Tarix:12/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IHS”-in tədqiqat və təhlil üzrə direktoru Pier Hardinq Rolls bu məlumatları şərh edərək bildirib ki, istehlak AR-texnologiyaları bazarı VR-seqmentə nisbətən daha əlverişlidir, çünki artırılmış reallıq funksiyaları daha çox sayda məzmun və proqram növləri üçün aktualdır. Analitik, həmçinin AR-texnologiyaların smartfon sahəsində böyük bazar potensialını vurğulayıb.
İstehlak VR-texnologiyaları hələ ki zəif seqment olaraq qalır, amma mütəxəssislər VR-cihazların qiymətinin ucuzlaşması, texniki cəhətdən təkmilləşdirilməsi və daha cəlbedici məzmunun əlçatan olması fonunda yaxın bir neçə ildə virtual reallıq qurğularının yayılmasını gözləyirlər.
Həmçinin mütəxəssislər müəyyənləşdiriblər ki, 2017-ci ilin sonuna istifadə edilən bütün VR-qurğuların sayı 28 milyon təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur. Gözləntilərə görə, 2021-ci ilədək istifadə edilən virtual reallıq qurğuları 75,7 milyona yaxınlaşacaq.
Emil Hüseynov
İstehlak yönümlü artırılmış virtual məzmun və proqramlar bazarının həcmi 72% yüksəlib
2017-ci ildə virtual və artırılmış reallıq (“virtual and augmented reality”, “VR/AR”) texnologiyalar bazarında yüksək irəliləyiş qeydə alınıb. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, ötən il istehlak yönümlü AR/VR məzmun və proqramlar bazarının həcmi 72% yüksələrək 3,2 milyard ABŞ dollarına yaxınlaşıb.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “IHS”-in tədqiqat və təhlil üzrə direktoru Pier Hardinq Rolls bu məlumatları şərh edərək bildirib ki, istehlak AR-texnologiyaları bazarı VR-seqmentə nisbətən daha əlverişlidir, çünki artırılmış reallıq funksiyaları daha çox sayda məzmun və proqram növləri üçün aktualdır. Analitik, həmçinin AR-texnologiyaların smartfon sahəsində böyük bazar potensialını vurğulayıb.
İstehlak VR-texnologiyaları hələ ki zəif seqment olaraq qalır, amma mütəxəssislər VR-cihazların qiymətinin ucuzlaşması, texniki cəhətdən təkmilləşdirilməsi və daha cəlbedici məzmunun əlçatan olması fonunda yaxın bir neçə ildə virtual reallıq qurğularının yayılmasını gözləyirlər.
Həmçinin mütəxəssislər müəyyənləşdiriblər ki, 2017-ci ilin sonuna istifadə edilən bütün VR-qurğuların sayı 28 milyon təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur. Gözləntilərə görə, 2021-ci ilədək istifadə edilən virtual reallıq qurğuları 75,7 milyona yaxınlaşacaq.
Emil Hüseynov
Baxış sayı: 484
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb