Tarix:07/08/17
Məlumatlara görə, 2017-ci ilin birinci yarısında qlobal noutbuk satışlarının həcmi gözləntilərdən yüksək olub.
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, “IDC” şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə qlobal fərdi kompüter bazarında 5 ildə ilk dəfə 0,6%-lik artım qeydə alınıb. “Digitimes Research” analitiklərinin gözləntisinə görə, 2017-ci ildə qlobal noutbuk tədarükünün həcmi 5 illik azalmadan sonra 5% artacaq.
Bazar analitiklərinin fikrincə, yığcam kompüterlərin satış həcmi çətin ki, bundan sonra ötən illərdə olduğu kimi çox azalsın.
Bazarın liderləri alıcıları cəlb etmək üçün müxtəlif metodlardan istifadə edirlər. Məsələn, “Lenovo” və “HP Inc.” şirkətləri böyük satış potensialına malik qurğuların istehsalı ilə məşğuldurlar. Söhbət kompüter biznesinin gəlirliliyini azaldan ucuz məhsullardan gedir.
2017-ci ilin yanvar-martında “Lenovo” 14,4 milyon kompüter qurğusu çıxarıb ki, bu da ötən illə müqayisədə 1% çoxdur. Bu məhsulun satışından əldə olunan gəlir 5% artaraq 6,7 milyard dollar təşkil edib.
Eyni zamanda, “Apple” şirkəti məhsuldar bahalı modellər xəttinin təşviqinə üstünlük verir. Bununla əlaqədar olaraq, şirkət “MacBook Pro” və 12 düymlük “MacBook” noutbuklarını yeniləyib, həmçinin 11 düymlük “MacBook Air” seriyasından imtina etməyi planlaşdırır.
Emil Hüseynov
Noutbuk bazarının aparıcı istehsalçıları müxtəlif strategiyalar tətbiq edirlər
İri noutbuk istehsalçıları kompüter satışlarının həcmini artırmaq üçün müxtəlif strategiyalar tətbiq edirlər. “Lenovo” və “HP Inc.” şirkətləri ucuz aparatlara üstünlük verirlər, halbuki “Apple” ən gəlirli məhsullarını təşviq edir.Məlumatlara görə, 2017-ci ilin birinci yarısında qlobal noutbuk satışlarının həcmi gözləntilərdən yüksək olub.
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, “IDC” şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə qlobal fərdi kompüter bazarında 5 ildə ilk dəfə 0,6%-lik artım qeydə alınıb. “Digitimes Research” analitiklərinin gözləntisinə görə, 2017-ci ildə qlobal noutbuk tədarükünün həcmi 5 illik azalmadan sonra 5% artacaq.
Bazar analitiklərinin fikrincə, yığcam kompüterlərin satış həcmi çətin ki, bundan sonra ötən illərdə olduğu kimi çox azalsın.
Bazarın liderləri alıcıları cəlb etmək üçün müxtəlif metodlardan istifadə edirlər. Məsələn, “Lenovo” və “HP Inc.” şirkətləri böyük satış potensialına malik qurğuların istehsalı ilə məşğuldurlar. Söhbət kompüter biznesinin gəlirliliyini azaldan ucuz məhsullardan gedir.
2017-ci ilin yanvar-martında “Lenovo” 14,4 milyon kompüter qurğusu çıxarıb ki, bu da ötən illə müqayisədə 1% çoxdur. Bu məhsulun satışından əldə olunan gəlir 5% artaraq 6,7 milyard dollar təşkil edib.
Eyni zamanda, “Apple” şirkəti məhsuldar bahalı modellər xəttinin təşviqinə üstünlük verir. Bununla əlaqədar olaraq, şirkət “MacBook Pro” və 12 düymlük “MacBook” noutbuklarını yeniləyib, həmçinin 11 düymlük “MacBook Air” seriyasından imtina etməyi planlaşdırır.
Emil Hüseynov
Baxış sayı: 368
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb