Tarix:17/08/17
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, gözləntilərə görə, proqnozlaşdırılan dövrün sonunda “ağıllı” saat sözügedən bazarın ən böyük kateqoriyası olacaq. Həmçinin "ağıllı" geyimlər, daşınan kameralar, smart eynəklər, "ağıllı" qulaqcıqlar və başqa bu kimi kateqoriyalar daşınan cihazlar sənayesinin inkişafına öz töhfəsini verəcək.
“Tractica” şirkətinin tədqiqatlar üzrə direktoru Aditya Kaulonun fikrincə, istifadəçi sağlamlığının qorunub saxlanılması üçün nəzərdə tutulmuş qurğular daşınan elektronika bazarının inkişafının növbəti mərhələsində artımı təmin edəcək.
"Öz diqqətini sadə fitnes qolbaq və fiziki fəallıq trekerlərinə deyil, diabet və ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş qurğulara yönəltmiş daşınan elektronika istehsalçıları son nəticədə uğur əldə edəcəklər" – mütəxəssis deyib.
Emil Hüseynov
2021-ci ilə daşınan elektronika qurğularının tədarük həcmi 430 milyon təşkil edəcək
“Tractica” tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna görə, yaxın 5 ildə qlobal daşınan elektronika bazarının həcmi orta hesabla ildə 24,1% artacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, daşınan qurğuların tədarük həcmi 118-dən (2016) 430 milyonadək (2022) artacaq.“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, gözləntilərə görə, proqnozlaşdırılan dövrün sonunda “ağıllı” saat sözügedən bazarın ən böyük kateqoriyası olacaq. Həmçinin "ağıllı" geyimlər, daşınan kameralar, smart eynəklər, "ağıllı" qulaqcıqlar və başqa bu kimi kateqoriyalar daşınan cihazlar sənayesinin inkişafına öz töhfəsini verəcək.
“Tractica” şirkətinin tədqiqatlar üzrə direktoru Aditya Kaulonun fikrincə, istifadəçi sağlamlığının qorunub saxlanılması üçün nəzərdə tutulmuş qurğular daşınan elektronika bazarının inkişafının növbəti mərhələsində artımı təmin edəcək.
"Öz diqqətini sadə fitnes qolbaq və fiziki fəallıq trekerlərinə deyil, diabet və ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş qurğulara yönəltmiş daşınan elektronika istehsalçıları son nəticədə uğur əldə edəcəklər" – mütəxəssis deyib.
Emil Hüseynov
Baxış sayı: 361
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb