədən çox artacaq. Dünyada təxminən 3,8 milyard nəfərin smartfondan istifadə edəcəyi, "feature phone" sahiblərinin sayının 433 milyonadək azalacağı gözlənilir.
Həmçinin ekspertlər vurğulayır ki, planşetlərin bazar payı azalmaqda davam edir. Belə ki, bazarda onların payına iriölçülü smartfonlar sahib çıxır. Bu tendensiya xüsusilə smartfonların çox vaxt internetə çıxış üçün yeganə qurğu olduğu Çin, Hindistan, İndoneziya və Afrikada geniş yayılıb. İnsanlar böyük smartfonlar vasitəsilə videoya baxmağın və sosial şəbəkələrə daxil olmağın daha rahat olmasına görə onlara üstünlük verirlər.
Nizam Nuriyev
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək
Dünya mobil telefonlar bazarının həcmi ən yüksək həddə çatıb və bununla əlaqədar burada gələcək artım birrəqəmli göstərici ilə məhdudlaşacaq. Bu barədə "Forrester Research" analitik şirkətinin hesabatında deyilir."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, bu yaxınlarda aparılan tədqiqatda 2017-ci ildə dünyada mobil qurğu istifadəçilərinin sayının 2016-cı ildəki 4,8 milyard nəfərdən 4,9 milyard nəfərədək artacağı, 2022-ci ilədək isə bu göstəricinin 5,5 milyard nəfəri üstələyəcəyi qeyd olunur.
Mütəxəssislərin hesablamalarına görə, cari ildə smartfonlardan istifadə edən mobil abunəçilərin sayı 2,8 milyard nəfər təşkil edəcək, daha 1 milyard istifadəçi isə "feature phone" tipli qurğularla kifayətlənəcək.
Proqnoza görə, beş ildən sonra smartfonların qlobal miqyasda nüfuzetmə səviyyəsi 67 faizə çataraq 2013-cü ildə qeydə alınan 21 faizlik göstərici ilə müqayisədə təxminən 3 dəfədən çox artacaq. Dünyada təxminən 3,8 milyard nəfərin smartfondan istifadə edəcəyi, "feature phone" sahiblərinin sayının 433 milyonadək azalacağı gözlənilir.
Həmçinin ekspertlər vurğulayır ki, planşetlərin bazar payı azalmaqda davam edir. Belə ki, bazarda onların payına iriölçülü smartfonlar sahib çıxır. Bu tendensiya xüsusilə smartfonların çox vaxt internetə çıxış üçün yeganə qurğu olduğu Çin, Hindistan, İndoneziya və Afrikada geniş yayılıb. İnsanlar böyük smartfonlar vasitəsilə videoya baxmağın və sosial şəbəkələrə daxil olmağın daha rahat olmasına görə onlara üstünlük verirlər.
Nizam Nuriyev
Baxış sayı: 397
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb