Tarix:25/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, məlumata görə, robotlardan istifadə məhsuldarlığı artırmağa və prosesləri optimallaşdırmağa, eləcə də müxtəlif sahələrdə müştərilərə xidmətin göstərilməsini yaxşılaşdırmağa imkan verir. Robotlar səhiyyə, pərakəndə satış, turizm və xidmət sahəsi kimi sektorlarda populyarlıq qazanır.
Bildirilir ki, bu yaxınlarda İtaliya hotelində “SoftBank Robotics” şirkətinin insanabənzər “Peper” robotu fəaliyyətə başlayıb. Hotel xidmətçisi robot italyan, alman və ingilis dillərində suallara cavab verə bilir.
Bundan başqa, “Knightscope” robot mühafizəçiləri ticarət mərkəzlərində, avtomobil dayanacaqlarında və məktəblərdə uğurla çalışaraq servis robot texnikası bazarının müxtəlifliyinin daha bir nümunəsi kimi çıxış edirlər.
Nəqliyyat və logistika şirkətləri tərəfindən yüklərin yığılması, yüklənməsi və boşaldılması işləri üçün robot texnikası aktiv tətbiq edilir. Logistika robot texnikası bazarının həcmi 2016-cı ildə 1 milyard dollar təşkil edib.
Elektron ticarət sektoru şirkətləri internet sifarişlərinin toplanma və göndərilmə müddətini azaltmağa imkan verən robotlardan geniş istifadə edirlər. Pərakəndə satış və elektron ticarət şirkətləri robot texnikası sahəsinə investisiyalar yatıraraq bazarın həcmini artırırlar.
Nizam Nuriyev
Dünya robot texnikası bazarının həcmi sürətlə artır
“Global Market Insights” tədqiqat şirkəti 2016-cı ildə dünya servis robotları bazarının həcmini 8 milyard dollar, say ifadəsində isə 7,5 milyon ədəd qiymətləndirib. Analitiklər tərəfindən servis robot texnikası bazarının həcminin 2024-cü ilədək 22 milyard dollar səviyyəsinədək artacağı proqnozlaşdırılır.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, məlumata görə, robotlardan istifadə məhsuldarlığı artırmağa və prosesləri optimallaşdırmağa, eləcə də müxtəlif sahələrdə müştərilərə xidmətin göstərilməsini yaxşılaşdırmağa imkan verir. Robotlar səhiyyə, pərakəndə satış, turizm və xidmət sahəsi kimi sektorlarda populyarlıq qazanır.
Bildirilir ki, bu yaxınlarda İtaliya hotelində “SoftBank Robotics” şirkətinin insanabənzər “Peper” robotu fəaliyyətə başlayıb. Hotel xidmətçisi robot italyan, alman və ingilis dillərində suallara cavab verə bilir.
Bundan başqa, “Knightscope” robot mühafizəçiləri ticarət mərkəzlərində, avtomobil dayanacaqlarında və məktəblərdə uğurla çalışaraq servis robot texnikası bazarının müxtəlifliyinin daha bir nümunəsi kimi çıxış edirlər.
Nəqliyyat və logistika şirkətləri tərəfindən yüklərin yığılması, yüklənməsi və boşaldılması işləri üçün robot texnikası aktiv tətbiq edilir. Logistika robot texnikası bazarının həcmi 2016-cı ildə 1 milyard dollar təşkil edib.
Elektron ticarət sektoru şirkətləri internet sifarişlərinin toplanma və göndərilmə müddətini azaltmağa imkan verən robotlardan geniş istifadə edirlər. Pərakəndə satış və elektron ticarət şirkətləri robot texnikası sahəsinə investisiyalar yatıraraq bazarın həcmini artırırlar.
Nizam Nuriyev
Baxış sayı: 368
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb