Tarix:02/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklər tərəfindən bu iki amillə izah edilir. Birincisi, satışda ən aşağı qiymət diapazonlu keyfiyyətli smartfonların olmamasına görə istifadəçilər ənənəvi keyfiyyətli mobil telefonlar almağa üstünlük verirlər. İkincisi, smartfon istifadəçiləri yüksəksəviyyəli modellər seçir və uzun müddət onları əvəz etmirlər. Halbuki keyfiyyətə, “4G” rabitəsinin dəstəklənməsinə və geniş imkanlara malik kameralara tələbat yüksək olaraq qalır, yeni modellər isə alıcıların gözləntilərinə uyğun gəlmir.
Qiymətləndirməyə görə, “Samsung” şirkəti satış həcminin 3,6 faiz azalmasına baxmayaraq smartfon istehsalçıları arasında birinciliyi qoruyub. Cənubi Koreya istehsalçısı 74,03 milyon (bazarın 18,2 faizi), ikinci yeri tutan “Apple” şirkəti isə 73,18 milyon (17,9 faiz) smartfon satıb. “iPhone” smartfonlarının satışı “iPhone X” modelinin “iPhone 8” ilə müqayisədə nisbətən gec buraxılması və ilkin komponent çatışmazlığı səbəbindən 5 faiz azalıb. Analitiklərin fikrincə, 2018-ci ilin birinci rübündə vəziyyət dəyişə bilər.
Dördüncü rübdə yalnız “Huawei” və “Xiaomi” şirkətləri satış həcmini müvafiq olaraq 7,6 və 7,9 faiz artırmağa nail olublar.
Nizam Nuriyev
Ötən ilin dördüncü rübündə smartfonların satışında ilk dəfə azalma qeydə alınıb
Smartfonlar bazarında aparılan müşahidələr tarixində ilk dəfə rüb ərzində satılan qurğuların satışında azalma qeydə alınıb. 2017-ci ilin dördüncü rübündə dünyada 408 milyon smartfon satılıb. Bu, 2016-cı ilin analoji dövründən 5,6 faiz azdır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklər tərəfindən bu iki amillə izah edilir. Birincisi, satışda ən aşağı qiymət diapazonlu keyfiyyətli smartfonların olmamasına görə istifadəçilər ənənəvi keyfiyyətli mobil telefonlar almağa üstünlük verirlər. İkincisi, smartfon istifadəçiləri yüksəksəviyyəli modellər seçir və uzun müddət onları əvəz etmirlər. Halbuki keyfiyyətə, “4G” rabitəsinin dəstəklənməsinə və geniş imkanlara malik kameralara tələbat yüksək olaraq qalır, yeni modellər isə alıcıların gözləntilərinə uyğun gəlmir.
Qiymətləndirməyə görə, “Samsung” şirkəti satış həcminin 3,6 faiz azalmasına baxmayaraq smartfon istehsalçıları arasında birinciliyi qoruyub. Cənubi Koreya istehsalçısı 74,03 milyon (bazarın 18,2 faizi), ikinci yeri tutan “Apple” şirkəti isə 73,18 milyon (17,9 faiz) smartfon satıb. “iPhone” smartfonlarının satışı “iPhone X” modelinin “iPhone 8” ilə müqayisədə nisbətən gec buraxılması və ilkin komponent çatışmazlığı səbəbindən 5 faiz azalıb. Analitiklərin fikrincə, 2018-ci ilin birinci rübündə vəziyyət dəyişə bilər.
Dördüncü rübdə yalnız “Huawei” və “Xiaomi” şirkətləri satış həcmini müvafiq olaraq 7,6 və 7,9 faiz artırmağa nail olublar.
Nizam Nuriyev
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb