Tarix:09/11/12
- Novruz müəllim, Avropa Komissiyasının elektron məsələlər üzrə vitse-prezidenti Neelie Kroes bu günlərdə Azərbaycanda internet azadlığı barədə bir neçə müsahibə verib. Bu barədə...
- Düzünü sizə deyim, mənim bu xanım haqqında məlumatım azdır. Onu bilirəm ki, Azərbaycana birinci dəfədir gəlir və Azərbaycan haqqında ümumiyyətlə, heç bir məlumatı yoxdur. Əgər belə olmasaydı, onu müşayiət edən azərbaycanlı nümayəndədən soruşmazdı ki, Naxçıvan niyə Azərbaycandan aralı düşüb. Ancaq, eybi yoxdur, bilməmək böyük günah deyil. Buna fikir verməmək də olar.
- Xanım Neelie Kroesin səfərinin məqsədi nə idi?
- Maraqlısı odur ki, Azərbaycana birinci dəfədir gəlir. O da maraqlıdır ki, xanım Neelie Kroes Azərbaycanda BMT-nin təşkilatçılığı ilə keçirilən VII İnternet İdarəçilik Forumunun açılış sessiyasına və mərasiminə dəvətli olsa da, bu mühüm tədbirlərə gəlməyib. Yəni, BMT-nin belə mühüm bir tədbiri Azərbaycanda keçirməsinin bu beynəlxalq təşkilatın Azərbaycanın internet idarəçiliyi sahəsində əldə etdiyi uğurlara verdiyi yüksək qiymət olmasına baxmayaraq, xanım Neelie Kroes üçün maraqlı olmayıb.
- Yəni, belə düşünməyə əsas var?
- Bilirsiniz, artıq qeyd etdim ki, VII Beynəlxalq İnternet İdarəçilik Forumunu BMT təşkil edib. Bu foruma 1500-dən artıq internet idarəçiliyi ilə məşğul olan xarici mütəxəssis, rəhbər gəlmişdi. 20-dən artıq ölkənin nazirləri iştirak edirdi. Bu nümayəndələrin arasında BMT baş katibinin müavini cənab Hu, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi cənab Ture, İnternet İdarəçilik Korporasiyasının prezidenti cənab Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin prezidenti xanım Lin St.Amur, ABŞ Dövlət Departamentinin informasiya və kommunikasiya üzrə baş koordinatoru cənab Verveyer, "Google" şirkətinin vitse-prezidenti cənab Vinton Serf və internet idarəçiliyi sahəsində onlarla bu kimi yüksək mənsəb sahibləri var idi.
- Bəs belə bir mötəbər toplantıda - forumda əsas fikir nədən ibarət oldu?
- Məsələ burasındadır ki, yuxarıda adlarını sadaladığım rəhbər nümayəndələr, eyni zamanda, Böyük Britaniyanın, Sloveniyanın, Misirin nazirləri, eləcə də digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan internet idarəçiliyi sahəsində, həqiqətən də, böyük uğurlar qazanıb. Azərbaycanda internet azadlığı var. Ölkədə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi Azərbaycanda da qlobal internet şəbəkəsinin insanlara verdiyi yeni imkanlardır.
- Bütün bunlarla bərabər, xanım Neelie Kroesin fikirləri ilə bağlı nə deyə bilərsiniz?
- Bir daha təkrar edirəm. Xanım Neelie Kroes Avropa Komissiyasının elektron məsələlər üzrə vitse-prezidenti olaraq dəvət aldığı forumun əsas tədbirlərinə qatılmayıb. Azərbaycana birinci dəfədir gəlib, ölkəmiz haqqında məlumatı isə yox dərəcəsindədir. Bununla belə, təəssürat yaranır ki, xanım sanki özünün qarşısına qoyduğu xüsusi missiya ilə gəlib. Bu missiya isə Azərbaycan haqqında yalan, qərəzli, həqiqətəuyğun olmayan məlumatları müsahibə verməklə yaymaq olub. Axı, sual yaranır: bu sahə üzrə dünya ictimaiyyəti internet idarəçiliyi sahəsində, ifadə azadlığının təmin edilməsində Azərbaycan hökumətinin fəaliyyətinə yüksək qiymət verərək Azərbaycanı regionun lideri hesab edir, xanım Neelie Kroes isə qarayaxmaqla məşğul olur. Məqsəd bu idisə, elə Brüsseldə edəydi. Onsuz da onun Azərbaycandan xəbəri yoxdur.
Xanım Neelie Kroes anlamalıdır ki, o, çox yüksək vəzifə tutur, onun vəzifəsi isə əməkdaşlığa töhfə verməkdir, mane olmaq yox. Əgər hesab edirsə ki, müstəqil dövlətə göstəriş və ya əmr vermək hüququ var, səhv edir. Bunu başa düşmək lazımdır. Azərbaycanla belə yüksək tonda danışmaq qəbuledilməzdir. O bunu başa düşmürsə, təəssüf edirəm.
Digər tərəfdən, xanım Neelie Kroes fundamental hüquqlardan ağızdolusu danışmaqla bunun məsuliyyətini necə başa düşür, bilmirəm, amma, deyəsən, heç Azərbaycan ərazilərinin iyirmi ildən artıq işğal altında qaldığından və bu ərazilərdə yaşayan bir milyon əhalinin illər ərzində bu fundamental hüquqlardan məhrum olduğundan xəbəri yoxdur. Olsaydı, heç olmasa, özünə bəraət qazandırmaq üçün bir söz deyərdi.
Xanım Neelie Kroes yəqin bilməmiş deyil ki, (bu vəzifəsində iki ilə yaxındır ki, işləyir) belə qərəzli, həqiqətəuyğun olmayan bəyanatlar əməkdaşlığın inkişafına töhfə verə bilməz, əksinə, mane olar. Ona görə də, başqa sahələrə də qarışmaqla özünü pis vəziyyətdə qoymasın.
Azərbaycan Respublikasının həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığı indiyədək çox yüksək səviyyədədir. Xanım Neelie Kroesin nəzərinə çatdırıram ki, Azərbaycanla Aİ arasında strateji əməkdaşlıqla bağlı memorandum hələ 2006-cı ildə imzalanıb. Yəqin bundan da xəbərsizdir. NATO ilə əməkdaşlığı gəldikdə isə bütün sahələri, o cümlədən Əfqanıstanla bağlı əməkdaşlığa nəzərə alsaq, düşünürəm ki, bu əməkdaşlıqda Azərbaycanın rolunun nə dərəcədə yüksək qiymətləndirildiyini vurğulamağa ehtiyac yoxdur. Xanım Neelie Kroes, azacıq da olsa, maraqlansaydı, dediklərinə peşman olardı.
Novruz MƏMMƏDOV: Azərbaycanda insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir
Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi- Novruz müəllim, Avropa Komissiyasının elektron məsələlər üzrə vitse-prezidenti Neelie Kroes bu günlərdə Azərbaycanda internet azadlığı barədə bir neçə müsahibə verib. Bu barədə...

Baxış sayı: 1168
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”