12px13px15px17px
Tarix:20/04/13

Andreas Rayxhard: “Dövlətin bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunun böyük gələcəyinin olduğunu deməyə əsas verir”

Gələcək illərdə İKT sahəsinin inkişaf etdirilməsi hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da gücləndirilməsini hədəfə alan Azərbaycan üçün sözügedən sahədə beynəlxalq əməkdaşlığın rolu olduqca önəmlidir. Bu aspektdən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qarşılıqlı əlaqələrin inkişafına yönələn növbəti görüşlər Avstriya tərəfi ilə keçirilib. Bu ölkənin nümayəndə heyətinə rəhbərlik edən Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard "Rabitə dünyası"na müsahibəsində İKT sektorunda ölkələrimiz arasında münasibətlərin bugünkü vəziyyətindən söz açıb.

Zavodun tikintisi Azərbaycanla Avstriya arasında innovativ texnologiyalar sahəsində ilk və ən böyük layihə olacaq

- Azərbaycanda keçirilən görüşlərdə hansı istiqamətlər üzrə danışıqları uğurlu hesab etmək olar? Ümumiyyətlə, səfərin nəticəsi olaraq, keçirilən görüşləri məhsuldar, yoxsa qeyri-məhsuldar hesab etmək olar?

- Səfər əsnasında bir çox mövzular ətrafında danışıqlar aparıldı. Amma xüsusi qeyd etmək istədiyim sahələr var ki, onlarla bağlı aparılan danışıqları daha uğurlu hesab etmək olar. İlk növbədə fiber-optik kabel istehsalı ilə bağlı birgə zavodun tikilməsi üzrə layihə ətrafında aparılan müzakirələri qeyd etmək istərdim. İkinci mövzu təhlükəsizlik və fövqəladə hallar sahəsində müxtəlif kommunikasiya texnologiyalarının Azərbaycana gətirilməsi və istifadəsidir. Digər mövzu -"Elektron hökumət " sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycana müəyyən "Know-how"-ların gətirilməsidir. Danışıqların uğurlu keçdiyi növbəti sahə tullantıların idarəedilməsi və tullantılardan enerji alınması sahəsində emalın qurulması ilə bağlıdır. Bu, həmçinin Azərbaycanda alternativ enerji sahəsinin inkişafına dəstək verə biləcək bir layihə ola bilər.

- Nazirlikdə keçirilən ilk görüşünüzdə fiber-optik kabel istehsalı ilə bağlı zavodun tikintisinin ümumilikdə regionda "hi-tech" sahəsində ilk və ən böyük müəssisə olmaqla, Azərbaycan üçün siyasi baxımdan sensasiya ola biləcəyini qeyd etdiniz. Tərəfinizdən təklif edilən daha hansı layihələrin Azərbaycanda icrasının bu qədər əhəmiyyətli ola biləcəyinə əminsiniz? Eyni zamanda Avstriya şirkətlərinin təqdimatında hansı layihələrin Azərbaycanın İKT sektorunun inkişafı baxımından vacib olduğunu düşünürsünüz?

- Bu zavodun inşasının gerçəkləşdirilməsi həqiqətən də Azərbaycan üçün çox önəmli bir layihədir. Çünki bu, Azərbaycanla Avstriya arasında innovativ texnologiyalar sahəsində ilk və ən böyük, əhəmiyyətli layihə olacaq. Fiber-optik kabel istehsalı ilə bağlı zavodun tikintisini biz reallaşdırdıqdan sonra təbii ki, birgə əməkdaşlıq üçün yeni sahələr də olacaq.

Amma bunlar haqda indidən heç nə deyə bilmərəm, bunu demək bir qədər tezdir. Hələlik diqqətimiz daha çox sözügedən layihənin reallaşdırılmasına yönəlib. Avstriya şirkətlərinin Azərbaycan bazarına marağına gəlincə, onlar hazırda burada fəaliyyət göstərirlər. Məsələn, bu gün ölkənizdə Avstriyanın İKT sahəsi üzrə ixtisaslaşmış "SKİDATA" şirkəti fəaliyyət göstərir.

Azərbaycanda "Şahdağ" qış kurortu kimi bir sıra iri layihələrin həyata keçirilməsində, orada, eləcə də Heydər Əliyev adına hava limanında giriş-çıxış, nəzarət sistemləri, turniketlərin qoyulmasında iştirak ediblər. Hazırda Avstriyanın "Kapsch" və "Preventis" kimi şirkətlərinin burada fəaliyyəti ilə bağlı danışıqlar gedir. Ümid edirik ki, tezliklə onlar da Azərbaycan bazarının əsas iştirakçılarına çevriləcəklər.

"Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir ki..."

- "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkəmiz qarşısına 2020-ci ilə qədər İKT sahəsi üzrə konkret hədəflər, məqsədlər qoyub. Bu baxımdan, Avstriya təcrübəsinə əsaslanaraq, Azərbaycanda İKT-nin daha sürətli inkişafına nail olmaq üçün hansı tədbirləri vacib sayırsınız?

- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycan "Elektron hökumət" sahəsində artıq çox böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, bu, Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir. Ölkəniz bu istiqamətdə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir.

Eyni zamanda Azərbaycan ümumilikdə İKT sahəsində dünyanın bir çox ölkələri ilə müqayisədə hazırda daha sürətlə inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi, digər İKT xidmətləri üzrə aparılan tədbirləri qeyd etmək olar. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunun Azərbaycan üçün çox önəmli sahə olduğunun göstəricisidir, həmçinin bu sektorun ölkənizdə böyük gələcəyinin olduğunu deməyə əsas verir. Avstriya təcrübəsinə gəlincə, İKT sahəsi ilə bağlı hansı istiqamətlər üzrə Avstriya təcrübəsindən, informasiya texnologiyalarından istifadə etməyin mümkünlüyü barədə hazırda mütəxəssis və ekspertlər səviyyəsində işçi qaydada danışıqlar, müzakirələr aparılır.

Burada önəmli yerlərdən birini əhalinin maarifləndirilməsi, eyni zamanda elektron xidmətlərdən istifadənin genişləndirilməsinin təlim və tədris prosesləri üzərindən aparılması tutur. Çünki yalnız texnoloji vasitələrin mövcudluğu onlardan effektiv istifadənin mümkün olduğunu düşünməyə əsas vermir.

Eyni zamanda burada önəmli rol oynayan elektron xidmət istifadəçilərinin, əhalinin biliklərinin artırılmasıdır. Ona görə də Azərbaycan tərəfi ilə danışılan konkret mövzulardan biri də şagirdləri artıq məktəb masasından bu sahədə maarifləndirmək, gələcək sahibkarların hazırlanması üçün müəyyən proqramların həyata keçirilməsi və sertifikatlaşdırmadır.

Qeyd etmək istərdim ki, Avstriya Avropa Birliyi (AB) çərçivəsində bu sahədə aparıcı dövlətdir və AB tərəfindən ən yüksək qiyməti alıb. Bizim təcrübəmiz artıq bütün Avropa Birliyi ölkələrində istifadə olunur. Təbii ki, çox istərdik ki, biz həmin tədris təcrübəsindən Azərbaycanda da öz töhfəmizi verə bilək.

"Bizim üçün Avstriyanın bu sahədə dünya lideri olduğunu göstərmək imkanları yaranacaq"

- Yenə də fiber-optik kabel istehsalı ilə bağlı zavodun tikintisi məsələsinə qayıtmaq istərdim. Azərbaycan üçün bu zavodun yarada biləcəyi üstünlüklər məlum oldu. Bəs Avstriya tərəfi belə bir birgə müəssisənin yaradılmasından hansı qazancı əldə etmiş olacaq?

- Avstriya üçün bu layihənin əhəmiyyəti odur ki, biz regiona ölkəmizin ən qabaqcıl texnologiyalarını, "know-how"-ları gətirəcəyik. Bununla da bizim üçün Avstriyanın bu sahədə dünya lideri olduğunu göstərmək imkanları yaranır. Əgər biz bu sahədə ilkin layihəni həyata keçirsək, bu, bir göstərici, nümunə olacaq. Bunun əsasında isə biz digər layihələrin də iştirakına nail ola bilərik və gələcəyə daha ümidlə baxaraq, bu regionda öz texnologiyalarımızı tətbiq etmək imkanı əldə edə bilərik.

"Bu görüşün də nəticələrindən razıyıq"

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə Avstriya şirkətlərinin təqdim etdiyi təhlükəsizlik həlləri, eyni zamanda bu sahədə əldə etdiyiniz nailiyyətlər və tətbiq edilən yeniliklər də maraq doğurdu. Bununla bağlı təqdimatınız müvafiq dövlət qurumunda necə qəbul edildi? Bu sahədə aparılmış danışıqlarda hansı nəticələrə ümid edirsiniz?

- Bu sahədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevlə görüşümüz oldu. Əsas mövzu ictimai təhlükəsizliklə bağlı sahələrdə yeni kommunikasiya texnologiyalarının tətbiqi ətrafında idi. Görüş çox səmərəli, qarşılıqlı anlaşma şəraitində keçdi.

Amma təhlükəsizlik mövzusu çox həssas məsələ olduğuna görə biz hələlik konkret olaraq bu barədə bir şey deyə bilmərik. Çünki qarşılıqlı razılaşmaya görə biz hələ müəyyən addımlar atmamış, konkret açıqlama vermək istəmirik. Amma vaxtı gələndə bu barədə də mətbuata lazımi strukturlar vasitəsi ilə məlumat veriləcək. Sadəcə, onu qeyd edim ki, niyyət protokolunun hazırlanması ilə bağlı razılığa gəlindi.

Görüşdə digər qurumlardan da cavab gəldikdən sonra ekspertlər səviyyəsində danışıqların aparıla bilməsi üçün İşçi Qrupun yaradılması və danışıqların işçi qaydada davam etdirilməsi qərara alındı. Ümumiyyətlə, bu görüşün də nəticələrindən razıyıq.

"Qarşılıqlı dostluq münasibətlərimiz gələcək birgə, böyük layihələrin reallaşmasının təməlidir

- Ümumilikdə Azərbaycan-Avstriya arasında İKT sahəsində əməkdaşlığın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında olan bu əməkdaşlığı çox yüksək qiymətləndiririk. Layihə formasında həyata keçirmək istədiyimiz və buna hazır olduğumuz bir çox sahələr, bir çox ideyalar artıq müəyyənləşib. Bunun üzərində işgüzar səviyyədə intensiv danışıqlar aparılır və ümid edirik ki, bir çox layihələri həyata keçirəcəyik. Hər bir layihənin, yeni ideyanın reallaşması üçün qarşılıqlı etimad və dostluq münasibətləri vacibdir.

İstərdik ki, bizim münasibətlərimiz daha da yaxşı inkişaf etsin və hesab edirik ki, bu qarşılıqlı etimad qarşıdakı uzun illər boyu davam edəcək. Bizim bugünkü qarşılıqlı dostluq münasibətlərimiz gələcək birgə, böyük layihələrin reallaşmasının təməlidir. Biz çox doğru yoldayıq.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






18 Dekabr 2018

18/12/18
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı

18/12/18
“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.

18/12/18
Yeni “8K OLED” displeyinin piksel sıxlığı bir düym üçün min nöqtəni ötür

“Semiconductor Energy Laboratory” (SEL) şirkəti üzvi işıq diodlar (Organic Light Emitting Diode

18/12/18
“Twitter” istifadəçinin ölkəsini öyrənməyə imkan verən boşluğu aradan qaldırıb

“Twitter” sosial şəbəkəsinin məlumatına görə, əks-əlaqə forması ilə əlaqədar problem aradan qaldırılıb

18/12/18
“5G” şəbəkəsini dəstəkləyən ilk “Samsung” və “LG” smartfonları “MWC 2019” sərgisində nümayiş olunacaq

Cənubi Koreya nəhəngləri “Samsung Electronics” və “LG Electronics” beşinci nəsil mobil rabitə 

18/12/18
Süni insan başı ilə “Android” smartfonlarını blokdan çıxarmaq mümkün olub

“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar təhlükəsizlik testindən uğurla keçə 

18/12/18
“Google” bu ilin ən populyar sorğularını açıqlayıb

“Google” axtarış sistemi 2018-ci il üçün bütün dünya istifadəçiləri üzrə ən populyar sorğuları

18/12/18
“Huawei” ön kamerası displeyə qurulmuş “Nova 4” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti “Nova 4” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/12/18
“Android” sistemli smartfonların enerjisini boşaldan virus aşkarlanıb

“Sophos” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçıları “Android” əməliyyat sisteminin 

17 12 2018

17/12/18
“Samsung” smartfonları üçün yeni istifadəçi interfeysi buraxılıb

“Samsung” şirkəti yeni “One UI” istifadəçi interfeysinin videosunu dərc edib.

17/12/18
Britaniya aeroportunda ilk virtual dispetçer otağı istifadəyə verilib

Britaniyanın Krenfild Universitetinin Bedfordşirddə yerləşən aeroportu tamamilə rəqəmsal dispetçer mərkəzi 

17/12/18
Üz ifadəsinə görə parkinson xəstəliyinə diaqnoz qoyan “ağıllı” eynək təqdim edilib

2015-ci ildə təsis edilmiş “Emteq” şirkəti insan sifətinin hərəkətlərini müəyyənləşdirən daşınan qurğuların 

17/12/18
2019-cu ildə dünyada robotlaşdırılmış sistem və dronların alışına 115,7 milyard dollar xərclənəcək

“IDC” analitik şirkəti 2019-cu ildə dünyada robotlaşdırılmış sistem və dronların alış həcminin 

17/12/18
Yaponiyada sürücüsüz işləyən sərnişin avtobusları sınaqdan keçirilir

Yaponiyanın Qumma prefekturasında sürücüsüz işləyən sərnişin avtobuslarının real şəraitdə sınaqlarına 

17/12/18
Yeni texnologiya obyektləri nanoölçülərədək kiçildəcək

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları üçölçülü strukturları nanoöl