Tarix:21/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür. Bununla yanaşı, səhiyyə, daşınmaz əmlak, dövlət idarəçiliyi, pərakəndə satış və maliyyə sahəsində cüzi sayda insident qeydə alınıb.
Bildirilir ki, cinayətkar təşkilatlar kənar hücumların 62 faizinə görə məsuliyyət daşıyır, sistem inzibatçıları isə başlıca daxili təhlükə olmaqla insidentlərin 25,9 faizinə səbəb olur. Mütəşəkkil cinayətkarlıq və dövlət strukturlarının baş verən insidentlərdə payı 6 faiz təşkil edir.
Kiberhücumlara daha çox məlumat bazaları (19,6 faiz), POS-terminallar (15,8 faiz), POS-kontrollerlər (15,8 faiz) və internet əlavələri (13,7 faiz) məruz qalıb.
Ən geniş yayılmış hücum vektoru insidentlərdə payı təxminən 96 faizə bərabər fişinq hücumudur. Ötən il ərzində ən geniş yayılmış zərərli proqram təminatı növü fırıldaqçı proqramlar olub.
Nizam Nuriyev
Kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür
“Verizon” şirkəti son 12 ay üçün kibertəhdidlər üzrə 65 ölkədə 53308 insident haqqında məlumat əsasında tərtib edilən hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür. Bununla yanaşı, səhiyyə, daşınmaz əmlak, dövlət idarəçiliyi, pərakəndə satış və maliyyə sahəsində cüzi sayda insident qeydə alınıb.
Bildirilir ki, cinayətkar təşkilatlar kənar hücumların 62 faizinə görə məsuliyyət daşıyır, sistem inzibatçıları isə başlıca daxili təhlükə olmaqla insidentlərin 25,9 faizinə səbəb olur. Mütəşəkkil cinayətkarlıq və dövlət strukturlarının baş verən insidentlərdə payı 6 faiz təşkil edir.
Kiberhücumlara daha çox məlumat bazaları (19,6 faiz), POS-terminallar (15,8 faiz), POS-kontrollerlər (15,8 faiz) və internet əlavələri (13,7 faiz) məruz qalıb.
Ən geniş yayılmış hücum vektoru insidentlərdə payı təxminən 96 faizə bərabər fişinq hücumudur. Ötən il ərzində ən geniş yayılmış zərərli proqram təminatı növü fırıldaqçı proqramlar olub.
Nizam Nuriyev
Baxış sayı: 387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb