Tarix:10/12/12
Bu yeniliklə bağlı bütün detalları "Rabitə dünyası"na AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev açıqlayıb.
Mobil telefon ürək-damar xəstəliklərinin monitorinqində çevriliş edə bilər
Ürək-damar sistemi xəstəliklərinin yaranmasında gizli dövrün monitorinqi üzrə texnologiya hazırlamısınız. Mobil telefonlarla bağlı bu yeni xidmət hansı formada həyata keçiriləcək?
- Hazırda mobil telefonlar bir çox funksiyalara mailkdir. Gələcəkdə telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq. Belə ki, ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylər yaranır. Həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkündür. Düzdür, həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu təyin edirlər.
Amma ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yarandığına görə xəstəliyin gizli dövrünün aşkarlanması problemdir. Biz də prinsipini göstərmişik ki, mobil telefon vasitəsilə bunun həyata keçirilməsi mümkündür. Yəni artıq bunun texnologiyası var və mobil telefonda da bu prosesi həyata keçirmək olar. Amma bu sensorlarda siqnalların – vericilərin mobil telefona verilməsi problemini həll edə bilməmişik. Hazırda bu variantın üzərində işləyirik. Xəstəliyin gizli dövrünü və ya dinamikasını izləmək üçün telefona xüsusi proqram yazılacaq.
Bu proqram artıq institutda hazırdır və proqramın siqnalı gələn kimi o işləməyə başlayacaq. Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika müşahidə edilir, ya yox. Təbii ki, mobil telefon özü-özlüyündə insanın ürək-damar sistemi xəstəliyini öyrənə bilməz, gərək ona bir sistem daxil edilsin. O informasiya da hazırkı zamanda nədir? Bu, elektrokardioqramlar və riovare siqnallardır. Həmin siqnalları mobil telefona daxil etməyi bacarsaq, onda mobil telefonda ürək-damar xəstəliyinin həm gizli dövrü, həm də dinamikasının monitorinqini aparmaq mümkün olacaq. Bunun üçün bizim tərəfimizdən - institutumuzda noise-monitorinq texnologiyası yaradılıb. Həmin texnologiyalar bu məqsədi həyata keçirməyə imkan verir. Bunun eksperimental formasını bir necə variantda görmüşük və bu işlə məşğul olmuşuq.
Hələ 90-cı ildə aspirantım Moskvada dünyada çox məşhur olan Tibbi Cihazqayırma İnstitutunda bunun bir variantını müdafiə edib. Yəni biz bu məsələ ilə yeni deyil, çoxdan məşğul oluruq. Azərbaycanda bir necə eksperimenti işləmişik və bunlara da patentini almışıq. Amma qeyd etdiyim kimi, onlardan ən əsası qeyd etdiyim siqnalların sistemimizə daxil edilməsidir.
Bu istiqamətdə xeyli müddətdir ki, işləyirik və ayrıca bir qrup yaratmışıq. Artıq onların kiçik bir qurğu vasitəsilə insandan, yəni pasientdən siqnalların mobil telefona daxil edilməsi ilə bağlı əldə etdikləri müəyyən müsbət nəticələr var. Xəstənin qolundakı vericidən mobil telefonuna informasiya verilməsi ilə bağlı kiçik qurğunun istehsalına gəlincə, hazırda vericilər, geniş yayılmış sensorlar standart buraxılır, elektrokardioqrama tədqiqatlarında o vericilərdən istifadə olunur. Biz də onlardan istifadə edirik və edəcəyik. Sadəcə olaraq, vericidən alınan həmin o siqnalı biz gərək mobil telefona daxil etmək üçün müəyyən balaca qurğu düzəldək. Hazırda bizim qrupumuz həmin o qurğunun üzərində işləyir. Onlar bizə bir necə eksperimental variantı göstəriblər.
"Şübhələnirsənsə, özün yoxlaya bilərsən"
- Bu yenilik hansı nəsil telefonlarda həyata keçiriləcək? Hansı növ mobil telefonlar bu xidməti dəstəkləyəcək? - Yəqin ki, bunun tətbiqi ancaq smartfonlarda mümkün olacaq. - Bəs vətəndaşlar bu xidmətdən necə istifadə edə biləcəklər? Əhalinin bu xidmətdən istifadəsi düşünülüb, yoxsa gələcəkdə müəyyən ediləcək?
-Yəqin ki, ilk mərhələdə eksperimental variant olacaq. Onda bu, kütləvi satış üçün yaramaz. Amma sonrakı mərhələdə yəqin ki, smartfonlara əlavə bir-iki verici veriləcək. Məsələn, sən şübhələnirsənsə, gələcəkdə özün qoşub yoxlaya bilərsən və sənə bunu mobil telefon göstərəcək.
Yəni cihaz göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur. "Ola bilsin ki, mobil telefon firmaları bunu bizdən heç soruşmadan özləri etsinlər"
- Bəlkə hansısa telefon istehsalçısı olan şirkətlə əlaqə saxlayıb, bunu həyata keçirəsiniz?
- Düzü, mənə elə gəlir ki, biz layihənin üzərində bir qədər də işləyib təkmilləşdirdikdən sonra, ola bilsin ki, mobil telefon firmaları bizdən heç soruşmadan bunu özləri etsinlər. Çünki mobil telefon firmalarının çoxu belə yenilikləri bacarırlar.
Onda bu, plagiatlıq olacaq axı?
- Hələlik bunun patenti bizdə var, texnologiyası kitabda çap edilib. Amma həm də gərək bizim bu texnologiya da işləsin. İngiltərə, İspaniya, Polşa, Türkiyədən təkliflər gəlib ki, sizinlə belə bir layihəni işləmək istəyirik. Amma orada qayda belədir ki, ildə bir, ya iki dəfə Avropa qrant ayrılması üçün müəyyən layihələr üzrə istiqamətləri elan edir, gərək o layihələrə konsorsium düzəldəsən. Konsorsiumu da ölkələrdən birinin rəhbəri öz üzərinə götürməlidir. Əgər konsorsium qalib gələrsə, Avropa o layihəyə maliyyə ayırır.
Dediyim kimi, həmin ölkələrdən olan müəyyən firmalar əməkdaşlığımıza müsbət yanaşaraq bildiriblər ki, gözləyin, bizim istədiyimiz istiqamət üzrə qrant müsabiqəsi elan edildikdə layihəni birlikdə təqdim edək. Yəni layihəni də tez-tələsik edib ortaya çıxarmaq mümkün deyil, təşkilatlar da burada ciddi şəkildə iştirak etməlidirlər. Gərək biz də konsorsium düzəldəndən sonra bu layihəni təqdim edək, amma layihəyə konsorsiumun özünün marağının olmasını da uğur saymaq lazımdır.
Axı dünyada hər təklifə belə yüksək səviyyədə cavab verilmir. Həmin ölkələr bizim bu təklifə çox yüksək səviyyədə yanaşdılar, bunun özü yaxşı əlamətdir. "
Bu işin tez başa gəlməsi bizdən asılı deyil"
- Bəs layihə nə zaman ilk eksperiment olaraq həyata keçirilə bilər?
-Bu işin tez başa gəlməsi bizdən asılı deyil. Biz axtarırıq ki, kiçik ölçülü o elementləri – qeyd etdiyim siqnalları, elektrokardioqramanı tapıb alaq. Həmin elementləri də tapmaq, almaq çox çətindir, bahadır. Bizdən asılı olmayan səbəblərə görə layihənin reallaşması müəyyən qədər uzana da bilər. Buna baxmayaraq, ola bilsin ki, biz mobil telefon istehsal edən şirkətlərə -"Samsunq", "Nokia" , "Motorolla"ya ilin sonunda və ya gələn ilin birinci rübündə öz eksperimentlərimizi təqdim edəcəyik. Onlara bu istiqamətdə əməkdaşlıq etməyi təklif edəcəyik.
Belə ki, qeyd etdiyim kiçik qurğu miniatür ölçülərdə olmalıdır ki, o, mobil telefonla uyğunlaşsın. Çünki mobil telefonun özü çox balaca, amma qurğu telefondan böyük olarsa, bunun effekti olmayacaq. Böyük qurğunu biz də düzəldə bilirik. Əsas odur ki, onu miniatür formada edək. Problem ondan ibarətdir.
"Maliyyə ayırmasalar da, işlərimizi dayandırmaq fikrimiz yoxdur"
- Qeyd etdiniz ki, Avropanın ayırdığı qrantlarla bağlı yaradılmış konsorsium qalib gələrsə, maliyyə ayrılır. Əks halda, layihənin maliyyələşdirilməsi ilə bağlı çətinlik gözlənilə bilər?
- Əlbəttə, biz konsorsium yaradıb layihə təqdim etdikdən sonra maliyyə bizim üçün ayrıla da, ayrılmaya da bilər. Ayrılsa, layihəni daha yaxşı həyata keçirmək imkanı qazanacağıq və bizim tərəfdaşlarımız da güclü olduğuna görə bu işi tezliklə bütün dünyaya çıxara biləcəyik. Amma maliyyə ayırmasalar da, bizim bu işlərimizi, tədqiqatlarımızı dayandırmaq fikrimiz yoxdur.
Biz bu işlərə çoxdan başlamışıq və onun da nəzəri əsasları tərəfimizdən yaradılan noise texnologiyadır. Noise texnologiyaları tətbiq etmədən bu işləri yerinə yetirmək mümkün deyil. Ona görə də biz noise texnologiyaları tətbiq edərək, bu məsələni həll edəcəyik və əminik ki, bu həll olunacaq.
"Bu, dünyada cox ciddi problemdir"
- Avropa tərəfi maliyyə ayırmayacağı halda layihənin yarımçıq qalmaması üçün alternativ maliyyə mənbələri barədə fikirləşmisiniz?
- Biz fikirləşirik ki, layihənin müəyyən mərhələsindən sonra biz bunu yüksək səviyyədə təqdim edəcəyik. Ola bilsin ki, Avropadan maliyyə alınmasa, onda ölkəmizdə maliyyə mənbələri bizə kömək edə bilər. Gərək biz layihəni elə mərhələyə çıxardaq ki, artıq bu işə marağı olan müəyyən mütəxəssisləri, şirkətləri, təşkilatları layihəyə cəlb edə bilək. Ümumilikdə isə bu, dünyada çox ciddi problemdir, çünki dünyada ürək-damar xəstəlikləri olan insanlar çoxdur. Bu insanların xəstəxanalara getməsi üçün həm vaxt, həm də pul istəyirlər. Əgər mobil telefonda biz bu məsələni həll etsək, bütün dünya üzrə ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını yüngülləşdirə bilərik. Bu işə yalnız mobil telefonun funksiyası kimi baxmaq lazım deyil. Biz buna bu gün insanlar, cəmiyyət qarşısında duran çox ciddi problemin həlli kimi baxırıq. Ona görə də bu layihəni tez yekunlaşdırıb özümüzü göstərməkdən söhbət getmir.
Əminik ki, seçdiyimiz yol düzgün yoldur. Biz görürük ki, mobil telefonlar siqnalları yaxşı analiz etməyi bacarır. Yəni bu, real bir məsələdir. Ona görə də əminəm ki, biz bu məsələ ilə hamını sevindirəcəyik. Klinik sınaq mərhələsində tibb mütəxəssisləri də iştirak edə bilərlər.
- Gələcəkdə bu prosesə Azərbaycan Tibb Universitetinin professorlarını cəlb etmək fikriniz var?
- Əlbəttə, bizim ölkəmizdə ürək-damar sistemi xəstəlikləri üzrə çox yaxşı mütəxəssislər var və bu sahədə çox yaxşı məktəb mövcuddur. Doğrudan da tibb sahəsində fəaliyyət göstərən mütəxəssislərimizin yaxşı nailiyyətləri var. Ancaq hazırda qarşımızda duran əsas məsələ siqnalların mobil telefona ötürülməsidir. Bu isə informatika üzrə bir problemdir. Biz gərək əvvəlcə problemi həll edək, ondan sonra onun klinik sınaqdan keçirilməsi mərhələsində tibb mütəxəssislərimiz də iştirak edə bilərlər.
Həqiqət İSABALAYEVA
Telman Əliyev: “Mobil telefon istehsalçılarına eksperimentlərimizi təqdim edib əməkdaşlıq təklif edəcəyik”
Sürətlə dəyişən texnologiyalar erasında daim insanı təəccübləndirən ixtiralar, kəşflərə rast gəlmək mümkündür. Bəs bu ixtiraların bəşəriyyətə səmərəsi necə? Təbii ki, icad olunan texnologiyalar insanlığın əleyhinə deyil, inkişafına yönələndə onların da cəmiyyət üçün dəyərindən danışmaq olar. Amma azərbaycanlı mütəxəssislərin yeni kəşfinin üzərində müzakirələr açmağa lüzum yoxdur. Bu yeni kəşfin həyata keçirilməsi mümkün olarsa, onun birmənalı olaraq bəşəriyyətə xidmət edəcəyi şəksizdir. Beləliklə, gələn ilin ortalarında Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər.Bu yeniliklə bağlı bütün detalları "Rabitə dünyası"na AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev açıqlayıb.

Baxış sayı: 1025
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”