Tarix:10/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin fikrincə, lakin “Samsung” liderliyi uzun müddət əldə saxlaya bilməyəcək. Şirkətin uğuru, eləcə də mikroelektronika bazarının artımı ümumilikdə qiymətlərin xeyli bahalaşmasına səbəb olan “DRAM” və “NAND” yaddaş modullarının çatışmazlığı ilə izah edilir.
Dünyada yaddaş mikrosxemlərinin satış həcmi pul ifadəsində 61,8 faiz artaraq 130 milyard dollar təşkil edib. Bunun təxminən 20 milyard dolları “Samsung” şirkətinin payına düşüb. Analitiklərin qənaətinə görə, 2019-cu ilin ikinci yarısında yaddaş mikrosxemləri bazarında qiymətlər ucuzlaşacaq və “Samsung” birinciliyi əldən verəcək.
Ötən il digər mikroelektronika komponentlərinin satışında 9,3 faiz artım qeydə alınıb. Geniş profilli əksər aparıcı istehsalçılar – “Texas Instruments”, “STMicroelectronics”, “Infineon” və s. avtomobil və sənaye avadanlıqları üçün mikrosxemlərin satışını xeyli artırıb.
Ötən il şirkətlərin birləşməsi və satışı 2016-cı illə müqayisədə zəif olub, lakin mikroelektronika sahəsində sazişlərin miqyasları artmaqda davam edir. “Qualcomm” tərəfindən “NXP Semiconductors” şirkətinin 44 milyard dollara satın alınması üzrə saziş tezliklə 2016-cı ildə “Broadcom” şirkətini 37 milyard dollara alan “Avago”un imza atdığı rekordu qıracaq.
Nizam Nuriyev
“Gartner”: “Ötən il dünya mikroelektronika bazarının həcmi 21,6 faiz artıb”
2017-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcmi 2016-cı illə müqayisədə 21,6 faiz artaraq 420,4 milyard dollara çatıb, “Samsung Electronics” şirkəti isə son 25 ildə ilk dəfə olaraq “Intel”i mikroelektronika istehsalçıları arasında birinci yerdən sıxışdırıb. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin fikrincə, lakin “Samsung” liderliyi uzun müddət əldə saxlaya bilməyəcək. Şirkətin uğuru, eləcə də mikroelektronika bazarının artımı ümumilikdə qiymətlərin xeyli bahalaşmasına səbəb olan “DRAM” və “NAND” yaddaş modullarının çatışmazlığı ilə izah edilir.
Dünyada yaddaş mikrosxemlərinin satış həcmi pul ifadəsində 61,8 faiz artaraq 130 milyard dollar təşkil edib. Bunun təxminən 20 milyard dolları “Samsung” şirkətinin payına düşüb. Analitiklərin qənaətinə görə, 2019-cu ilin ikinci yarısında yaddaş mikrosxemləri bazarında qiymətlər ucuzlaşacaq və “Samsung” birinciliyi əldən verəcək.
Ötən il digər mikroelektronika komponentlərinin satışında 9,3 faiz artım qeydə alınıb. Geniş profilli əksər aparıcı istehsalçılar – “Texas Instruments”, “STMicroelectronics”, “Infineon” və s. avtomobil və sənaye avadanlıqları üçün mikrosxemlərin satışını xeyli artırıb.
Ötən il şirkətlərin birləşməsi və satışı 2016-cı illə müqayisədə zəif olub, lakin mikroelektronika sahəsində sazişlərin miqyasları artmaqda davam edir. “Qualcomm” tərəfindən “NXP Semiconductors” şirkətinin 44 milyard dollara satın alınması üzrə saziş tezliklə 2016-cı ildə “Broadcom” şirkətini 37 milyard dollara alan “Avago”un imza atdığı rekordu qıracaq.
Nizam Nuriyev
Baxış sayı: 600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb