Tarix:24/11/12
«Azərbaycanda keçirilən "Bakutel-2012" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çox mühüm qalereyadır. Hər il olduğu kimi, ən mühüm internet yığıncaqlarından biridir». Bu fikirləri ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya Məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer «Rabitə dünyası» qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib. O bildirib ki, sərgi və eləcə də İnternet İdarəçilik Forumu çox yaxşı təşkil olunmuş öhdəçilikdir və bu cür tədbirlər bir ölkənin inkişafı üçün olduqca faydalıdır:
- Azərbaycan paytaxtında yüksəksəviyyəli internetin idarə edilməsi ilə bağlı görüş keçirildi. Bu görüşdən sonra bir sıra təcrübələr əldə olundu, fikir mübadiləsi aparıldı və nəticələr hasil oldu. Mən hesab edirəm ki, ölkəniz bu tədbirdən böyük fayda əldə edəcək. Tədbirin Azərbaycanda keçirilməsi də ölkənin nüfuzundan xəbər verir. Həmçinin qeyd etmək istəyirəm ki, informasiya-kommunikasiya texnologiyaları istiqaməti üzrə ölkənizdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olduqca mühüm işlər, layihələr həyata keçirir. Düşünürəm ki, bu nazirlik çox dəstəkverici təşkilatdır. Danışıqlardan, görüşlərdən sonra bəlli oldu ki, nazirlik orta və kiçik sahibkarların formalaşmasına və inkişaf etdirilməsinə də böyük dəstək verir. Eyni zamanda müəyyən tənzimləyici işlər həyata keçirir.
Bilirsiniz ki, bütün dünyada sahibkarlığın inkişaf etdirilməsinə böyük diqqət göstərilir. Çünki bu, ölkənin inkişafı üçün əhəmiyyət daşıyan mühüm amillərdən biridir.Biz gördük ki, Azərbaycanda hətta hər bir kəndin internetlə təmin olunması istiqamətində işlər görülür və bunun üçün də yeni sistem yaradılır. İnsanların sərbəst şəkildə internetə daxil olması, ondan səmərəli və sərbəst istifadə etmələri üçün şərait yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkənizdə informasiyadan sərbəst istifadəyə də xüsusi diqqət göstərilir. Biz apardığımız danışıqlarda və görüşlərdə bunun şahidi olduq. Bilirsiniz ki, hazırda dünyada informasiyadan sərbəst istifadə mühüm amildir və informasiya azadlığı ölkələrin birbaşa inkişafına yönəlir.
- Sevindirici haldır ki, Sizin Azərbaycanda həyata keçirilən layihələr haqqında kifayət qədər məlumatınız var. Sektor üzrə inkisafı necə dəyərləndirirsiniz?
- Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində region üzrə uğurlar qazandığı həmıya bəllidir. Bu inkişaf son zamanlar daha çox hiss olunur. Hesab edirəm ki, aparılan işlər davam etdirilərsə, hazırkı inkişaf daha da arta bilər.
Dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda dünyada artan nüfuzunun göstəricisidir. Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünyamiqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir. Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət edir.
Ölkənizdə açıq-aşkar yaxşı investisiya qoyuluşu hiss olunur. Bu investisiya qoyuluşlarının bir neçə istiqamət üzrə getdiyini görürük. Bu istiqamətlərdən biri də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.
Yaxın zamanlarda Azərbaycan orbitə özünün birinci peykini qaldıracaq. Bu istiqamətdə böyük işlərin və hazırlıqların görüldüyünü bilirik. Peyk orbitə qaldırıldıqdan sonra Azərbaycan üçün yeni istiqamətlər müəyyənləşəcək. Sizin yüksəksəviyyəli rabitə sisteminiz var. Rabitənin daha da inkişaf etməsi faktını növbəti bir neçə aydan sonra hamı yekdilliklə təsdiq edəcək. Buna görə də biz infrastrukturun sizin ölkədən çox təsirli olacagını gözləyirik. Hesab edirik ki, bu işlər Azərbaycanın inkişafı istiqamətində mühüm addımlardan biri ola bilər.
- Cənab Verveyer, sizin birbaşa səlahiyyətinizdə olan Amerikanın İKT sahəsində fəaliyyət göstərən iş adamları Azərbaycan-ABŞ əlaqələrinin daha da genişlənməsinə nə dərəcədə maraqlıdır?
- Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə Azərbaycan arasında bir sıra işlər görülür. Bu, həqiqətən də gözəl kombinasiyadır. ABŞ Azərbaycanın peyk istehsalından və onu orbitə buraxması istiqamətində gördüyü işlərdən çox məmnundur. Ölkənizin orbitə qaldırmağa hazırlaşdığı peyk ABŞ şirkətinin istehsal etdiyi gəmidir və ABŞ bundan həqiqətən məmnunluq hissi duyur. Bu, həmçinin də Azərbaycan və ABŞ arasında biznes əlaqələrinin bir nümunəsidir. Eyni zamanda, biznes əlaqələrinin inkişafının göstəricisidir.
Dünyada elektron idarəçiliyə cəlbetmə maraqlı fenomendir və anladım ki, Azərbaycan elektron idarəçilik fəaliyyəti üçün geniş imkanlar təmin etməyə çalışır, necə ki, hazırda ABŞ bu istiqamətdə səylərini artırır. Bu cür nüanslar beynəlxalq şəkildə alınıb-satılmalıdır.
Bilirsiniz ki, Azərbaycan peyk məsələlərinə çox böyük diqqət göstərir. Yenə qeyd edirəm, ölkəniz orbitə peyk qaldırmaqla müəyyən üstünlüklər əldə edəcək. Bildirildi ki, peyk vasitəsilə təkcə Azərbaycan üçün deyil, eyni zamanda region üçün də bir sıra xidmətlər həyata keçirmək niyyətindəsiniz. Deməli, peyk həm də ölkə kənarından vəsaitlər cəlb etmək imkanı verəcək. Bu da sözsüz ki, sizin iqtisadiyyatın şaxələnməsinə, yeni gəlir mənbələrinin yaranmasına müsbət təkan verə bilər.
Biz düşünürük ki, ABŞ və Azərbaycan şirkətləri arasında hazırkı münasibətlər davam etdirilə bilər. Eləcə də şirkətlər arasındakı münasibətlər daha da inkişaf etdirilə və müəyyən layihələr həyata keçirilə bilər. Hesab edirəm ki, bütün bunları da hər iki tərəf istəyir. ABŞ şirkətləri bundan sonra da peyk istiqamətində Azərbaycanla əməkdaşlığın artırılmasında köməklik göstərə bilərlər.
- Mövzunun davamı olaraq bilmək istərdik, ABŞ İKT şirkətləri üçün Azərbaycanda hansı sahələrə investisiya qoyuluşu həyata keçirə bilər?
- Bilirsiniz ki, mən Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovla Azərbaycan və ABŞ arasında əməkdaşlıq memorandumunu imzaladıq. Memorandumun əsas istiqamətlərindən biri investisiya imkanlarına dair məlumatları təmin etmək olacaqdır. Əvvəldə də qeyd etdiyim kimi, biz Azərbaycanda peyk sahəsinin inkişafından çox məmnunuq və Azərbaycanda investisiya imkanlarını görmək istərdik. Yenə də bildirirəm ki, bu, genişləndirilmiş infrastrukturdur və elektron idarəçilik xidmətlərinin buraya gətirilməsi mühüm hadisədir. Elə bu hadisənin özü də Azərbaycanla ABŞ şirkətləri arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafına bariz sübutudur.
Yeri gəlmişkən qeyd edim ki, hər kəsə bir nüans aydındır ki, informasiya-kommunikasiya texnologiyaları şirkətləri daha da irəliyə doğru addım atır və əsasən də birinciliyə doğru gedir. Bu da sevindiricidir və əlaqələrin daha da güclənməsinə təsir edən amillərdəndir.
ABŞ-la Azərbaycan arasında münasibətlərin müsbət və yaxşı olması da hər iki ölkənin şirkətlərinin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsinə müsbət təsir edən amillərdəndir. Hesab edirəm ki, bütün bunlar gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə öz müsbət təsirini göstərəcək.
- Bölgədə Azərbaycanın İKT imkanlarını necə dəyərləndirirsiniz?
- Mən hesab edirəm ki, Azərbaycanda bir sıra sahələrdə inkişaf getdiyi üçün onun informasiya-telekommunikasiya texnologiyalarına olan tələbatı da artmaqdadır. Sözsüz ki, bu istiqamət üzrə ölkəniz bölgə üzrə də müəyyən irəliləyişlər əldə edib.
Azərbaycan yalnız İKT-də infrastrukturda investisiya deyil, həmçinin də domenlərin investisiyasının davamlığını davam etdirməyə və strukturu inkisaf etdirməyə ehtiyac duyub. Düşünürəm ki, bu istiqamətdə də Azərbaycan mühüm addımlar atacaqdır və hazırda bu istiqamətdə inamla addımlayır.
Görünən odur ki, Azərbaycan özünün həm İKT bazarını genişləndirmək və şaxələndirmək üçün addımlar atır, həm də yüksək rentabelli hesab etdiyi layihələrə investisiya qoyuluşları həyata keçirir. Bütün bunlar da ölkənizin inkişafı baxımından və İKT bazarının daha da böyüməsi baxımından uğurlu istiqamət hesab oluna bilər.
- "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi haqqında nə düşünürsünüz?
- Bu layihənin cəmiyyətdə mühüm dəyəri vardır. Hesab edirəm ki, Azərbaycan dəyərli bir layihənin həyata keçirilməsinə çalışır.
Seymur Qasımbəyli
«Azərbaycanda hətta hər bir kəndin internetlə təmin olunması istiqamətində işlər görülür»
Filip Verveyer: «Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünyamiqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir»«Azərbaycanda keçirilən "Bakutel-2012" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çox mühüm qalereyadır. Hər il olduğu kimi, ən mühüm internet yığıncaqlarından biridir». Bu fikirləri ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya Məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer «Rabitə dünyası» qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib. O bildirib ki, sərgi və eləcə də İnternet İdarəçilik Forumu çox yaxşı təşkil olunmuş öhdəçilikdir və bu cür tədbirlər bir ölkənin inkişafı üçün olduqca faydalıdır:
- Azərbaycan paytaxtında yüksəksəviyyəli internetin idarə edilməsi ilə bağlı görüş keçirildi. Bu görüşdən sonra bir sıra təcrübələr əldə olundu, fikir mübadiləsi aparıldı və nəticələr hasil oldu. Mən hesab edirəm ki, ölkəniz bu tədbirdən böyük fayda əldə edəcək. Tədbirin Azərbaycanda keçirilməsi də ölkənin nüfuzundan xəbər verir. Həmçinin qeyd etmək istəyirəm ki, informasiya-kommunikasiya texnologiyaları istiqaməti üzrə ölkənizdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olduqca mühüm işlər, layihələr həyata keçirir. Düşünürəm ki, bu nazirlik çox dəstəkverici təşkilatdır. Danışıqlardan, görüşlərdən sonra bəlli oldu ki, nazirlik orta və kiçik sahibkarların formalaşmasına və inkişaf etdirilməsinə də böyük dəstək verir. Eyni zamanda müəyyən tənzimləyici işlər həyata keçirir.
Bilirsiniz ki, bütün dünyada sahibkarlığın inkişaf etdirilməsinə böyük diqqət göstərilir. Çünki bu, ölkənin inkişafı üçün əhəmiyyət daşıyan mühüm amillərdən biridir.Biz gördük ki, Azərbaycanda hətta hər bir kəndin internetlə təmin olunması istiqamətində işlər görülür və bunun üçün də yeni sistem yaradılır. İnsanların sərbəst şəkildə internetə daxil olması, ondan səmərəli və sərbəst istifadə etmələri üçün şərait yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkənizdə informasiyadan sərbəst istifadəyə də xüsusi diqqət göstərilir. Biz apardığımız danışıqlarda və görüşlərdə bunun şahidi olduq. Bilirsiniz ki, hazırda dünyada informasiyadan sərbəst istifadə mühüm amildir və informasiya azadlığı ölkələrin birbaşa inkişafına yönəlir.
- Sevindirici haldır ki, Sizin Azərbaycanda həyata keçirilən layihələr haqqında kifayət qədər məlumatınız var. Sektor üzrə inkisafı necə dəyərləndirirsiniz?
- Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində region üzrə uğurlar qazandığı həmıya bəllidir. Bu inkişaf son zamanlar daha çox hiss olunur. Hesab edirəm ki, aparılan işlər davam etdirilərsə, hazırkı inkişaf daha da arta bilər.
Dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda dünyada artan nüfuzunun göstəricisidir. Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünyamiqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir. Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət edir.
Ölkənizdə açıq-aşkar yaxşı investisiya qoyuluşu hiss olunur. Bu investisiya qoyuluşlarının bir neçə istiqamət üzrə getdiyini görürük. Bu istiqamətlərdən biri də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.
Yaxın zamanlarda Azərbaycan orbitə özünün birinci peykini qaldıracaq. Bu istiqamətdə böyük işlərin və hazırlıqların görüldüyünü bilirik. Peyk orbitə qaldırıldıqdan sonra Azərbaycan üçün yeni istiqamətlər müəyyənləşəcək. Sizin yüksəksəviyyəli rabitə sisteminiz var. Rabitənin daha da inkişaf etməsi faktını növbəti bir neçə aydan sonra hamı yekdilliklə təsdiq edəcək. Buna görə də biz infrastrukturun sizin ölkədən çox təsirli olacagını gözləyirik. Hesab edirik ki, bu işlər Azərbaycanın inkişafı istiqamətində mühüm addımlardan biri ola bilər.
- Cənab Verveyer, sizin birbaşa səlahiyyətinizdə olan Amerikanın İKT sahəsində fəaliyyət göstərən iş adamları Azərbaycan-ABŞ əlaqələrinin daha da genişlənməsinə nə dərəcədə maraqlıdır?
- Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə Azərbaycan arasında bir sıra işlər görülür. Bu, həqiqətən də gözəl kombinasiyadır. ABŞ Azərbaycanın peyk istehsalından və onu orbitə buraxması istiqamətində gördüyü işlərdən çox məmnundur. Ölkənizin orbitə qaldırmağa hazırlaşdığı peyk ABŞ şirkətinin istehsal etdiyi gəmidir və ABŞ bundan həqiqətən məmnunluq hissi duyur. Bu, həmçinin də Azərbaycan və ABŞ arasında biznes əlaqələrinin bir nümunəsidir. Eyni zamanda, biznes əlaqələrinin inkişafının göstəricisidir.
Dünyada elektron idarəçiliyə cəlbetmə maraqlı fenomendir və anladım ki, Azərbaycan elektron idarəçilik fəaliyyəti üçün geniş imkanlar təmin etməyə çalışır, necə ki, hazırda ABŞ bu istiqamətdə səylərini artırır. Bu cür nüanslar beynəlxalq şəkildə alınıb-satılmalıdır.
Bilirsiniz ki, Azərbaycan peyk məsələlərinə çox böyük diqqət göstərir. Yenə qeyd edirəm, ölkəniz orbitə peyk qaldırmaqla müəyyən üstünlüklər əldə edəcək. Bildirildi ki, peyk vasitəsilə təkcə Azərbaycan üçün deyil, eyni zamanda region üçün də bir sıra xidmətlər həyata keçirmək niyyətindəsiniz. Deməli, peyk həm də ölkə kənarından vəsaitlər cəlb etmək imkanı verəcək. Bu da sözsüz ki, sizin iqtisadiyyatın şaxələnməsinə, yeni gəlir mənbələrinin yaranmasına müsbət təkan verə bilər.
Biz düşünürük ki, ABŞ və Azərbaycan şirkətləri arasında hazırkı münasibətlər davam etdirilə bilər. Eləcə də şirkətlər arasındakı münasibətlər daha da inkişaf etdirilə və müəyyən layihələr həyata keçirilə bilər. Hesab edirəm ki, bütün bunları da hər iki tərəf istəyir. ABŞ şirkətləri bundan sonra da peyk istiqamətində Azərbaycanla əməkdaşlığın artırılmasında köməklik göstərə bilərlər.
- Mövzunun davamı olaraq bilmək istərdik, ABŞ İKT şirkətləri üçün Azərbaycanda hansı sahələrə investisiya qoyuluşu həyata keçirə bilər?
- Bilirsiniz ki, mən Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovla Azərbaycan və ABŞ arasında əməkdaşlıq memorandumunu imzaladıq. Memorandumun əsas istiqamətlərindən biri investisiya imkanlarına dair məlumatları təmin etmək olacaqdır. Əvvəldə də qeyd etdiyim kimi, biz Azərbaycanda peyk sahəsinin inkişafından çox məmnunuq və Azərbaycanda investisiya imkanlarını görmək istərdik. Yenə də bildirirəm ki, bu, genişləndirilmiş infrastrukturdur və elektron idarəçilik xidmətlərinin buraya gətirilməsi mühüm hadisədir. Elə bu hadisənin özü də Azərbaycanla ABŞ şirkətləri arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafına bariz sübutudur.
Yeri gəlmişkən qeyd edim ki, hər kəsə bir nüans aydındır ki, informasiya-kommunikasiya texnologiyaları şirkətləri daha da irəliyə doğru addım atır və əsasən də birinciliyə doğru gedir. Bu da sevindiricidir və əlaqələrin daha da güclənməsinə təsir edən amillərdəndir.
ABŞ-la Azərbaycan arasında münasibətlərin müsbət və yaxşı olması da hər iki ölkənin şirkətlərinin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsinə müsbət təsir edən amillərdəndir. Hesab edirəm ki, bütün bunlar gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə öz müsbət təsirini göstərəcək.
- Bölgədə Azərbaycanın İKT imkanlarını necə dəyərləndirirsiniz?
- Mən hesab edirəm ki, Azərbaycanda bir sıra sahələrdə inkişaf getdiyi üçün onun informasiya-telekommunikasiya texnologiyalarına olan tələbatı da artmaqdadır. Sözsüz ki, bu istiqamət üzrə ölkəniz bölgə üzrə də müəyyən irəliləyişlər əldə edib.
Azərbaycan yalnız İKT-də infrastrukturda investisiya deyil, həmçinin də domenlərin investisiyasının davamlığını davam etdirməyə və strukturu inkisaf etdirməyə ehtiyac duyub. Düşünürəm ki, bu istiqamətdə də Azərbaycan mühüm addımlar atacaqdır və hazırda bu istiqamətdə inamla addımlayır.
Görünən odur ki, Azərbaycan özünün həm İKT bazarını genişləndirmək və şaxələndirmək üçün addımlar atır, həm də yüksək rentabelli hesab etdiyi layihələrə investisiya qoyuluşları həyata keçirir. Bütün bunlar da ölkənizin inkişafı baxımından və İKT bazarının daha da böyüməsi baxımından uğurlu istiqamət hesab oluna bilər.
- "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi haqqında nə düşünürsünüz?
- Bu layihənin cəmiyyətdə mühüm dəyəri vardır. Hesab edirəm ki, Azərbaycan dəyərli bir layihənin həyata keçirilməsinə çalışır.
Seymur Qasımbəyli
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”