Tarix:27/07/17
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, məlumata görə, şirkətlər "DDoS" hücumlarından getdikcə daha çox ziyan çəkir. Statistikaya görə, 2016-cı ildə hər dördüncü bank (26 faiz) "DDoS" hücumları ilə qarşılaşıb. Maliyyə təşkilatları üçün bu göstərici ümumilikdə 22 faiz təşkil edib. Banklar üçün bu növ hücumdan orta ziyan 1,17 milyon dollara, digər sahələrin müəssisələri üçün 952 min dollara bərabər olub.
Bildirilir ki, ziyan çəkən təşkilatların 52 faizi ictimai internet servislərinin işindən uzun müddət istifadə edə bilməyib və ya keyfiyyətinin pisləşməsi ilə rastlaşıb. İnsidentlərin 43 faizində "DDoS" hücumundan digər zərərli əməliyyatların həyata keçirilməsi üçün maskalanma kimi istifadə olunub. Bank saytları tez-tez belə hücumların hədəfinə çevrilsə də, bu, yeganə zəif yer deyil. Təxminən bir o qədər sayda respondentin (48 faiz) internet bankçılığı və onlayn servisləri "DDoS" hücumlarına məruz qalıb.
Şirkətin "Kaspersky DDoS Protection" istiqamətinin rəhbəri Aleksey Kiselev qeyd edib ki, bank sektorunda böyük əhəmiyyətə malik reputasiya təhlükəsizliklə sıx əlaqədardır. "Bankın onlayn servislərindən istifadə qeyri-mümkün olan zaman bu, müştərilərin etibarını sarsıdır. İnternet bankçılığı ilə əlaqədar kiberinsidentlərdən səmərəli mühafizə üçün şirkətlər onlara daha hazırlıqlı olmalıdır. Məsələn, "DDoS" hücumlarını mümkün qədər tez müəyyənləşdirən və onları dəf edə bilən həllərə daha çox diqqət yetirilməlidir", - şirkət nümayəndəsi vurğulayıb.
Nizam Nuriyev
Banklar üçün “DDoS” hücumlarından orta ziyan nə qədər olub?
"Kasperski laboratoriyası" antivirus şirkəti 2016-cı ildə maliyyə müəssisələri üçün təhlükələrin tədqiqatını aparıb."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, məlumata görə, şirkətlər "DDoS" hücumlarından getdikcə daha çox ziyan çəkir. Statistikaya görə, 2016-cı ildə hər dördüncü bank (26 faiz) "DDoS" hücumları ilə qarşılaşıb. Maliyyə təşkilatları üçün bu göstərici ümumilikdə 22 faiz təşkil edib. Banklar üçün bu növ hücumdan orta ziyan 1,17 milyon dollara, digər sahələrin müəssisələri üçün 952 min dollara bərabər olub.
Bildirilir ki, ziyan çəkən təşkilatların 52 faizi ictimai internet servislərinin işindən uzun müddət istifadə edə bilməyib və ya keyfiyyətinin pisləşməsi ilə rastlaşıb. İnsidentlərin 43 faizində "DDoS" hücumundan digər zərərli əməliyyatların həyata keçirilməsi üçün maskalanma kimi istifadə olunub. Bank saytları tez-tez belə hücumların hədəfinə çevrilsə də, bu, yeganə zəif yer deyil. Təxminən bir o qədər sayda respondentin (48 faiz) internet bankçılığı və onlayn servisləri "DDoS" hücumlarına məruz qalıb.
Şirkətin "Kaspersky DDoS Protection" istiqamətinin rəhbəri Aleksey Kiselev qeyd edib ki, bank sektorunda böyük əhəmiyyətə malik reputasiya təhlükəsizliklə sıx əlaqədardır. "Bankın onlayn servislərindən istifadə qeyri-mümkün olan zaman bu, müştərilərin etibarını sarsıdır. İnternet bankçılığı ilə əlaqədar kiberinsidentlərdən səmərəli mühafizə üçün şirkətlər onlara daha hazırlıqlı olmalıdır. Məsələn, "DDoS" hücumlarını mümkün qədər tez müəyyənləşdirən və onları dəf edə bilən həllərə daha çox diqqət yetirilməlidir", - şirkət nümayəndəsi vurğulayıb.
Nizam Nuriyev
Baxış sayı: 350
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb