Tarix: 21/12/13 Boliviya ilk peykini buraxıb

Boliviya dekabrın 21-nə keçən gecə ilk peykini orbitə çıxarıb.
Peyk buraxılması Çinin cənub-qərbində yerləşən Ksiçan Kosmik Mərkəzindən həyata keçirilib. Çinin “Long March-3B” raketdaşıyıcısının orbitə çıxardığı peykin buraxılış mərasimində Boliviya prezidenti Evo Morales iştirak edib.
Tarix: 20/12/13 Azərbaycanda ilk dəfə olaraq potensial rəqəmli eroziya xəritələri tərtib olunub

Azərbaycanda ilk dəfə olaraq müasir “LİSEM (Limburg Soil Erosion Model)” modelindən istifadə olunmaqla, İsmayıllı rayonunun şərq hissəsində yerləşən və hövzəsinin sahəsi 37 kv.km olan Mücüçay hövzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanıb
Tarix: 18/12/13 Nəzarətçilərin elektron qeydiyyatı sisteminə 14 mindən artıq nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin formalaşdırılması işi başa çatıb.
Tarix: 17/12/13 “Dərslik” portalı cəmiyyətə təqdim olundu

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan “Dərslik” portalının təqdimat mərasimi keçirilib.
Tarix: 16/12/13 Azərbaycanda 5 ay ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu cari ilin 5 ayı ərzində 951 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib.
Tarix: 14/12/13 Elektron tullantı, elektrik və sənaye akkumulyatorlarının təkrar emalına yer ayrılacaq ilk sənaye parkının tikinti-inşaat işlərinə başlanılıb

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan Balaxanı Sənaye Parkının (BSP) qurulması və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam edir. Parkın yaradılması istiqamətində bu günədək bir çox tədbirlər görülüb.
Tarix: 13/12/13 Dünya geoməkan informasiyasının açıqlığı vasitəsilə innovativ inzibati xidmətlərin tətbiqinə səylər göstərir

Azərbaycan BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsü (UN-GGİM) istiqamətində aparılan işlərdə yaxından iştirak edir.
Tarix: 12/12/13 Azərbaycan alimləri “Kvant informasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər

AMEA Fizika İnstitutunun alimləri Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun dəvəti ilə “Kvant informasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.
Tarix: 12/12/13 Təhsil sahəsində innovativ ideyalar dəstəklənəcək

Təhsil sahəsində innovativ ideyaların, o cümlədən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şərait yaradılacaq.
Tarix: 12/12/13 Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi təkmilləşdirilir

Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.
Tarix: 10/12/13 Azərbaycanda hava limanlarının vahid lokal idarəetmə sisteminin yaradılması məsələsi müzakirə edilir

“Gilat Satellite Networks” şirkəti Azərbaycanın “Air Trafik Control” Agentliyi ilə hava limanlarının vahid idarəetmə sisteminin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır.
Tarix: 10/12/13 Azərbaycanda dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sistemi yaradılır

Azərbaycanda dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sistemi yaradılır. Hazırda bu proses pilot layihə şəklində həyata keçirilir.
Tarix: 02/12/13 “Windows” əməliyyat sistemləri bazarında artım qeydə alınıb

“Net Applications” statistika xidmətinin 2013-cü ilin noyabr ayına olan məlumatına əsasən, “Windows 8” və “Windows 8.1” platformalarının əməliyyat sistemləri bazarında ümumi payı 9,3% təşkil edib ki, bu da ötən ayla müqayisədə cəmisi 0,05% azdır.
Tarix: 02/12/13 Britaniyalılar hər gün cihazlarına dörd saat vaxt sərf edirlər

“The Financial Times” nəşri “Conlumino” şirkəti üçün tədqiqata istinad edərək Böyük Britaniya sakinlərinin gündə öz cihazlarına dörd saat vaxt sərf etdiklərini yazıb. 2008-ci ildə britaniyalılar smartfon, planşet və kompüter arxasında gündə üç saat vaxt keçiriblər.
Tarix: 02/12/13 “Amazon” sifarişləri pilotsuz təyyarələrin köməyi ilə tədarük edəcək

“Amazon” şirkəti müştərilərinə sifarişi pilotsuz təyyarələrdə çatdırmaq niyyətindədir. “ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu haqda onlayn xidmətin direktoru Cef Bezos “60 Minutes” proqramında deyib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248