12px13px15px17px
Tarix:28/06/18

Qlobal rəqəmli iqtisadiyyat 13 trilyon dollar qiymətləndirilib

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı “Qlobal internet fəaliyyəti indeksi” (Global Connectivity Index) adlı illik hesabat təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqata görə, 2017-ci ildə qlobal rəqəmli iqtisadiyyatın dəyəri 12,9 trilyon dollar təşkil edib ki, bu da dünya ümumi daxili məhsulunun (ÜDM) 17,1 faizinə bərabərdir. Ekspertlərin proqnozlarına görə, 2025-ci ilədək göstərici hazırda müşahidə edilən süni intellekt üzrə mütəxəssislərin çatışmazlığı mane olmayacağı təqdirdə 23 trilyon dollaradək arta bilər.

“Huawei” nümayəndələri bildirib ki, süni intellektin böyük miqyasda effektiv tətbiqi üçün ölkələrin üç eyni komponentə ehtiyacı var: kompüter gücü, markalanmış məlumat və alqoritmlər.

Analitiklərin sözlərinə görə, süni intellekt əsas texnologiyaya çevrildikcə, hər üç qrupu təmsil edən ölkələrin iqtisadiyyatına daha güclü təsir göstərməyə başlayır. Liderlər arasında artımın durğunluq problemlərini və ya yeni başlayanlar üçün məhdud resurslar problemlərini həll edən süni intellekt əlaqənin mahiyyətini dəyişir və diqqəti istənilən ölkənin artımına kömək edəcək intellektual qoşulmalara yönəldir.

“Huawei” şirkətinin korporativ marketinq üzrə prezidenti Kevin Çjan qeyd edib ki, hazırda biz süni intellektin inkişafına səbəb olacaq köklü dəyişikliklərin şahidi oluruq. “Şirkətin tədqiqatına görə, inkişaf etmiş ölkələr intellektual əlaqənin imkanlarından istifadə edərək bazarın digər oyunçularına nümunə göstərir və dünya iqtisadiyyatının artımını stimullaşdırır”, - o bildirib.

Nizam Nuriyev





Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024