waplog

“Android” proqramları arasında hava proqnozu daha gəlirlidir


Hava proqnozu əlavələri “Android” əməliyyat sistemi üçün proqram yaradıcılarına daha çox pul gətirir. “Research 2Guidance” tədqiqat şirkətinin hesabatına əsasən, "Hava" kateqoriyasından olan proqramlar gəlir həcminə görə “Android Market” mağazasında liderlik edir.

Amerikada elektromaqnit şüanın olmadığı kənd


Amerikanın Qərbi Virciniya ştatında yerləşən Qrin-Benk adlı kəndin onlarla sakini iddia edir ki, onlar mobil telefon, “Wi-Fi” ötürücü və digər elektron avadanlıqlardan çıxan elektromaqnit şüanın təsirinə qarşı daha həssasdırlar.

Avropalıların üstünlük verdiyi qurğular


“ComScore” analitik şirkəti Avropa bazarında may-iyul ayları üzrə smartfonların tədqiqat nəticələrini dərc edib. Hələ ki satılmış smartfonların sayına görə əvvəlki kimi “Symbian” ilə işləyən modellər liderlik edir, lakin bu əməliyyat sisteminin payı sürətlə azalmaqdadır.

Yeni “AMD FX” prosessoru Ginnes rekordlar kitabına düşüb (VİDEO)


“AMD” şirkəti bildirib ki, onun “Bulldozer” arxitekturasındakı “FX” seriyalı çipləri ən yüksək takt tezlikli kompyuter prosessorları kimi Ginnesin rekordlar kitabına salınıb. “Team AMD-FX” overlokerlər komandasının maye helium ilə olan soyuma sistemindən istifadə etdiyi bildirilir.

Britaniyalılar “Samsung”-a “Galaxy”-ni ən nazik smartfon adlandırmağı qadağan ediblər


Britaniyalılar faydalı əməklə məşğul olmaqdan yorulmurlar və beləliklə, bütün dünyanı daim maraqlı tədqiqatlarla sevindirirlər. Bu dəfə Böyük Britaniyanın reklam standartları üzrə departamenti 2 smartfonun – “iPhone 4” və “Samsung Galaxy S II”-nin qalınlığını ölçüb.

Yol polisi elektron dirəklərin sayını artıracaq


Azərbaycan yollarında elektron dirəklərin tətbiqinə başlanılıb. Bu barədə açıqlama verən Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, belə dirəklər hələlik Bakı-Quba yolunda Ekologiya postunda qurulub.

YAP oktyabr ayından etibarən“Facebook” kursları təşkil edəcək


Hakim Yeni Azərbaycan Partiyası (YAP) gənclərin sosial şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək. Bu barədə qurumun Gənclər Birliyinin sədri Seymur Orucov bildirib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın regionlarında yaşayan gəncləri maarifləndirmək,

Şok: Dünyada ilk dəfə olaraq Nigeriyada mobil internet stasionar interneti ötüb


“StatCounter” internet statistika servisinin məlumatına əsasən, Nigeriyada mobil internet istifadəçilərinin sayı stasionar internet istifadəçilərinin sayını ötüb.

Qan damarlarını... üçölçülü printerdə çap edəcəklər


Almaniyalı tədqiqatçılar köçürülmüş orqanların və toxumaların qanla təchiz olunması üçün süni qan damarları yaradılmasının yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar qan damarlarını üçölçülü şırnaqlı printerdə polimer mürəkkəblə çap etməyi təklif edirlər.

İnternet fırıldaqçılarını model və kino aktrisaları daha çox cəlb edir


Zərərverici proqram müəllifləri öz fəaliyyətlərində alman modeli Haydi Klumdan (ad, foto, video və s.) istifadə edirlər. Haydi Klum bu göstərici üzrə məşhurlar arasında reytinqdə birinci olub. Reytinqi antivirus şirkəti “McAfee” təşkil edib. “McAfee” mütəxəssisləri hesablayıblar ki, internetdə Haydi Klum haqqında

“Samsung” “Apple”-ın hələ təqdim edilməmiş smartfonlarının satışını qadağan etmək istəyir


“Samsung Electronics” şirkəti “Apple”-a qarşı güclü hüquqi hücum planlaşdırır, o, Cənubi Koreya ərazisində hələ təqdim edilməmiş “iPhone 5” smartfonlarını qadağan etmək üçün bacardığı hər şeyi etməyə söz verib. "iPhone 5” smartfonunun çıxışından dərhal sonra “Samsung” şirkəti simsiz texnologiyalarla bağlı patentlərin pozulması

ABŞ-da mobil abunəçilərin dörddə üçü SMS xidmətdən istifadə edir


“Pew İnternet & American Life Project” analitik mərkəzi ABŞ-ın mobil abunəçiləri arasında SMS xidmətinin populyarlığı ilə bağlı keçirilən tədqiqat nəticələrini dərc edib. Sorğuda təxminən 2300 həddi-büluğa çatmış vətəndaş iştirak edib. Məlumatlar 2011-ci ilin aprel ayının 26-dan may ayının 22-nə kimi toplanılıb.

“Twitter”də ürək sözlərini yazdığına görə işdən çıxarıldı


“Microsoft” şirkətində “Windows Phone” mobil əməliyyat sistemi üzərində işləmiş menecer yeni “Nokia” smartfonu haqqında öz mikrobloqunda fikirlərini qeyd etdikdən sonra işdən çıxarılıb. Buna korporasiyada qüvvədə olan KİV və sosial media ilə iş üzrə qaydaların pozulması səbəb olub.

Britaniyalı uşaqlar informasiya texnologiyalarına daha çox maraq göstərir


“Westcoastcloud” şirkətinin tədqiqatına əsasən, 5-10 yaş aralığında olan hər bir onuncu britaniyalının “iPhone” smartfonu var. Eyni yaş aralığında hər iyirminci britaniyalı “iPad” planşetinə malikdir və 10% uşaq “Facebook” və ya “MySpace” sosial şəbəkələrində hesaba malikdirlər.

Artıq 29 ildir ki, insanlar hiss və həyəcanlarını virtual olaraq bildirir


Mətndə emosiya və hisslərin ötürülməsi üçün istifadə olunan smayliklərin yaranmasından 29 il vaxt keçib. 1982-ci il sentyabr ayının 19-da Karneqi Mellon Universitetinin professoru Skott Falman “smaylik”dən - emosiyaların təsviri üçün ideoqramdan (hər hansı bir anlayışı ifadə edən şərti işarə) istifadə edən ilk insan olub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL