12px13px15px17px
Tarix:15/02/12

Sərt disklərin qiyməti 2014-cü ildə aşağı düşməyə başlayacaq

“IHS” və “Coughlin Associates” şirkətlərinin analitiklərinnin verdiyi proqnozlara görə, sərt disk sahəsindəki problemlər təxminən 1.5 il davam edəcək. Belə ki istehsalçılar üçüncü rübün sonuna qədər sərt disk tədarüklərini tam şəkildə bərpa edə bilməyəcəklər. Ona görə də satıcılar yalnız 2014-cü ilin ortasında məhsul ehtiyatlarını artıra və qiyməti aşağı sala biləcək.

2011-ci ilin payızında Taylandda baş vermiş daşqına görə sərt disk istehsal edən iri zavodlar zədələnmiş və bağlanmışdır. Buna görə də istehsalçılar lazımi həcmdə müvafiq komponentlər əldə edə bilmədilər.

Eyni zamanda yeni sərt disklərin mövcud olan ehtiyatları satın alındı və satıcılar qiymətləri 50-60 faiz artırdılar. “Coughlin Associates” şirkətinin hesablamalarına görə, 2012-ci ildə sərt disklərin qiyməti 2011-ci ilin yayından 20-30 faiz baha olacaq.

İstehsalçıların sözlərinə görə, onlar sərt disk istehsalının bərpa olunması üçün təxminən 1 milyard dollar pul xərcləməli olacaqlar. Vəsaitin çox hissəsi binaların təmiri və yeni istehsal avadanlığının alınmasına xərclənəcək.

“IHS” şirkətinin hesablamalarına görə, 2011-ci ilin dördüncü rübündə yeni sərt disk tədarükləri 2010-cu ilin analoji dövrü ilə müqayisədə 26 faiz azalıb. Analitiklərin proqnozlarına görə, 2012-ci ilin birinci rübündə sərt disk tədarükləri 2011-ci ilin analoji dövrü ilə müqayisədə 13 faiz, ikinci rübdə isə  5 faiz azalacaq.
 
 
EMİL
 




Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024