Tarix:30/07/12
Azərbaycanda ilk dəfə yaradılan "Yay kompyuter düşərgəsi"nin təşkili ənənəyə çevrilir
- Bir neçə il əvvəl Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadənin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə məktəbinizdə yaradılan "Yay kompyuter düşərgəsi"nin təşkili artıq bir ənənəyə çevrilib. Bu il düşərgənin fəaliyyəti neçə təşkil olunub?
- Bu dəfə yay tədris düşərgəsinin təşəbbüskarı kimi liseyimiz çıxış edərək Təhsil Nazirliyinə müraciət edib. Təhsil naziri Misir Mərdanov təşəbbüsümüzü çox yaxşı qarşıladı. Yay kompyuter düşərgəsinin yaradılmasında əsas məqsəd yetişən nəslin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi, informatikanın riyazi əsaslarını öyrənmək və informatika sahəsində tədqiqat işini aparmaq marağının aşılanması, istedadlı gənclərin məqsədli axtarışı və onların bacarıqlarının inkişafı, onların istirahətinin səmərəli təşkili, dünyagörüşünün artırılmasıdır.
Həmçinin məqsəd liseyə yeni qəbul olunan şagirdlərin adaptasiya dövrünün asan keçməsinə yardım etməkdir. İyulun 2-dən açıq elan etdiyimiz "Yay məktəbi"nin bu il fəaliyyət müddəti 15 gündən ibarət iki növbəyə ayrılıb. Birinci növbə 2-18 iyun tarixlərində, ikinci növbə 19 iyul-5 avqust tarixləri üzrə təşkil olunub.
Hazırda ikinci növbə "Yay məktəbi"ndə istirahətdədir. Düşərgə çərçivəsində proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları fəaliyyət göstərir. Düşərgədə məktəblilərə məşğələləri təcrübəli informatika müəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçir. Əsasən liseyin öz müəllim kontingenti və işçi heyəti "Yay məktəbi"nə cəlb olunub.
Bununla yanaşı, biz müqavilə ilə digər mütəxəssisləri, eyni zamanda da liseyin keçənilki məzunlarını qrup rəhbərləri kimi bu işə cəlb etmişik. Bu gənclər üçün də düşərgə bir təcrübə meydanıdır. Ümumi qrafikə görə, uşaqlar həftənin 6 günü səhər 9-dan axşam 5-ə qədər düşərgədə olurlar.
Bu müddət ərzində günün birinci yarısı onlara hər gün proqramlaşdırma dilini öyrənmək üçün informatika, müxtəlif proqramlar, əyləncəli riyaziyyat, ingilis dili dərsləri keçilir, inkişafetdirici təlimlər təşkil olunur. Həmçinin layihə işlərinin hazırlanması, təqdimetmə bacarıqlarının formalaşdırılması ilə bağlı işlər, debatlar aparılır. Gənclərdə ən çox rast gəlinən ünsiyyət problemini aradan qaldırmaq üçün liseyin psixoloqu ünsiyyət psixologiyası dərsləri də keçir. Düşərgədə müxtəlif yarışmalar təşkil olunur.
Həftənin bir günü isə şagirdlərin istirahət günüdür. Birinci növbənin uşaqları iki dəfə təbiətdə istirahətə yollandılar. Bu növbəyə də bunu aid etmişik. Düşərgəyə digər məktəblərin şagirdləri də maraq göstərirlər.
Bu layihə ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılandı.
Valideynlər öz kiçikyaşlı uşaqlarını belə düşərgəyə cəlb edirlər. Buraya hazırda 10 yaşdan 16 yaşa qədər uşaqlar cəlb olunublar. Amma belə yaş fərqi düşərgədə dərslərin təşkilinə mane olmur. Çünki müxtəlif yaş qruplarını bir yerdə birləşdiririk. Bəzən elə mövzular olur ki, orada yaş deyil, ağıl-intellekt özünü daha çox göstərir. Hər növbədə təxminən 100 nəfər şagird nəzərdə tutulmuşdu. Təxminən elə bu saya yaxınlaşmışıq.
-"Yay düşərgəsi" uşaqların gələcək ixtisas seçiminə təsir göstərirmi?
- Ümumiyyətlə, liseydə təhsil təmayüllər üzrə təşkil edilir və bu təmayüllər üzrə təhsil alanlar fənlər baxımından gələcəkdə seçdikləri ixtisasın dərinliklərinə yiyələnmək imkanı qazanırlar. Düşərgəyə gəlincə, uşaqlar müxtəlif dünyagörüşlüdür. Liseyimizdə ancaq yeniyetmələr təhsil alır və özləri üçün müəyyən ixtisasları artıq seçirlər. Amma "Yay məktəbi" təbii ki, həm vaxt, həm də proqramların zənginliyi baxımından uşaqlara öz ixtisas seçimlərində daha dəqiq olmaq imkanı yaradır. Düşərgənin fəaliyyəti sayəsində uşaqlar artıq gələcəkdə proqramçı, diplomatiya sahəsi və s. sahələr üzrə çalışmaq arzularını bildirirlər. Bu mənada, düşərgə şagirdlərin ixtisas seçiminə də müsbət təsir edir.
"Əminəm ki, RİTN-ə müraciət etsəydik, müraciətimiz mütləq müsbət qarşılanardı"
Əvvəlki illərdə düşərgənin təşkilinə dəstək verən nazirliklərdən biri də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi idi. Bu il dəstək verən əsas qurumlar hansılardır?
Bu il bizə dəstək verən Dövlət Neft Şirkətidir və onun maliyyə dəstəyi ilə düşərgəni təşkil etmişik. Çünki ARDNŞ liseyin maliyyə sponsorudur. Bununla yanaşı, İctimai Televiziyanı vurğulamaq istərdim.
İctimai Televiziya ictimaiyyətdə bu layihə, təşəbbüs haqqında rəy formalaşdırmaq üçün "Yay məktəbi"ni verilişlərində bir neçə dəfə işıqlandırıb. Eyni zamanda, məqsədimiz gələcəkdə belə düşərgələrin Azərbaycanın digər bölgələrində təşkili üçün təşəbbüskar rolunu daşımaqdır. Bu gün Azərbaycanda 4500 məktəb var. Onların əksəriyyəti güclü maddi-texniki baza ilə zənginləşdirilib, yaxşı təmir edilib.
Mən bir Azərbaycan vətəndaşı, bir müəllim və bir ana kimi yay müddətində məktəblərin istifadəsiz qalmasından çox təəssüf hissi keçirirəm. Eyni zamanda, uşaqlar öz vaxtını düzgün bölüşdürmür, işlə məşğul olduğundan valideynlər də uşaqları ilə bəzən kifayət qədər vaxt keçirə bilmirlər.
Bu baxımdan, düşünürəm ki, məktəbdə təşkil olunan "Yay məktəbi" ailə, uşağın gələcək inkişafı üçün də yaxşı vasitədir. Bu il də biz düşərgəni bütün müasir tələblərə cavab verən məktəbimizin binasında təşkil elədik, amma gələcəkdə uşaqların təbiətin qoynunda dincəlməsi ən böyük arzumuzdur. Təbiətdə istirahətlə yanaşı, onlar müxtəlif təcrübələr apara bilərlər. Biofizika, planet haqqında elmlərin praktik baxımdan öyrənilməsi üçün təbiətin qoynunda yaradılan "Yay məktəbləri" çox böyük imkanlar aça bilər.
İmkanlarımızı daha da genişləndirib, yaxşı şəraiti olan məktəb rəhbərliyi, müvafiq dövlət strukturu ilə razılaşdıraraq, rayonlarda düşərgələr təşkil etməyi çox arzulayırıq. Düşərgənin təşkilində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyinə gəlincə, biz bu il RİTN-ə müraciət etməmişdik. Əminəm ki, müraciət etsəydik, nazirlik tərəfindən müraciətimiz mütləq müsbət qarşılanardı. Çünki RİTN-in dəstəyini hər zaman üzərimizdə hiss edirik.
"Azərbaycan dilində elektron resursları müəllimlər özləri yaratmalı olurlar"
- Məktəbdə ən son texnologiyaların təhsilə tətbiqi ilə bağlı vəziyyət necədir?
-"Elektron məktəb" layihəsində iştirak edən məktəb kimi, fəaliyyət göstərdiyimiz 4 ildə lisey hər il mütəmadi olaraq müvafiq sayda kompyuter və proyektorlarla təmin olunur və bu gün bütün sinif otaqlarında kompyuter və proyektorlar var.
Müəllimlərin müxtəlif fənlərdə yerdəyişməsinə heç bir ehtiyac yoxdur. Bundan başqa, 4 kompyuter, multimedia otağımız var. "Müəllimlər otağı" tamamilə noutbuklarla təmin olunub. Müəllimlər "Elektron jurnal"ı dərs dedikləri otadqa, boş olduqları saatda isə "Müəllimlər otağı" və ya multimedia kabinetində rahat doldura bilərlər. Məktəb "Ağıllı lövhə"lərlə də təmin olunub ki, bunların bir qismi ən müasir tələblərə cavab verən lövhələrdir.
Ən son tələblərə uyğun "Ağıllı lövhə"lərdən istifadə ilə bağlı müəllimlərimiz xüsusi treninqlər keçiblər. Həqiqətən də bu gün dünya ölkələrinə təqdim ediləsi bir məktəbimiz var və bu, yeganə məktəb deyil. Böyük fəxr hissi ilə deyə bilərəm ki, Bakıda, Azərbaycanın digər bölgələrində belə məktəblərin sayı az deyil.
Bu gün elektron resurslarla, texnologiyalarla təmin olunmuş məktəb bizə geniş imkanlar yaradır. Müəllimlər bütün dərslərdə elektron resurslardan istifadə edirlər. Təbii ki, bunu hər dərsdə etmək mümkün deyil. Çünki bu işə hazırlıq müəllimdən əlavə vaxt istəyir. Proqram, material hazırlanmalıdır. Xüsusən də Azərbaycan dilində olan fənlər üçün resurslar müəllimlər tərəfindən hazırlanmalıdır.
Çünki rus, türk, ingilis dilində elektron tədris resursları çoxdur. Ancaq say az olduğundan Azərbaycan dilində bu tədris resurslarını müəllimlər özləri yaratmalı olurlar. Liseyimizdə tədris olunan xüsusi proqramları də nəzərə alsaq, müəllimlər proqramların tələbinə uyğun xüsusi tədris resursları hazırlamalıdır. Bu da müəllimdən əlavə vaxt, imkan tələb edir.
Buna baxmayaraq, elektron resursların hazırlanması da liseydə sistemli şəkil alıb. Müəllimlərimiz ehtiyac yarandıqda, proqramların tələblərinə uyğun olaraq, dərslərdə elektron resurslardan istifadə edirlər. Bu da şagirdlərdə vizual görüntü vasitəsi ilə dərketmə prosesini yaxşılaşdırır, mənimsəmə faizini artırır. Bu gün İKT-nin dərslərdə geniş tətbiqi həm praktik cəhətdən işi səmərəli edir, həm də son nəticənin daha effektiv olmasına şərait yaradır.
Artıq hər müəllim şəxsi elektron kitabxanasını yaradır
Sizin məktəbə aid olan elektron tədris resurslarının digər məktəblərlə mübadiləsi təşkil edilirmi? Eləcə də İKT-nin təhsildə tətbiqi ilə bağlı qazandığınız təcrübəni paylaşırsınızmı?
Bu gün fəal müəllimlər mütləq şəkildə hansısa təşkilatların üzvləridir, cəmiyyətdə gedən proseslərin fəal iştirakçılarıdırlar. "Elektron məktəb" layihəsinin istiqamətlərindən biri də "Təhsil Portalı"dır ki, orada müxtəlif məktəblərin, o cümlədən bizim məktəbin müəllimləri elektron resursları yerləşdirirlər. Bu da onlayn fikir mübadiləsinə imkan yaradır. Təcrübəyə gəlincə, müəllimlərimiz daim öyrənməyə açıqdırlar. Sevindirici haldır ki, nəinki Bakıdan, regionlardan da məktəbimizə müraciət edən müəllimlər var və birbaşa təcrübə mübadiləsi aparırlar. Bunu internet vasitəsi ilə də həyata keçirirlər. Müəllimlərimizin yaratdığı elektron tədris resursları liseydə geniş tətbiq olunur və bu, yalnız bizdə deyil. Bu gün artıq hər bir müəllim elektron kitabxanasını yaradır. Buraya yalnız müəllimin işi yox, şagirdlərə verilən tapşırıqlar da daxil olur. Müəllim kitabxananı ilbəil zənginləşdirir. Təbii ki, müəllim heç nəyi yenidən ixtira etmir, xarici ölkələrin təcrübəsinə, həmkarlarının fikrinə əsaslanır. Bu gün müəllimlərimizin hər birinin öz şəxsi potfolyosu var və o, elektron resurslarla zənginləşdirilir. Bu, əvvəllər müəllimlərin öz təşəbbüsünə buraxılan iş idi. Amma indi zamanın tələbinə görə artıq bu, mütləq şəkildə müəllimin sənədlərindən birini təşkil edir. Müəllimlərin işinin bir hissəsini də məhz bu portfolyo təşkil edir.
"Düşünürəm ki, elektron idarəetmə yalnız bunu özündə ehtiva etmir"
-"Elektron məktəb"in bir qolu da elektron idarəetmə ilə bağlıdır. Sizdə bu iş necə təşkil olunub?
- Artıq bu il aprelin 1-dən liseydə ənənəvi kağız jurnallar tamamilə yığışdırılıb. Yalnız elektron jurnallar mövcuddur və müəllim öz şifrəsi ilə "Elektron jurnal"a daxil olaraq yazır. "Elektron jurnal"ların vəziyyəti, şagirdlərin qiymətləndirilməsi, cari qiymətləndirmə, liseydə ümumi nəticələrin səviyyəsini müəyyənləşdirmək üçün elektron idarəetmədən istifadə olunur. Xüsusən də qiymətləndirmə prosesi, şagirdlərin davamiyyəti, elektron cədvəllər – bunlar artıq tam elektron sistemə keçirilib. Amma düşünürəm ki, elektron idarəetmə yalnız bunu özündə ehtiva etmir. Bu proqram özü də mərhələlərdən ibarətdir və yəqin ki, gələcəkdə bu proqramın özündə də təkmilləşdirməyə ehtiyac yaranacaq.
-"Microsoft" təşkilatı ilə Təhsil Nazirliyinin birgə layihəsi üzrə müəllimlərin "Microsoft Live@Edu" texnoloji platformasının bazasında çalışan rəsmi elektron poçt ünvanları ilə təchiz edilməsinə start verilib. Məktəbinizdə bütün müəllimlər bu ünvanlarla əhatə olunubmu?
- Müəllimlərin hər birinin ünvanı var. Amma "Onlar bu ünvandan istifadə edirmi" sualına cavab verə bilməyəcəm. Bu haqda hələlik məndə dəqiq məlumat yoxdur.
Həqiqət İSABALAYEVA
Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva: “RİTN-nin dəstəyini hər zaman üzərimizdə hiss edirik”
Artıq xeyli müddətdir ki, Azərbaycanın seçilmiş təhsil müəssisələrində "Elektron məktəb" modeli pilot layihə olaraq tətbiq edilir. Modelin tətbiq edildiyi akademik Zərifə Əliyeva adına məktəbin direktoru, əməkdar müəllim Məhəbbət Vəliyeva təhsil müəssisəsinin vahid informasiya mühitinin yaradılmasına yönələn bu sistemlə bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşıb.Azərbaycanda ilk dəfə yaradılan "Yay kompyuter düşərgəsi"nin təşkili ənənəyə çevrilir

Baxış sayı: 3606
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”