Tarix: 05/03/13 Elmin İnkişafı Fondu “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə, qısamüddətli təcrübə keçmədə iştirak, alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib.
Tarix: 05/03/13 Ölkə başçısı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.
Tarix: 04/03/13 Elastik şüşə ilə təchiz edilmiş ekranların istehsalı təxirə salınır

2012-ci ilin iyununda “Corning” şirkəti elastik xüsusiyyətə malik “Willow Glass” adlanan yeni nəsil qoruyucu örtük təqdim etmişdi. O zaman bildirilmiş məlumata əsasən, istehsalında bu cür şüşələrdən istifadə edilmiş ekranlarla təchiz edilmiş istehlak məhsulları 2013-cü ildə işıq üzü görə bilər.
Tarix: 04/03/13 Bu gün mikrofonun ad günüdür

Səsi emal edən istənilən texniki qurğunu onsuz təsəvvür etmək mümkün deyil. Bu əvəzolunmaz cihaz adi mikrofondur. Martın 4-də “dünyaya gələn” mikrofon hər il bu tarixdə öz ad gününü “bayram edir”. Məhz 1877-ci ilin 4 martında amerikalı mühəndis-ixtiraçı Emil Berliner geniş tamaşaçıya elektrik siqnallarına səsli dalğaları dəyişdirməyə icazə verən sistemi təqdim edib.
Tarix: 04/03/13 “Nağdsız ödə, nağd qazan”

Ölkədə nağdsız ödənişlərin miqdarını çoxaltmaq və əhalinin elektron ödəmələrə marağını artırmaq üçün “AtaBank” ASC kompaniya həyata keçirir. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu məqsədlə “AtaBank” “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasının ikinci mərhələsinə başlaması ilə bağlı mətbuat konfransı keçirib.
Tarix: 04/03/13 “Küriositi” işini dayandırıb

"Küriositi" marsgəzəyəni bortuna quraşdırılmış kompüterdə baş vermiş nasazlığa görə daha az fəallıq tələb edən təhlükəsiz rejimə keçirilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin səylərinə baxmayaraq, hələ ki problem aradan qaldırılmayıb.
Tarix: 01/03/13 Texnoparklardakı sənaye zonalarının yaşıllaşdırılması məsələləri araşdırılacaq

“1-4 oktyabr 2013-cü il tarixlərində AMEA Mərdəkan Dendrarisində “Botanika bağları və denarklarda landşaft arxitekturası” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix: 01/03/13 Asiya milyarderlərin sayına görə ilk dəfə Amerikanı ötüb

Hazırda dünyada 1453 milyarder var. Ötən il onların varidatının ümumi həcmi nəzərəçarpacaq dərəcədə artaraq 5,5 trilyon dollar olub. Çinin "Xujun" jurnalının keçirdiyi araşdırmanın nəticələri buna sübutdur. Jurnalın versiyasına əsasən, Asiyada 608 milyarder yaşayır. Beləliklə, Asiya qitəsi bu göstərici üzrə ilk dəfə olaraq Şimali Amerikanı (440 milyarder) ötməyə müvəffəq olub. Avropada 324 milyarder var.
Tarix: 01/03/13 “iPhone 5” qızıl və platinlə bəzədiləcək

“Brikk” dizayner şirkəti “iPhone 5” “ağıllı” telefonları üçün məhdud sayda “Brikk Trim Titanium Case” dəbdəbəli çexolları istehsal edib. “ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, çexollar dörd variantda əlçatandır: onlardan üçü qızılla, biri isə platinlə işlənib. Qızıl versiyaların hər birinin çəkisi ən azı 75 qram, platində isə 100 qramdır.
Tarix: 01/03/13 İlk çap maşını 140 il öncə bu gün təqdim edilib

1873-cü il martın 1-də “Remington” şirkəti ilk çap maşınının istehsalına başlayıb. Kristofer Şoulz silah, tikiş maşınları və kənd təsərrüfatı avadanlığı istehsalında ixtisaslaşmış şirkətə öz ixtirasını sənaye nümunəsinə çevirmək təklifi ilə müraciət edib.
Tarix: 01/03/13 Bakalavrlar “Niyyət məktubu” yazacaqlar

Bakalavrlar “Niyyət məktubu” yazacaqlar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Niyyət məktubunu (Statement of Purpose) necə yazmalı” mövzusunda seminar keçiriləcək.
Tarix: 28/02/13 Yerli bank SMS kredit xidmətini işə salıb

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Azərbaycan bank təcrübəsində ilk dəfə SMS kredit məhsulunu təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin adıçəkilən banka istinadən verdiyi məlumata görə, müştəri artıq banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verə biləcək. Sifariş edilmiş kredit məbləği müştərinin “Dostlar Klubu” kartına yüklənir.
Tarix: 27/02/13 Səlim Müslümov: “İyulun 1-dən etibarən pensiyaların avtomatlaşdırılmış təyinatına keçid nəzərdə tutulur”

Sığorta-pensiya sistemində qarşıya qoyulan vəzifələrə tam nail olmaq məqsədi ilə indiki mərhələdə inzibati nəzarətin ictimai nəzarətlə dəstəklənməsi və bu əsasda daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqi əsas hədəf kimi götürülüb.
Tarix: 26/02/13 “Ağıllı” telefona daha çox hansı tip məzmun etibar edilir?

Proqram təminatının təhlükəsizliyi ilə məşğul olan “AVG” şirkətinin yeni araşdırmasına əsasən, mobil qurğu sahiblərinin 25%-i öz cihazlarında intim xarakterli foto və videolar saxlayır. “ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, respondentlərin yalnız 36%-nin bank hesabının balansını “ağıllı” telefonunda saxladığı faktını nəzərə alsaq, yüksək göstəricidir.
Tarix: 26/02/13 2012-ci ildə bütün ali təhsil müəssisələrinin diplomlarının nömrələri proqram vasitəsilə avtomatik müəyyənləşib

Ali təhsil müəssisələri tərəfindən verilən diplomların nömrələrinin avtomatik müəyyənləşməsi 2012-ci ildə tam tətbiq edilib. Belə ki, təhsil ocaqlarını həmin ildə bitirən məzunlar ali məktəbi başa vurması haqqında dövlət nümunəli sənədi - diplomu məhz bu yenilik əsasında – sənədin nömrəsinin proqramla müəyyən olunması qaydası ilə alıblar.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248