12px13px15px17px
Tarix:18/04/13

Ken Maknili: ““Azərspasce-1” peykinin imkanlarından istifadə edə bilərik”

Müsahibimiz "Azərfon" MMC-nin baş icraçı direktoru Ken Maknilidir

-Cənab Maknili, Azərbaycanın iqtisadi inkişafı barədə nə deyə bilərsiniz?

Sözsüz ki, hazırda Azərbaycanda yüksək iqtisadi artım müşahidə olunur. Hökumət siyasi və sosial həyatın bütün aspektlərinin inkişafı üzrə aydın strategiya və baxışa malikdir.

Bakıda baş verən bir çox dəyişiklikləri nümunə göstərə bilərik, şəhərin görünüşü daim dəyişir, yeni iş yerləri yaradılır və neft sektorundan əldə edilən gəlirlərin düzgün istifadə olunmasının bir çox əlamətləri göz qarşısındadır.

Hökumət qeyri-neft sektorunun inkişafına səy göstərərək neft sektorundan kənar sahələrin inkişafı istiqamətində daima çalışır. Azərbaycan iri-həcmli sərmayələr üçün açıq vətəhlükəsizdir. Bu isə, öz növbəsində, iqtisadi inkişaf və rifahın təməl sütununu təşkil edir. Mən tam əminəm ki, Azərbaycan iqtisadiyyatı sağlamdır və yüksəlməkdə davam edəcəkdir.

- Azərbaycanın mobil rabitə bazarını necə dəyərləndirərdiniz?

Azərbaycanda mobil rabitə bazarı kifayət qədər inkişaf edib, buna baxmayaraq bu sahədə daha böyük nailiyyətlərə ehtiyac var.. Biz artıq 100%-dən çox mobil telefon satışına nail olmuşuq.Bu,insanların mobil telefona sahib olmaları və ondan müntəzəm surətdə istifadə etmələri anlamına gəlir.

Bununla belə, smartfonların satışı üzrə arzuolunan göstəricələr hələ də əldə olunmayıb, amma bu sahədə də inkişaf üçün yaxşı manevr imkanları mövcuddur. İnanıram ki, smartfonların satışında artım mobil internet və telefondan istifadədəböyük artıma təkan verəcək.Əlbəttə, Rusiya və MDB ölkələrindəki digər bazarlarda biz bunun şahidi olmuşuq və bu, növbəti bir neçə il ərzində mobil sektorda davamlı artımı stimullaşdırmağa kömək etməlidir. Biz Rusiya və digər MDB ölkələrinin mobil bazarında bu inkişafın artıq şahidi olmuşuq və bizdə də müvafiq sektorun davamlı inkişafına töfhə verəcəyinə ümid edirik.

- Biznesinin daha çox artımına nail olmaq üçün "Nar Mobile" nə etməlidir?

Azərbaycan bazarı rəqabətədavamlıdır, məhz buna görə biz güclü və sabit fəaliyyət nümayiş etdirməliyik. Biz öz şəbəkəmizə sərmayə qoyuluşunu davam etdiririk və bu yaxınlarda şəbəkəmizdə ciddi təkmilləşdirmə işlərini tamamlamışıq. Əminəm ki, abunəçilərimiz üçün ən yaxşı xidmət təminatını davam etdirdikcə, biznesimiz həm abunəçi, həm də gəlir baxımından artmaqda davam edəcək. Hal-hazırda məhz bu hal müşahidə olunmaqdadır.

Ötən il abunəçilərimizin sayında müşahidə olunan 25 faizlik artımbizi Azərbaycanın ən sürətlə inkişaf edən mobil rabitə operatoru etdi. Əgər məhsul və xidmətlərimizin keyfiyyətində müsbət dəyişiklik olmasa idi, bu hal baş verməzdi.

Bundan başqa, internetdən istifadədə artım, 3G-nin müntəzəm inkişafı, yaxın bir neçə il ərzində 4G-nin tətbiqi və smartfon satışlarının sayında artım tendensiyası nəticəsində bizim biznesimizin inkişaf göstəriciləri də artacaq. Şəbəkəmiz daxilindədata istifadəçilərinin sayı ötən il ərzində iki dəfə artmışdır.

Bütün bunlar data trafikinin və internet istifadəçilərinin sayının artmasına gətirib çıxararaq, biznesin digər mühüm aspektlərinin inkişafına öz töfhəsini verəcəkdir.

- Sizin telekommunikasiya sahəsinin inkişafına töfhəniz nə olacaq?

Bizim missiyamız insanların ünsiyyəti, işləməsi, əylənməsi üçün rabitə imkanlarının yaradılması və ünsiyyətin sərfəli və etibarlı olmasını təmin etməkdən ibarətdir.

Biz tam əminik ki, ən önəmli məsələ məhsul və şəbəkəmizə sərmayə qoyuluşunu davam etdirmək, bu sahədə daima irəliləməkvə təqdim olunan keyfiyyətli şəbəkə və xidmətlər qarşılığında əlverişli qiymət siyasətini tətbiq etməkdir. Bu, bizim yerinə yetirmək istədiklərimizin əsasında dayanır. Biz yuxarıda qeyd olunanlara, müştəri xidmətləri sahəsinə diqqət və sərmayə qoyuluşunu və abunəçilərimizlə ünsiyyət sahələrini də əlavə edirik. Bütün bunları yekunlaşdıraraq, əsas fəaliyyət istiqamətlərimiz olaraq aşağıdakıları qeyd etmək istəyirəm:

- Şəbəkəyə davamlı surətdə sərmayə qoymaq;

- Müxtəlif sərfəli tariflərin təminatı;

- Müştəri xidmətləri;

- Abunəçilərimizlə effektiv ünsiyyət;

- İnnovasiyalar.


Bu, yerinə yetirilməsini əsas önəmli etdiyimiz və daima üzərində işlədiyimiz sahələrdir.

- Azerfon 4G-yə sərmayə qoymağı planlaşdırırmı? Əgər cavab müsbət olarsa, bu nə zaman, nə qədər olacaq və məlumat mübadilə bazarına nə cür təsir edəcəkdir?

Biz diqqətimizi daha çox 3G-nin inkişafına yönəltməyi düşünürük, çünki inanırıq ki, qarşıdan gələn bir neçə il ərzində bu texnologiya abunəçi kütləsi üçün daha çox əhəmiyyət daşıyacaq.

Lakin simsiz rabitədən istifadə edən abunəçi sayının çoxluğunu nəzərə alsaq, 4G daha çox əhəmiyyət kəsb edir və buna görə də biz bu sahəyə də sərmayə qoymağı planlaşdırırıq.

- "Nar Mobile" mobil operatorunun Azərbaycandakı digər mobil rabitə operatorlarından seçilməsi və asanlıqla fərqlənməsi üçün nə edilməlidir?

Mənim "Beeline", "Kodak", "City Bank" və dünyanın digər güclü brendləri üçün işləmək imkanım olub və zənnimcə, güclü brendin yaradılması üçün davamlı kommunikasiyanın və etibarlı media vasitələrinin olması vacibdir. Yalnız bunları etməklə güclü brendin yaradılmasına nail olmaq mümkündür. Biz hazırda yeni kreativ agentliyimiz ilə çalışırıq və gələcək kommunikasiyalarımızda daha sabit olacayıq.

-"Nar Mobile" sayəsində hazırda AZAL-a məxsus bir neçə təyyarələrdə mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür. "NarAir" Layihəsi çərçivəsində daha hansı işləri görməyi planlaşdırırsınız?

Biz abunəçilərimizi təyyarədə uçarkən mobil rabitə xidmətləri ilə təmin etmək üçün Azərbaycan Hava Yolları (AZAL) ilə müqavilə imzalamışıq. Qafqaz regionunda bu cür xidməti göstərən ilk mobil operatoruq, MDB ölkələri arasında isə bunu edən az sayda mobil operatorlardan biriyik. Bunun üstünlüyü göz qabağındadır: siz havada olarkən mobil rabitə xidmətlərindən sanki yerdə olduğunuz kimi istifadə edirsiniz.

Əvvəlcədən elan edildiyi kimi, NarAir xidməti 2013-cü ilin yanvar ayından etibarən işləyir. Biz OnAir avadanlıqları ilə təchiz edilmiş təyyarələrin sayını tədricən artırırıq. Yeni alınacaq təyyarələr də daxil olmaqla, 2014-cü ilin yay mövsümünədək bütün AZAL təyyarələrində bu avadanlığı quraşdırmaq niyyətindəyik.

- Rominq tariflərinin aşağı salınması üçün nə etmək mümkündür?

Abunəçimizin getdiyi ölkədə hər hansı bir mobil operatorun şəbəkəsinə qoşulmasını təmin etmək üçün biz həmin operatora ödəniş etməliyik. Bundan əlavə, bir ölkədən başqasına gedən zaman ortaya çıxan üçüncü tərəfə ödənilməli olan rabitə xərcləri yaranır.

Bildiyiniz kimi, rominqdə internetdən istifadə tarifinin yüksək olması müştərilərin və xüsusən də smartfonlarla səyahət edən insanların ən çox şikayət etdikləri məsələlərdən biridir. Müştərilərimizin internetdən daha çox bəhrələnmələrinə imkan yaratmaq üçün bu yaxınlarda rominqdə internet qiymətlərini aşağı salmışıq.

- "Azərkosmos" ASC ilə əməkdaşlıq imkanını nəzərdən keçirirsinizmi?

Azərbaycan peykinin fəzaya buraxılması hazırda şahidi olduğumuz texnoloji inkişafın bariz nümunəsi və Azərbaycanın texnoloji baxımdan birincilərdən olmaq əzmkarlığının nümayişidir. Bildiyimiz kimi, telekommunikasiya sektorunun artımı ÜDM-yə müsbət təsir edir.

Hazırda ilk Azərbaycan Peyki sınaq rejimində olmaqda davam edir. Müvafiq qurumlardan təkliflər təqdim olunarsa, biz bunu dəyərləndirərik və bu imkandan istifadə etməkdən məmnun olarıq.

- "Azerfon" şirktindən başqa hansı fəaliyyət növünə cəlb olunmusunuz?

Bu yaxınlarda mən AMCHAM-ın (Amerika-Azərbaycan Ticarət Palatası) Direktorlar Şurasının Üzvü seçilmişəm, bir sıra beynəlxalq şirkətlərdə Direktorlar Şurasında təmsil olunmaqda və bəzi məsləhət xidmətlərini göstərməkdə davam edirəm.

Rəvan Soltanov



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024