12px13px15px17px
Tarix:15/05/18

İstehlak robotlarının tədarükü 100 milyon ədədə çatacaq

“ABI Research” analitik şirkəti 2026-cı ilədək istehlak robotlarının tədarük həcminin 100 milyon ədədə çatacağını, bazarın pul ifadəsində həcminin 23 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, evə qulluq üçün robotlar artıq bazarda mədaxilin əsas artım qüvvəsinə çevrilib. Bu kateqoriyada liderlərdən biri kimi mütəxəssislər tərəfindən istehlak robot tozsoranlar buraxan “iRobot” şirkəti göstərilir. İstehsalçının 2016-2017-ci illərdə mədaxili 25 faizdən çox - 2,93 milyard dollardan 3,69 milyard dollaradək artıb.

Bildirilir ki, “iRobot” hazırda Amerika və Avropa, Asiya-Sakit okean ölkələri bazarında fəaliyyətini genişləndirib, şirkətin Çinin “Ecovacs” kimi rəqibləri isə ona çatmağa çalışırlar. Analitik şirkətin ehtimalına görə, uzunmüddətli perspektivdə bu regionun evə qulluq üçün robotlar bazarında payı Amerika və Avropa göstəricilərinə yaxınlaşacaq.  

Daha bir əhəmiyyətli yenilik oyuncaq və əyləncə robotları seqmentinin azalmasıdır. Ekspertlərin fikrincə, bu məhsulları müasir texnologiyaları dəstəkləyən daha qabaqcıl fərdi robotlar sıxışdıracaq.

Gözlənilir ki, 2026-cı ildə oyuncaq və əyləncə robotlarının tədarük payı 2014-cü ildəki 75 faizdən 47,1 faizədək azalacaq, onların mədaxilə töhfəsi isə 31,7 faizdən 10 faizədək enəcək. Eyni zamanda fərdi və sosial robotlar tədricən bazarda təşəkkül tapacaq və 2026-cı ildə ümumi mədaxilin 21 faizini təmin edəcək.

Nizam Nuriyev





Baxış sayı: 34

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

16/08/18
2018-ci ildə informasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

“Gartner” analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı

16/08/18
Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası “BMW”, “MAGNA Steyr Engineering”, “KEVA&r

16/08/18
Yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştirakına dair müzakirələr aparılıb

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov 

16/08/18
“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq

“Google” şirkəti ötən həftə “Android P” mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib

16/08/18
Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işl

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib