Tarix:06/07/12
"Bu sürətlə ilin sonuna kimi bütün fondu skanerləşdirmək olar"
- İyunun 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri olub. Bu ildən AMK-in nəzdində respublika üçün vahid Elektron Kitabxana yaradacağıq və bu sahədə dövlət hesabına çox ciddi işlər gedir. Artıq avtomat skaner alınıb, respublikanın heç bir kitabxanasına kitabı skaner edib elektron versiyasını yaratmağa ehtiyac qalmayacaq. Biz onları açıq qoyacağıq, istənilən oxucu onu oradan bekap (backup) edib, ehtiyat nüsxəsini yaradıb, öz malı edə bilər. AMK-də kitab, qəzet, buklet və s. nəşrlərin daxil olduğu 5 milyon 800 min ədəbiyyat var. 5 milyon kitabın hamısı orijinal deyil. Azərbaycan milli ədəbiyyatımız cəmi 110 min nüsxədir. Onun da 23 faizi elektronlaşdırılıb. Kitabxanamızda xarici ədəbiyyat, jurnal, patent vərəqə, standartlar da var. Onları elektronlaşdırmağa ehtiyac yoxdur. Biz ədəbiyyatları avtomat skaner edəcəyik. Hansı ki, 1saata 3 min vərəq edir. Bu sürətlə ilin sonuna kimi bütün fondu skanerləşdirmək olar, amma bunu etməyə bizə icazə vermirlər. Müəllif hüququ icazəsi olmadan fondun heç 50 faizini də elektronlaşdıra bilmərik, bunu etməyə ixtiyarımız yoxdur. Ona görə də biz ancaq 70 il əvvəlki kitabları rəqəmliləşdiririk. Amma bu kitablara da baxsaq, məsələn, "Kolxoz kəndində sosializm yarışı"nı elektronlaşdırmağa ehtiyac varmı? Ona görə də fond ucdantutma elektronlaşdırılmır. Bu gün yalnız və yalnız oxucu tərəfindən soruşulan, tələb edilən, ona lazımlı ədəbiyyat rəqəmliləşdirilir. Ölü fonddan kitab götürmürük, çünki ehtiyac yoxdur. Bir kitab il ərzində azı iki dəfə oxunubsa, deməli, onu skanerləşdirmək lazımdır. Elektronlaşdırılacaq ədəbiyyatı mütəxəssislərimiz, xüsusi komissiya təyin edir. Fondumuzda 10-15 il əl vurulmayan kitablar var. Belə kitabları skanerləşdirməyə ehtiyac yoxdur. Məsələn, vaxtilə ildə 5 dəfə çap edilmiş Sov. KP MK-nın bütün proqramları fondda qalır. AMK o kitabları atmır. Onun birini elektronlaşdırırıq, qalanları arxivdə qalır. Yəni 1 kitab 100 kitabı əvəz eləyir. Qədim ədəbiyyatın isə, demək olar ki, əksəriyyətini rəqəmliləşdirmişik. Amma yeni ədəbiyyat müəllif hüquqları ilə bağlı qanunun imkan verdiyi dərəcədə elektronlaşdırılır. Yoxsa müəlliflər bizi məhkəməyə verərlər. Son vaxtlar dəbdədir. Oxucular bunu kənardan görmürlər, amma biz o qədər belə hallarla qarşılaşırıq. Hətta bizə lokal şəbəkənin problemini yaradırlar. Müəllif gəlir ki, məndən icazəsiz kitabımı niyə vermisiz. Biz ona başa salırıq ki, fonda kitabını vermisən, oxucu da gəlib soruşur. Biz də elektronlaşdırmışıq, kitab yenə kənara çıxmır, fond daxilində oxunur. İcazə vermirsə, biz kitabı dərhal yerli şəbəkədən çıxarırıq. Yaxud Rusiyada çıxmış kitabını fonda təqdim edən müəllif onun elektron versiyasının yaradılması üçün ərizə verir. İki gün sonra deyir ki, Rusiyada kitabı çap edən nəşriyyat icazə vermir, deyir hansı ixtiyarla onu internetə vermisən, biz kitabı sata bilmirik. Çünki müqavilə ilə müəllif hüquqları müəyyən müddət nəşriyyatdadır. Burada kommersiya və s. kimi amillər var. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var. Amma buna baxmayaraq, biz elektronlaşdırma üçün təbliğat aparır, müəlliflərdən kitablarının elektron formaya salınması üçün ərizə yazmalarını xahiş edirik. Ümumiyyətlə, bu sahədə çox ciddi problemlər var, biz onların həlli yollarını fikirləşirik.
"Köhnə kitabları avtomat skanerə vermək olmaz"
Elektron Kitabxananın yaradılmasına hazırda nə qədər insan cəlb edilib?
- Bununla hazırda 3 şöbə məşğuldur və bu şöbələrdə 60-a yaxın işçi var. Təəssüf ki, biz indiyə qədər adi fotoaparat, adi skanerlə işləyirik, bu da çətindir, problem yaradır. Avtomat skanerdən istifadə çox gözəl nəticə verəcək. O, 1 saata 3 min səhifə edirsə, bu, 10 kitab deməkdir. Deməli, iş çox sürətlə aparılacaq, operativlik artacaq. Bu da sözsüz ki, Elektron Kitabxananın keyfiyyətini yaxşılaşdıracaq. Digər problem də var. Biz indi Elektron Kitabxanada kitabları PDF şəklində saxlayırıq. Orada kontent üzrə axtarış getmir. Amma avtomat skaner kontent üzrə axtarış da verəcək. Məsələn, kitabda olan açar sözü yazılan zaman dərhal açılacaq ki, kitabın filan səhifəsində var. Dünya miqyasında müasir standartlar, tələblərə uyğun gələn Elektron Kitabxana odur ki, açar sözü axtarışa veriləndə hansı kitabda, hansı səhifədə olması dərhal çıxsın. Bu da o zaman mümkündür ki, kitabın mətni işlənilsin, kontent üzrə axtarış getsin. İndi bizim elektronlaşdırdığımız ədəbiyyatın yenidən kontent üzrə axtarış halına gətirilməsi çox uzun vaxt aparacaq. Amma yeni skaner etdiklərimiz üzrə dərhal axtarış gedəcək. 3 ildir ki, biz bu işin baş tutması üçün çalışırdıq, nəhayət, bu il oldu. Bu, bütün dünya təcrübəsində də belədir.
- Əski əlyazmalar, çox qədim dövrə aid kitablar necə elektronlaşdırılır?
- Bu gün o kitablar bizə problem yaratmır, nəinki yeni kitablar. Əski kitabları - Azərbaycanın 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində çap olunmuş mətbuat orqanlarının, klassiklərimizin əsərlərinin hamısının, demək olar ki, elektron versiyasını yaratmışıq. İnternetə də qoymuşuq. İstənilən adam götürüb istifadə edə bilər. Qədim dövrlərə aid əsərləri adi üsulla skaner edəcəyik. Avtomat skaner yeni kitablar üçündür, kitabları o özü vərəqləyir. Köhnə kitablar isə elə vəziyyətdədir ki, onları avtomat skaner vərəqləyə bilməz. Dünya ölkələrində də köhnə kitablar avtomat skanerlə edilmir. Çünki avtomat skanerdən vuran güclü hava o kitabları cıra bilər. Ona görə də köhnə kitabları avtomat skanerə vermək olmaz, biz onları əllə edəcəyik.
"O boyda İsgəndəriyyə kitabxanası alışıb yandı"
Elektron formada saxlanılan materialların təhlükəsizliyi necə təmin ediləcək?
Çox təəssüf ki, biz bu məsələyə hələ qayıtmamışıq. Amma mən bu tədbirləri bir neçə yerdə görmüşəm. Ölkə var ki, arxivi bekap edib milli kitabxanada, digərini periferiyada -hansısa rayonda, eləsi də var ki, xarici ölkədə saxlayır. Amma biz hələlik bu yollardan deyil, seyfdə saxlama yolundan istifadə edirik. Hər bir sistemin özünün bekap variantı var. Bizim sistem də özü serverdən birbaşa – avtomatik yanmayan, xarab olmayan, xüsusi yapon kasetlərinə bekap edir. Biz də vaxtaşırı bekap olunanları seyfdə saxlayırıq. Amma ümumiyyətlə, Elektron Kitabxana tam yaradılandan sonra onun bir variantını periferiyada saxlamaq fikrimiz var. Gəncədə, Şəkidə və ya hansısa rayonda onun bekapını yaratmağı düşünürük. Yəni onu daşımağa ehtiyac olmayacaq. Bu, daha məqbul variantdır. Bu, dünya təcrübəsində də var, istifadə olunur və bunu etməyə ehtiyac da var. Bir də gördün disk, server yandı. O boyda İsgəndəriyyə kitabxanası alışıb yandı. Belə hadisələrdən sığortalanmaq üçün mütləq bunu etmək lazımdır.
"Çoxu öz qiymətli kitablarını paylaşmaq istəmir"
- Heydər Əliyev başda olmaqla, şəxsi kitabxanasından AMK-yə qiymətli kitablarını hədiyyə edən ziyalılarımız var. Amma onların sayı azdır, yoxsa saytda yalnız bir neçəsinin adı çəkilib?
Təəssüf ki, bu gün çoxu öz qiymətli kitablarını paylaşmaq istəmir. Düzdür, bizə kitab təklif edənlər çox olur. Amma onların təklif etdikləri kitablara ehtiyacımız yoxdur. Çünki onlardan fondda kifayət qədərdir. Həm də kitablar getdikcə artdığı üçün AMK-nin ən böyük problemi yer problemidir. Bununla bağlı neçə ildir ki, məsələ qaldırmışıq. Gözləyirik ki, şəhər kənarında bizə depozitar yer ayrılıb bina tikilsin. Bu, dünya təcrübəsində də tətbiq olunur. Şəhər kənarında depozitar fond üçün yer ayrılır. Çox istifadə olunmayan kitablar həmin yerə yığılır. Yer məhdud olduğundan kitabları qoymağa yer tapmırıq. Bu problem olduğuna görə də biz istənilən kitabı götürə bilmirik. Bu gün biz fondumuzda olmayan, ehtiyacımız olan kitabları qəbul edirik. Nadir kitablar kitabxanaya təqdim olunarsa, təbii ki, onu alacağıq. Bizdə xüsusi proqram üzrə kitab abidələri tərtib olunub. Bunlar şəxsi kolleksiyalarda olan və Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edən nadir, az nüsxəli kitablardır ki, onların qeydiyyatını aparmışıq. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə biz onları disklərdə çap etmişik ki, şəxsi kolleksiyada hansı kitablar var. Sabah onun ölkədən çıxarılması, qorunması məsələsi yarana bilər. Əgər kitab ölkədən çıxarılarsa, dərhal sərhəddə, gömrükdə sistemdə axtarışa verilir. Kitab abidələrində qeydiyyatdan keçmiş kitabı ölkədən çıxara bilməzsən.
"Kitabxanamızı disklərin əvəz edəcəyinə inanmıram"
Bu vaxta qədər hər kəs evində zəngin kitabxanasının olması ilə öyünüb. Amma artıq kitabları elektron kataloqlar əvəzləyir. Gələcəyin kitabxanasını necə görürsünüz?
- Vaxt var idi, makulatura yığıb talonla kitab alardıq. Çox təəssüf edirəm ki, indi balalarımız, nəvələrimiz o kitabları çölə atırlar. Bu, mənim ürəyimi ağrıdır. Bizə müraciət edirlər ki, təmir edirik, atamdan qalan kitabları atmağa heyfimiz gəlir, bəlkə siz götürəsiniz. Bu, məni yandırır. Kitab bəzək deyil, insanın mənən zənginləşməsinin mənbəyi, sirdaşıdır. Kitaba hər bir evdə yer olmalıdır. Kitabla həmsöhbət olan, kitab arasında böyüyən uşaq heç vaxt pis yola düşmür. Amma indiki insanlar gələcək övladlarını kitabdan məhrum edirlər. Ona görə də mən heç cür o kitabların atılmasının tərəfdarı deyiləm. Xalq, millət var ki, kitab üçün hara desən, gedir. Amma bu gün bizim əhalinin kitaba marağı o qədər çox deyil ki, onu əldə etmək üçün 5 km məsafə qət etsin. Hesab edirəm ki, bu gün insanlarımızın keçdiyi hər yolun qırağında, şəhər mərkəzində kitab mağazası olmalıdır ki, heç olmasa, əhali maraqlansın. Kitab mağazalarının olmaması insanların mütaliəyə münasibətinin zəifləməsinə səbəb olur. Vaxtilə 70-80 kitab mağazası vardı. İndi barmaqla sayılır. Bu gün bizdə kitab biznesi də yoxdur. Bu biznes kitabın reklamından, təbliğindən, tərtibatından başlayır. İndi nəşriyyatlar kitabı çap edib müəllifin qoltuğuna verir. Kitabın marketinqi olmalıdır. Bu, bir elmdir. Elektron versiyanın kitabı əvəz eləməyinə gəlincə, tarix boyu kitab olub, həmişə də olacaq. Kitabı heç vaxt heç nə əvəz edə bilməz. Texnologiyalar kitabı heç vaxt sıradan çıxara bilməyəcək. Texnologiya operativliyi təmin etmək, məkan, zaman problemini aradan qaldırmaq üçündür. Həkimim məndən bir kitab istəmişdi, fondumuzda yox idi. Onu internetdən tapdım, çıxardıb verdim. Bu gözəldir. Amma kitabla birbaşa təmas daha gözəldir. Onu heç nə əvəz edə bilməz. Kitabxanamızı disklərin əvəz edəcəyinə mən inanmıram. Zaman-zaman hər şey təkrar olunur. Kitab həmişə olub, həmişə də olacaq.
Həqiqət İSABALAYEVA
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov: “OXUCU TƏRƏFİNDƏN TƏLƏBAT OLAN KİTABLAR ELEKTRONLAŞDIRILIR”
Kitab aləminə də yol açan texnologiyalar hesabına hazırda bütün dünyada elektron kitabxanaların yaradılması üzrə iş gedir. Amma göründüyü qədər sadə olmayan prosesdə xeyli problemlərə rast gəlinir. Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru Kərim Tahirov "Rabitə dünyası" ilə söhbətinə elə bu problemlərdən başladı:"Bu sürətlə ilin sonuna kimi bütün fondu skanerləşdirmək olar"

Baxış sayı: 2517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”