Tarix:17/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, hesabata görə, 2015-ci ildə dünya sənaye müəssisələrində 10 min əməkdaşın payına düşən robotların orta sayı 66 təşkil edirdisə, 2017-ci ildə bu göstərici 74-ə bərabər olub. Avropa ölkələrində bu nəticə 10 min nəfər üçün 99, Amerikada 84, Asiyada 63 robota bərabərdir. İstehsalda robotların sayı Asiya ölkələrində, xüsusilə Çində daha sürətlə artır.
Məlumata görə, ötən il dünyanın 10 ən robotlaşdırılmış ölkəsi siyahısına Belçika, Almaniya, Danimarka, İtaliya, Sinqapur, ABŞ, Tayvan, İsveç, Cənubi Koreya və Yaponiya daxil olub.
İstehsalın robotlaşdırılması Çində daha sürətlə inkişaf edir. Hazırda reytinqdə 20-ci yeri tutan ölkənin 2020-ci ilədək 10 min nəfər işçi heyəti üçün 150 robotla liderlər onluğuna daxil olacağı gözlənilir.
Bu gün dünyanın ən robotlaşdırılmış ölkəsi Cənubi Koreyadır. Ölkə 2010-cu ildən reytinqdə birinci pillədə qərarlaşıb. 2017-ci ildə Cənubi Koreyada 10 min işçinin payına əsasən elektronika və avtomobil istehsalında çalışan 630 sənaye robotu düşüb.
Sənaye robotlarının istehsalında dünya lideri olan Yaponiya dünya robotlaşdırılmış maşınlar bazarının 52 faizini təmin edir. 2016-cı ildə Yaponiya müəssisələri tərəfindən 153 min sənaye robotu istehsal olunub. Hazırda bu, rekord göstərici hesab edilir.
Avropanın ən robotlaşdırılmış ölkəsi Almaniyadır. Burada 10 min işçinin payına 309 robot düşür və bu göstərici ildən-ilə 5 faiz artır. Analitiklərin fikrincə, bu artım tempi minimum 2020-ci ilədək davam edəcək. Rusiya, Hindistan və Filippində sənaye müəssisələrində çalışan 10 min nəfərin payına 3 sənaye robotu düşür.
Nizam Nuriyev
Dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc olunub
Beynəlxalq Robot Federasiyası (IFR) dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, hesabata görə, 2015-ci ildə dünya sənaye müəssisələrində 10 min əməkdaşın payına düşən robotların orta sayı 66 təşkil edirdisə, 2017-ci ildə bu göstərici 74-ə bərabər olub. Avropa ölkələrində bu nəticə 10 min nəfər üçün 99, Amerikada 84, Asiyada 63 robota bərabərdir. İstehsalda robotların sayı Asiya ölkələrində, xüsusilə Çində daha sürətlə artır.
Məlumata görə, ötən il dünyanın 10 ən robotlaşdırılmış ölkəsi siyahısına Belçika, Almaniya, Danimarka, İtaliya, Sinqapur, ABŞ, Tayvan, İsveç, Cənubi Koreya və Yaponiya daxil olub.
İstehsalın robotlaşdırılması Çində daha sürətlə inkişaf edir. Hazırda reytinqdə 20-ci yeri tutan ölkənin 2020-ci ilədək 10 min nəfər işçi heyəti üçün 150 robotla liderlər onluğuna daxil olacağı gözlənilir.
Bu gün dünyanın ən robotlaşdırılmış ölkəsi Cənubi Koreyadır. Ölkə 2010-cu ildən reytinqdə birinci pillədə qərarlaşıb. 2017-ci ildə Cənubi Koreyada 10 min işçinin payına əsasən elektronika və avtomobil istehsalında çalışan 630 sənaye robotu düşüb.
Sənaye robotlarının istehsalında dünya lideri olan Yaponiya dünya robotlaşdırılmış maşınlar bazarının 52 faizini təmin edir. 2016-cı ildə Yaponiya müəssisələri tərəfindən 153 min sənaye robotu istehsal olunub. Hazırda bu, rekord göstərici hesab edilir.
Avropanın ən robotlaşdırılmış ölkəsi Almaniyadır. Burada 10 min işçinin payına 309 robot düşür və bu göstərici ildən-ilə 5 faiz artır. Analitiklərin fikrincə, bu artım tempi minimum 2020-ci ilədək davam edəcək. Rusiya, Hindistan və Filippində sənaye müəssisələrində çalışan 10 min nəfərin payına 3 sənaye robotu düşür.
Nizam Nuriyev
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb