Tarix:29/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 490 mindən çox “PlayStation VR” qurğusu tədarük etmiş Yaponiyanın “Sony” şirkəti virtual reallıq qurğuları bazarının lideri olub. Tədarük həcmi 210 min ədəd təşkil edən “Oculus Rift” modeli ikinci yeri tutub. Təxminən 160 min ədəd “Vive VR” qarnituru tədarük etmiş Tayvanın “HTC” şirkəti ilk üçlükdə qərarlaşıb.
Həmçinin mütəxəssislər bildiriblər ki, “Sony”, “Oculus” və “HTC” şirkətləri istifadəçiləri virtual reallığa daşıyan qurğular bazarının 86%-nə nəzarət edirlər. “Canalys” şirkəti adıçəkilən şirkətlərin hər birinin payını müvafiq olaraq 49%, 21% və 16% kimi qiymətləndirib.
Mütəxəssislər virtual reallıq texnologiyalarının tətbiqi üzrə ən perspektivli sahələrə sənaye istehsalı, səhiyyə və təhsili aid ediblər.
Emil Hüseynov
Virtual reallıq qurğularının rüblük həcmi ilk dəfə 1 milyonu ötüb
Virtual reallıq (Virtual reality, VR) qurğularının tədarük həcmi sürətlə artmağa davam edir və 2017-ci ilin iyul-sentyabr aylarında rüblük tədarük həcmi ilk dəfə 1 milyonu ötüb. Bu barədə “Canalys” şirkətinin analitikləri məlumat veriblər. Qeyd edək ki, ekspertlər hesablama zamanı yalnız öz ekranı olan VR şlem və qarniturları nəzərə alıblar.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 490 mindən çox “PlayStation VR” qurğusu tədarük etmiş Yaponiyanın “Sony” şirkəti virtual reallıq qurğuları bazarının lideri olub. Tədarük həcmi 210 min ədəd təşkil edən “Oculus Rift” modeli ikinci yeri tutub. Təxminən 160 min ədəd “Vive VR” qarnituru tədarük etmiş Tayvanın “HTC” şirkəti ilk üçlükdə qərarlaşıb.
Həmçinin mütəxəssislər bildiriblər ki, “Sony”, “Oculus” və “HTC” şirkətləri istifadəçiləri virtual reallığa daşıyan qurğular bazarının 86%-nə nəzarət edirlər. “Canalys” şirkəti adıçəkilən şirkətlərin hər birinin payını müvafiq olaraq 49%, 21% və 16% kimi qiymətləndirib.
Mütəxəssislər virtual reallıq texnologiyalarının tətbiqi üzrə ən perspektivli sahələrə sənaye istehsalı, səhiyyə və təhsili aid ediblər.
Emil Hüseynov
Baxış sayı: 375
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb