waplog

Apple” yenə də dünyanın ən bahalı şirkəti olub


“Apple” dünən, yanvar ayının 25-də neft nəhəngi “Exxon” şirkətini yenidən qabaqlayaraq dünyanın ən bahalı şirkəti olub. Maliyyə hesabatının dərc edilməsindən sonra “Apple” şirkətinin kapitallaşdırma dəyəri 414,83 milyard dollara qədər artıb. Məlumat üçün qeyd edək ki, neft nəhəngi “Exxon” şirkətinin kapitallaşdırma

Google” şirkəti Amerika məktəblərinə 27 min “Chromebook” tədarük edəcək


“Google” şirkəti öz istehsalı olan “Chromebook” noutbuklarının Ayova, İllinoys və Cənubi Karolina ştatlarında üç məktəb dairəsinə tədarük edilməsi ilə bağlı tenderi udduğu barədə məlumat verib. Bu məktəblərə tədarük ediləcək qurğuların sayı 27 mindən çox təşkil edəcək.

Pavel Durov “Wikipedia” onlayn-ensiklopediyasına 1 milyon dollar dəyərində kömək edəcək


Rusiyanın ən böyük sosial şəbəkəsi olan "Vkontakte"-nin yaradıcısı Pavel Durov bu yaxınlarda “Wikipedia” onlayn-ensiklopediyasına 1 milyon dollar dəyərində kömək edəcəyi barədə söz verib. O, bu barədə Münhendə keçirilən “Digital Life Design” konfransında çıxışı zamanı bildirib.

“Apple” və “Motorola Mobility” şirkətləri arasındakı patent münaqişəsi getdikcə kəskinləşir


“Motorola Mobility” şirkəti “Apple” şirkətinə qarşı Floridanın (ABŞ) Federal Məhkəməsinə iddia ərizəsi göndərib. "Alma" imperiyası "Motorola" şirkətinin 6 patenti ilə müdafiə olunan texnologiyaların qeyri-qanuni istifadəsində ittiham edilir.

İnternet-sorğu işçilərin 82 faizinin aldadıldığını üzə çıxarıb


Ümumrusiya internet-sorğusu maraqlı nəticələr üzə çıxarıb. “rabota@mail.ru” portalının apardığı sorğuda məlum olub ki, işçilərin 82 faizi işəgötürənlər tərəfindən aldadılır. Bu barədə məlumat yayan “www.innov.ru” saytında bildirilir ki, əməkdaşların əksəriyyəti yalan vədlərlə qarşılaşıblar.

Dünyanın ən məşhur internet qəzeti


“ComScore” analitik şirkətinin analizinə görə, Britaniyanın “The Daily Mail” “tabloid”i “The New York Times”-i keçərək dünyanın ən məşhur internet qəzeti seçilib. Məsələn, keçən ilin dekabr ayı ərzində “tabloid”in saytına 45,3 milyon ziyarətçi daxil olub. “The New York Times” nəşrində isə bu göstərici 44,8 milyona bərabərdir.

Bill Qeyts BMT-yə 750 mln dollar ianə vəd etdi


Ötən gün İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda Microsoft şirkətinin milyarder sədri Bill Qeyts BMT-yə çətin günlərdə maliyyə dəstəyi göstərəcəyinə söz verib.

Məşhur mobil oyununu “Facebook”da oynamaq mümkün olacaq (VİDEO)


“Rovio Entertainment” şirkəti fevral ayının 14-də öz məşhur “Angry Birds” mobil oyununun “Facebook” sosial şəbəkəsi üçün versiyasını istifadəyə vermək niyyətindədir. Bu barədə “Penn-Olson.com” saytına verdiyi müsahibəsində “Rovio” şirkətinin marketinq üzrə direktoru Piter Vesterbak bildirib.

Bill Qeyts: “Stiv Cobsun yoxluğunu qəbul etmək çox çətindir”


“Nightline” teleproqramına verdiyi müsahibəsində “Microsoft” korporasiyasının banisi və artıq dünyanın ikinci ən zəngin insanı olan Bill Qeyts “Apple” şirkətinin banisi Stiv Cobsun ölümünün ona necə təsir etdiyi barədə danışıb. "Enerjili, cazibəli və novator olan insanın yoxluğunu qəbul etmək çox çətindir.

Gənc amerikalılar Tomas Edisonu ən dahi novator adlandırıblar


“Lemelson-MİT İnvention İndex” şirkəti 16-25 yaş kateqoriyasına aid olan 1000-dən çox amerikalı arasında sorğu keçirib. Sorğuda iştirak edən amerikalılar bəşəriyyət tarixinin ən dahi novatorlarını təyin ediblər. 52 faiz respondent fonoqraf, elektrik lampası və digər qurğuların

“Google maps”-dan maraqlı yenilik


“Google maps” olduqca maraqlı bir yeniliyə imza atıb. Şirkət bu yeniliyi vasitəsi ilə təcili xəbərlə istifadəçiləri məlumatlandıracaq. Yeni özəllik sayəsində hava durumu, təhlükəsizlik və zəlzələ xəbərləri kimi insan üçün olduqca maraqlı məlumatları axtarışların nəticələrində üzə çıxaracaq. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə,

1 milyondan çox şərh toplayan mesaj


ABŞ vətəndaşı Keti Mettyus “Facebook” sosial şəbəkəsində bir mesaja milyon şərh toplamaqla dostları ilə birlikdə “Ginnesin rekordlar kitabı”na düşmək cəhdinə təşəbbüs edib. Həmin şərhləri toplamaq üçün Keti Mettyus “FrontierVille”-də onunla oynayan dost və tanışlarını dəvət edib. Nəticədə onlar 1001291 şərh toplaya biliblər.

“Oskar” laureantları elektron yolla seçiləcək


Amerika Kino Sənəti Akademiyasının məşhur mükafatı – “Oskar”ın qaliblərinin müəyyənləşməsində istifadə edilən elektron səsvermə xidməti təkmilləşdiriləcək. Gələn ildən məşhur film ulduzları elektron üsulla seçiləcək. Belə ki, artıq Akademiya elektron səsvermənin tətbiqini

Britaniyalı uşaqlar internetsiz özlərini tənha hiss edirlər


Britaniya alimləri tərəfindən keçirilmiş yeni tədqiqat nəticəsində məlum olub ki, əgər 12 yaşa qədər uşaqlar internetə çıxış imkanından məhrum edilirsə, onların 49 faizi kədərlənir və hər beş nəfərdən biri isə tənhalıqdan əzab çəkməyə başlayır. Böyük yaş kateqoriyasında isə vəziyyət bir qədər başqa cürdür:

İnternetdə qeyri-qanuni film yaydıqlarına görə məhkəməlik oldular


Moskvada Lopuxovlar ailəsinin günahı üzündən kinokompaniyalara 38 milyard rubl zərər dəyib. Vurulan zərərin məbləğini bu günlərdə cütlüyün "interfilm.ru" torrent-trekerini yaratmaqda günahlandıran Rusiya Antipirat Təşkilatı açıqlayıb. “www.innov.ru” saytının məlumatına görə,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL