Tarix:17/02/12
Uotson hələ yeniyetmə ikən biznes fəaliyyətinə başlayıb. O, müəllim (cəmi bir gün), mühasib, kommivoyajör, piano və kassa aparatlarının satıcısı kimi işləyib. Onu daima uğursuzluqlar izləyib, belə ki, heç cür gəlir əldə edə bilməyib.
Lakin məhz uzun illərin əzabı və həyat təcrübəsi Tomas Uotsonu gələcəkdə Amerikanın ən böyük satıcılarından birinə çevirdi.
Uotson 1896-cı ildə kassa aparatlarının satışı üzrə “National Cash Register” şirkətində satıcı kimi işə düzəlir. O, şirkətdə tezliklə uğur qazanır və əldə etdiyi uğurlar firma rəhbərinin diqqətindən kənarda qalmır. Uotson artıq 1911-ci ildə firma rəhbərinin köməkçisi vəzifəsində çalışırdı. “IBM” korporativ mədəniyyətinin gələcək atası artıq 4 il sonra “NCR” şirkətinin ən yaxşı ticarət agenti oldu.
Sonra isə Çarlz Flint Tomas Uotsonu “CTR” şirkətinə dəvət etdi və bu addımında yanılmadı. “CTR” korporasiyasında 11 ay işləmiş Tomas Uatson 1914-cü il may ayında şirkətin prezidenti oldu. Dünənki kassa aparatları satıcısı ona tanış olmayan tabulyator aləminə asanlıqla qoşuldu, dərhal biznesin bütün qeyri-profil qollarını satdı, “CTR” korporasiyasının bütün regional bölmələrini birləşdirdi və şirkətin gəlirini 4 il ərzində ikiqat artırdı.
1924-cü il fevral ayının 14-ü tarixində ona etibar edilmiş biznesin perspektiv və miqyasını tamamilə anlayan Tomas Uotson “CTR”-in adını “International Business Machines” (IBM) adı ilə dəyişdirdi.
“IBM” korporasiyasının baş direktoru vəzifəsində çalışan Uatson qarşıdakı 40 il ərzində Amerika biznesinin əsl ikonasına çevrildi. O, ilk dəfə olaraq şirkətdə işçilər üçün güzəşt sistemi tətbiq edib: ödənişli məzuniyyətlər, kollektiv sığorta və s. O vaxt üçün bu, əsl inqilab idi.
“IBM” korporasiyası bugünkü uğurlarına görə məhz Tomas Uotsona borcludur. O, bir sıra idarəetmə yenilikləri tətbiq etmiş və şirkətdə korporativ mədəniyyət, həmçinin işçilərini ruhlandırmaq üçün mükafat sistemi yaratmışdı. Artıq İkinci Dünya müharibəsinin sonunda “IBM” korporasiyasının illik gəliri 140 milyon dollar təşkil edirdi və şirkət öz sahəsində liderə çevrildi.Tomas Uotson 1956-cı il iyun ayının 19-da dünyasını dəyişib.
Hazırladı: Hüseynov Emil
Bu gün IBM şirkətinin yaradıcısının anadan olduğu gündür
Tomas Uotson (1874-cü il fevral ayının 17-si tarixində Nyu-York ştatında Şotlandiya mühacirləri nəsillərindən olan ailədə doğulub. İxtisas seçimində yanılmış Uotson əmək fəaliyyətinə kommivoyajör kimi başlayıb və beləcə o, ömrünün sonuna kimi ticarətlə məşğul olub. Onu tanıyanların fikrincə, Tomas çox inadlı tacir idi və bu xarakteri nəticəsində sonralar biznesdə böyük uğurlar əldə etdi.Uotson hələ yeniyetmə ikən biznes fəaliyyətinə başlayıb. O, müəllim (cəmi bir gün), mühasib, kommivoyajör, piano və kassa aparatlarının satıcısı kimi işləyib. Onu daima uğursuzluqlar izləyib, belə ki, heç cür gəlir əldə edə bilməyib.
Lakin məhz uzun illərin əzabı və həyat təcrübəsi Tomas Uotsonu gələcəkdə Amerikanın ən böyük satıcılarından birinə çevirdi.
Uotson 1896-cı ildə kassa aparatlarının satışı üzrə “National Cash Register” şirkətində satıcı kimi işə düzəlir. O, şirkətdə tezliklə uğur qazanır və əldə etdiyi uğurlar firma rəhbərinin diqqətindən kənarda qalmır. Uotson artıq 1911-ci ildə firma rəhbərinin köməkçisi vəzifəsində çalışırdı. “IBM” korporativ mədəniyyətinin gələcək atası artıq 4 il sonra “NCR” şirkətinin ən yaxşı ticarət agenti oldu.
Sonra isə Çarlz Flint Tomas Uotsonu “CTR” şirkətinə dəvət etdi və bu addımında yanılmadı. “CTR” korporasiyasında 11 ay işləmiş Tomas Uatson 1914-cü il may ayında şirkətin prezidenti oldu. Dünənki kassa aparatları satıcısı ona tanış olmayan tabulyator aləminə asanlıqla qoşuldu, dərhal biznesin bütün qeyri-profil qollarını satdı, “CTR” korporasiyasının bütün regional bölmələrini birləşdirdi və şirkətin gəlirini 4 il ərzində ikiqat artırdı.
1924-cü il fevral ayının 14-ü tarixində ona etibar edilmiş biznesin perspektiv və miqyasını tamamilə anlayan Tomas Uotson “CTR”-in adını “International Business Machines” (IBM) adı ilə dəyişdirdi.
“IBM” korporasiyasının baş direktoru vəzifəsində çalışan Uatson qarşıdakı 40 il ərzində Amerika biznesinin əsl ikonasına çevrildi. O, ilk dəfə olaraq şirkətdə işçilər üçün güzəşt sistemi tətbiq edib: ödənişli məzuniyyətlər, kollektiv sığorta və s. O vaxt üçün bu, əsl inqilab idi.
“IBM” korporasiyası bugünkü uğurlarına görə məhz Tomas Uotsona borcludur. O, bir sıra idarəetmə yenilikləri tətbiq etmiş və şirkətdə korporativ mədəniyyət, həmçinin işçilərini ruhlandırmaq üçün mükafat sistemi yaratmışdı. Artıq İkinci Dünya müharibəsinin sonunda “IBM” korporasiyasının illik gəliri 140 milyon dollar təşkil edirdi və şirkət öz sahəsində liderə çevrildi.Tomas Uotson 1956-cı il iyun ayının 19-da dünyasını dəyişib.
Hazırladı: Hüseynov Emil
Baxış sayı: 1170
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz