Tarix:12/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvarında fərdi kompüterlərin (FK) 42,78%-i “Windows 10” sistemi ilə işləyib. Ötən ayla müqayisədə 1% irəliləyiş qeydə alınıb.
“Windows 7” platformasının bazar payı çox cüzi azalaraq 41,86% təşkil edib. Beləliklə, "Windows 10" sistemi ilk dəfə FK bazarında “Windows 7” sistemini ötməyə nail olub.
2017-ci ilin noyabrında “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin 600 milyon qurğuya quraşdırılması ilə bağlı məlumat vermişdi. “Windows 10” sistemi 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim olunub. İlk gündə sözügedən əməliyyat sistemi 14 milyon qurğuya qurulub, 3 həftə sonra bu göstərici 53 milyon kompüterə bərabər olub. 2017-ci ilin mayında artıq 500 milyon FK “Windows 10” sistemi ilə işləyib.
Emil Hüseynov
Dünyada ən populyar əməliyyat sistemi hansıdır?
“StatCounter” servisinin məlumatına görə, “Windows 10” əməliyyat sistemi ilk dəfə “Windows 7” sistemindən daha populyar olub.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvarında fərdi kompüterlərin (FK) 42,78%-i “Windows 10” sistemi ilə işləyib. Ötən ayla müqayisədə 1% irəliləyiş qeydə alınıb.
“Windows 7” platformasının bazar payı çox cüzi azalaraq 41,86% təşkil edib. Beləliklə, "Windows 10" sistemi ilk dəfə FK bazarında “Windows 7” sistemini ötməyə nail olub.
2017-ci ilin noyabrında “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin 600 milyon qurğuya quraşdırılması ilə bağlı məlumat vermişdi. “Windows 10” sistemi 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim olunub. İlk gündə sözügedən əməliyyat sistemi 14 milyon qurğuya qurulub, 3 həftə sonra bu göstərici 53 milyon kompüterə bərabər olub. 2017-ci ilin mayında artıq 500 milyon FK “Windows 10” sistemi ilə işləyib.
Emil Hüseynov
Baxış sayı: 481
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb