Tarix:09/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin martına olan məlumata görə, dünyada fərdi kompüterlərin 33,3%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. Ötən ayla müqayisədə 0,8%-lik azalma qeydə alınıb. Qeyd edək ki, fərdi kompüter platformaları bazarında “Windows 10” sisteminin bazar payı 37,4%-ə bərabərdir.
“Microsoft”un nümayəndəsi 2017-ci ilin noyabrında bildirmişdi ki, 600 milyon qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Xatırladaq ki, “Windows 10” sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk 24 saat ərzində bu ƏS-i 14 milyon qurğuya quraşdırılıb, 3 həftə sonra isə bu göstərici 53 milyon olmuşdu. 2016-cı ilin sentyabrında “Microsoft”un rəsmisi məlumat vermişdi ki, dünyada 400 milyon qurğu “Windows 10” platformasının idarəetməsi altında işləyir. 2017-ci ilin mayında bu göstərici 500 milyon olub.
“NetMarketShare” servisinin məlumatına görə, “Windows 7” masaüstü və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır, bu platformanın bazar payı 43,4% təşkil edir. “Windows 8.1” sisteminin göstəricisi 5,5%, “Windows XP”-də isə 4,6%-ə bərabərdir.
Emil Hüseynov
“Windows 10” əməliyyat sisteminin bazar payı azalıb
160 milyondan çox unikal istifadəçinin aktivliyini araşdıran “NetMarketShare” servisinin məlumatına görə, kompüter əməliyyat sistemləri bazarında “Windows 10” sisteminin payı azalıb.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin martına olan məlumata görə, dünyada fərdi kompüterlərin 33,3%-i “Windows 10” əməliyyat sistemi ilə işləyir. Ötən ayla müqayisədə 0,8%-lik azalma qeydə alınıb. Qeyd edək ki, fərdi kompüter platformaları bazarında “Windows 10” sisteminin bazar payı 37,4%-ə bərabərdir.
“Microsoft”un nümayəndəsi 2017-ci ilin noyabrında bildirmişdi ki, 600 milyon qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Xatırladaq ki, “Windows 10” sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk 24 saat ərzində bu ƏS-i 14 milyon qurğuya quraşdırılıb, 3 həftə sonra isə bu göstərici 53 milyon olmuşdu. 2016-cı ilin sentyabrında “Microsoft”un rəsmisi məlumat vermişdi ki, dünyada 400 milyon qurğu “Windows 10” platformasının idarəetməsi altında işləyir. 2017-ci ilin mayında bu göstərici 500 milyon olub.
“NetMarketShare” servisinin məlumatına görə, “Windows 7” masaüstü və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır, bu platformanın bazar payı 43,4% təşkil edir. “Windows 8.1” sisteminin göstəricisi 5,5%, “Windows XP”-də isə 4,6%-ə bərabərdir.
Emil Hüseynov
Baxış sayı: 395
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb