12px13px15px17px
Tarix:07/08/17

4 il ərzində virtual və artırılmış reallıq texnologiyaları bazarının həcmi 215 milyard dollar təşkil edəcək

“IDC” analitik şirkətinin proqnozuna görə, virtual və artırılmış reallıq texnologiyaları bazarı iştirakçılarının mənfəəti yaxın 4 ildə hər il ən azı 2 dəfə yüksələcək.

Şirkətin qiymətləndirməsinə görə, hazırda virtual və artırılmış reallıq texnologiyaları ilə bağlı məhsul və xidmətlər bazarının həcmi 11,4 milyard dollar məbləğində qiymətləndirilir. 2021-ci ilə yaranmaqda olan sahənin ümumi mənfəəti 19 dəfə artaraq 215 milyard dollara yaxınlaşacaq.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, analitik şirkət, həmçinin virtual və artırılmış reallıq sahələri üzrə şirkətlərin regionlar üzrə gəlirlərini açıqlayıb. Bu il ABŞ-da sözügedən şirkətlər 3,2 milyard, Asiya-Sakit okean regionunda (Yaponiya istisna olmaqla) 3 milyard, Qərbi Avropada 2 milyard dollar gəlir əldə edəcəklər. Ancaq növbəti 2 ildə Asiya Amerikanı geridə qoyacaq və ən azı 2019-cu ilədək yüksək templə inkişaf edəcək. 2021-ci ilədək Qərbi Avropa reytinqdə Asiya-Sakit okean regionunu
əvəz edəcək.

İstehlak məhsulları sahənin aparıcı sektoru olacaq, virtual və artırılmış reallıq texnologiyalarının sənaye tətbiqi (Amerika və Avropa) ikinci yerdə qərarlaşıb. Asiyada təhsil və pərakəndə ticarət üçün virtual və artırılmış reallıq məhsulları reytinqdə ikinci və üçüncü yerləri tutur.

“IDC”nin proqnozuna görə, 2021-ci ildə yalnız virtual və reallıq oyunlarına 9,5 milyard dollar xərclənəcək. Müqayisə üçün, 2016-cı ildə ənənəvi oyun sənayesi şirkətlərinin satış həcmi ümumilikdə 91 milyard dollar təşkil edib.

Emil Hüseynov




Baxış sayı: 382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024