Tarix:02/10/19
“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, biznes liderlərinin fikrincə, mümkün maliyyə böhranları yaxın 10 il üçün ən böyük risk mənbəyidir.
Bundan başqa, əsas risklər sırasına kiberhücumlar və işsizlik və ya natamam məşğulluq daxildir.
133 ölkənin 12,897 min biznes lideri arasında aparılan sorğu DİF tərəfindən Davosda yanvar forumu ərəfəsində dərc edilən qlobal rəqabətqabiliyyətlilik haqqında hesabatın tərkib hissəsini təşkil edir.
Bildirilir ki, kiberhücumlar sürətli inkişafına və dağıdıcı potensialına görə ən böyük risk olaraq qalır.
Həmçinin kiberhücumlar Şimali Amerika və Avropada ən böyük risk hesab edilir.
Ekoloji risklər su böhranlarının qeydə alındığı Cənubi Asiyada və təbii fəlakətlərin baş verdiyi Şərqi Asiya və Sakit okean regionunda daha çox narahatlıq doğurur.
Almaniyanın “Munich Re” sığorta şirkətinin məlumatına görə, 2018-ci ildə dünyada baş verən təbii fəlakətlər 160 milyard dollar məbləğində iqtisadi ziyan vurub. Bu göstərici bir sıra dağıdıcı tufanların qeydə alındığı 2017-ci ildə 350 milyard dollar təşkil edib. Son 30 ildə inflyasiyaya edilən düzəlişlə orta göstərici 140 milyard dollara bərabər olub.
Nizam Nuriyev
Dünya İqtisadi Forumu biznesin aparılması üçün əsas riskləri açıqlayıb
Mümkün maliyyə böhranı bütün dünyada biznesin aparılması üçün ən böyük riskdir. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) biznes rəhbərləri arasında keçirdiyi sorğunun nəticələrində deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, biznes liderlərinin fikrincə, mümkün maliyyə böhranları yaxın 10 il üçün ən böyük risk mənbəyidir.
Bundan başqa, əsas risklər sırasına kiberhücumlar və işsizlik və ya natamam məşğulluq daxildir.
133 ölkənin 12,897 min biznes lideri arasında aparılan sorğu DİF tərəfindən Davosda yanvar forumu ərəfəsində dərc edilən qlobal rəqabətqabiliyyətlilik haqqında hesabatın tərkib hissəsini təşkil edir.
Bildirilir ki, kiberhücumlar sürətli inkişafına və dağıdıcı potensialına görə ən böyük risk olaraq qalır.
Həmçinin kiberhücumlar Şimali Amerika və Avropada ən böyük risk hesab edilir.
Ekoloji risklər su böhranlarının qeydə alındığı Cənubi Asiyada və təbii fəlakətlərin baş verdiyi Şərqi Asiya və Sakit okean regionunda daha çox narahatlıq doğurur.
Almaniyanın “Munich Re” sığorta şirkətinin məlumatına görə, 2018-ci ildə dünyada baş verən təbii fəlakətlər 160 milyard dollar məbləğində iqtisadi ziyan vurub. Bu göstərici bir sıra dağıdıcı tufanların qeydə alındığı 2017-ci ildə 350 milyard dollar təşkil edib. Son 30 ildə inflyasiyaya edilən düzəlişlə orta göstərici 140 milyard dollara bərabər olub.
Nizam Nuriyev
Baxış sayı: 668
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb