Tarix:29/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, 2017-ci ildə bazarda 24 faiz artım qeydə alınsa da, bu, əsasən “DRAM” və “NAND” yaddaş mikrosxemləri seqmenti ilə əlaqədar olub. Bu seqment nəzərə alınmadan artım 12 faiz təşkil edib. Qiymətlərin bahalaşması yaddaş istehsalçılarının gəlirlərinin artmasına xidmət edib və “Samsung Electronics” ilk dəfə mikrosxemlərin satış həcminə görə “Intel” şirkətini geridə qoyub. Analitiklərin fikrincə, 2018-ci ildə “DRAM” və “NAND” seqmentində artım davam edəcək, lakin 2019-2021-ci illərdə azalma, 2022-ci ildə isə cüzi artım baş verəcək.
Bildirilir ki, artımın əsas sahələri avtomobil və sənaye seqmenti olaraq qalır. 2017-2022-ci illərdə onların illik artımı orta hesabla 9,6 və 6,8 faiz təşkil edəcək.
Kompüter təyinatlı mikroelektronikanın satışı 2018-ci ildə 4 faiz azalacaq, 2017-2022-ci illərdə illik artım 0,7 faizə bərabər olacaq. Mobil qurğular üçün mikrosxemlər seqmentində bu il 5,5 faiz artım gözlənilir. Bununla yanaşı, “4G” telefonları üçün mikrosxemlərin satışı 2018-ci ildə 10,9 faiz yüksələcək, illik artım isə orta hesabla 3,1 faiz təşkil edəcək.
Rabitə infrastrukturu üçün mikroelektronika seqmentində illik artım əsasən istehlak sinfinə aid şəbəkələrin inkişafı sayəsində təxminən 1,7 faiz səviyyəsində proqnozlaşdırılır.
Nizam Nuriyev
“IDC”: “Bu il dünya mikroelektronika bazarının həcmi 7,7 faiz artacaq”
“IDC” analitik şirkəti 2018-ci ildə dünya mikroelektronika bazarının həcminin 450 milyard dollar təşkil edərək 2017-ci il göstəricisini 7,7 faiz üstələyəcəyini proqnozlaşdırır. 2022-ci ilədək bazarın həcminin 482 milyard dollara çatacağı gözlənilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, 2017-ci ildə bazarda 24 faiz artım qeydə alınsa da, bu, əsasən “DRAM” və “NAND” yaddaş mikrosxemləri seqmenti ilə əlaqədar olub. Bu seqment nəzərə alınmadan artım 12 faiz təşkil edib. Qiymətlərin bahalaşması yaddaş istehsalçılarının gəlirlərinin artmasına xidmət edib və “Samsung Electronics” ilk dəfə mikrosxemlərin satış həcminə görə “Intel” şirkətini geridə qoyub. Analitiklərin fikrincə, 2018-ci ildə “DRAM” və “NAND” seqmentində artım davam edəcək, lakin 2019-2021-ci illərdə azalma, 2022-ci ildə isə cüzi artım baş verəcək.
Bildirilir ki, artımın əsas sahələri avtomobil və sənaye seqmenti olaraq qalır. 2017-2022-ci illərdə onların illik artımı orta hesabla 9,6 və 6,8 faiz təşkil edəcək.
Kompüter təyinatlı mikroelektronikanın satışı 2018-ci ildə 4 faiz azalacaq, 2017-2022-ci illərdə illik artım 0,7 faizə bərabər olacaq. Mobil qurğular üçün mikrosxemlər seqmentində bu il 5,5 faiz artım gözlənilir. Bununla yanaşı, “4G” telefonları üçün mikrosxemlərin satışı 2018-ci ildə 10,9 faiz yüksələcək, illik artım isə orta hesabla 3,1 faiz təşkil edəcək.
Rabitə infrastrukturu üçün mikroelektronika seqmentində illik artım əsasən istehlak sinfinə aid şəbəkələrin inkişafı sayəsində təxminən 1,7 faiz səviyyəsində proqnozlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 409
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb