Tarix:04/05/13
Bu göstəricilərin daha dəqiq və dolğun əldə edilməsi ilə bağlı ötən həftə BTİ "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda MDB ölkələri üçün keçirdiyi regional seminarı ilə müxtəlif ölkələrin sahə üzrə mütəxəssislərini Naxçıvan Muxtar Respublikasında bir araya topladı. Seminarın aktuallığına gəlincə, BTİ-nin İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bununla bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşıb.
Beynəlxalq statistika, indikatorlarla bağlı məsələlərin müzakirəsi üçün ölkələr ilk dəfə bir araya toplandı
- BTİ-nin bu seminarını mütəxəssislər üçün nə dərəcədə faydalı hesab edirsiniz?
- Seminar hamını bir araya gətirmək üçün çox gözəl fürsət oldu. İlk dəfə idi ki, beynəlxalq statistika, indikatorlarla bağlı məsələlərin müzakirəsi üçün aidiyyəti ölkələrin nümayəndələrini bir yerə yığa bildik, ölkələr sözügedən məsələləri birlikdə müzakirə etmək imkanına yiyələndilər. İştirakçılar həm BTİ nümayəndələri olaraq bizdən, həm də iştirakçı ölkələrin nümayəndələrindən beynəlxalq standartlar və müvafiq olaraq, statistika ilə bağlı lazımi məlumatlar əldə edib, bu istiqamətdə səmərəli fikir mübadiləsi apardılar.
İKT-nin inkişaf səviyyəsini müəyyən etmək üçün 100-dən artıq indikator toplanır
- BTİ ölkələrdən bu məlumatları ildə neçə dəfə toplayır, eyni zamanda yekun hesabat nə vaxt hazırlanır?
- Ölkələrdən ildə dörd dəfə - müxtəlif vaxtlarda, o cümlədən mart, aprel, iyun, iyul aylarında məlumatlar toplanılır. Məlumatların əldə edilməsi ilə bağlı son yekun isə noyabr ayına düşür. Bunlar müxtəlif mövzular üzrə müxtəlif sorğulardır. Qeyd etdiyim 4 sorğumuzdan biri uzun, biri qısa sorğudur, biri anket, biri qiymətlər, digəri ev təsərrüfatları üçündür.
Bu il ilk dəfə olaraq ev təsərrüfatları üzrə məlumatların toplanması ilə bağlı sorğunun qısa versiyasını hazırlamışıq və artıq fevral ayından onu dövlətlərə göndərmişik. Toplanılan məlumatlar ildə iki dəfə BTİ-nin Data bazasında yerləşdirilir. Digər statistik məlumatlarımız da var ki, onları da dərc edirik. Bu, illik statistika kitabıdır. Təbii ki, BTİ-yə təqdim olunan məlumatlar təhlil edilir. Bu baxımdan, təhlil xarakterli hesablar da hər il açıqlanır və dərc olunur.
- Seminarda ölkələrdən qəbul edilən məlumatların BTİ-yə bəzən gec təqdim olunduğunu qeyd etmisiniz. Bu ləngimə nə ilə bağlıdır?
- Səbəb ilk növbədə bəzi ölkələrdə məlumatların zamanında hasil olmaması və ya məlumatların toplanmasının başa çatdırılmaması ilə əlaqəlidir. Tutaq ki, onlar operatorlardan da məlumatı toplamalıdırlar, operatorlar deyə bilər ki, məlumatı 1-2 aydan sonra verə bilərik. Və ya ləngimə ölkələrin apardığı daxili sorğunun nəticələrinin hələ ekstraksiya olunmaması ilə bağlı olur. Sorğular daxili prosesdən keçməyibsə, ölkələr hesabatı növbəti dəfə təqdim edirlər.
- İKT-nin inkişaf səviyyəsini müəyyən etmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqı ümumilikdə neçə indikator müəyyənləşdirib?
- BTİ olaraq, 100-dən artıq indikator toplayırıq. Amma elə indikatorlar var ki, onlar daha tez-tez yayılır, çünki onlara tələbat həddindən artıq böyükdür. Məsələn, ümumi məlumatlar üzrə xüsusi tələbat olan 10-a yaxın indikator var ki, onlar daha tez-tez yayılır.
Şişirdilmiş rəqəm və məlumatlara qarşı BTİ mexanizmi
- Ola bilərmi ki, ölkələr BTİ-yə şişirdilmiş rəqəm və məlumatlar təqdim etsinlər? BTİ-də daxil olan məlumatların dəqiqliyini müəyyən etmək üçün xüsusi bir mexanizm varmı?
- Üzərimizə düşən və gördüyümüz işlərdən biri də məhz budur. Toplanan məlumatların düzgünlüyünü, reallığı nə qədər əks etdirdiyini biz mütləq yoxlayırıq. Yoxlamalarda diqqət etdiyimiz əsas məqam məlumatlar toplanan zaman beynəlxalq standartların tətbiq olunub-olunmadığını müəyyənləşdirməkdir.
BTİ-yə daxil olan məlumatları uyğunlaşdırırıq ki, nəticə etibarı ilə digər ölkələrin verdiyi hesabatlarla müqayisə olunan bir hala gətirilsin. Bu məlumatlar bizə təqdim olunduqdan sonra təsdiqolunma mərhələsindən keçir. Prosesdə bizə qaranlıq məqamlar olduqda isə mütləq əlaqə saxlayır, həmin anlaşılmazlığın aradan qaldırılması, o cümlədən konkret sualla əlaqədar məlumatların hansı mənbədən əldə edilməsi və s. kimi məsələləri aydınlaşdırmağa çalışırıq.
Problemləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik
- Ümumiyyətlə, BTİ-nin praktikasında saxta məlumatların təqdim olunmasına rast gəlibmi?
- Xeyr, tam saxtalaşdırılmış məlumatların təqdim olunması halına təsadüf edilməyib. Amma məlumatlarla bağlı yaranan anlaşılmazlıq müxtəlif səbəblərdən baş verib. Aldığımız müəyyən məlumatlarda bizə qaranlıq qalan məqamlar əsasən yerli standartlarla bağlı olub.
Belə ki, hesabatın hazırlanmasında ölkə öz standartından istifadə edirsə, biz onlarla əlaqə saxlayırıq və bu kimi məqamların aradan qaldırılması ilə bağlı müzakirələr gedir. Öz rəyimizi bildiririk və rəyin, eyni zamanda qarşılıqlı danışıqlar əsasında da biz bu problemləri aradan qaldırmaq üçün əlimizdən gələni edirik.
Milli səviyyədə fərqli təsnifatlardan istifadə problemlər yaradır
- Qeyd etdiniz ki, ölkələr hesabatların hazırlanmasında özlərinə məxsus, milli standartlardan istifadə edir. Olmazmı ki, yerli standartlardan istifadənin yaratdığı çətinliklərin birdəfəlik aradan qaldırılması məqsədilə bütün ölkələr üçün BTİ-nin tövsiyə etdiyi vahid standartlar tətbiq edilsin?
- Naxçıvanda keçirdiyimiz seminarda da biz bunu tövsiyə etməyə çalışdıq. İstəyirik ki, beynəlxalq səviyyədə razılaşdırılmış standartlar ölkələrin hazırladığı hesabatlarda vahid standartlar kimi birmənalı şəkildə tətbiq olunsun. Biz burada vahid standartlarla bağlı ilk dəfə üz-üzə müzakirəyə toplaşdıq. Düzdür, əvvəllər də regional çərçivədə, Ekspertlər Qrupu səviyyəsində keçirdiyimiz görüşlərdə biz BTİ-nin vahid standartlardan istifadə ilə bağlı tövsiyələrini müzakirə etmişik. Amma bu səpkidə, bu formada görüşün təşkil olunması ilk dəfədir.
- Daha doğrusu, dəqiqləşdirmək istəyirdim ki, əgər BTİ əvvəllər də müvafiq standartlardan istifadəni tövsiyə edibsə və ölkələr bunu öz təcrübələrində nəzərə almalıdırlarsa, o zaman nə üçün bəzi ölkələrin hesabatlarında qaranlıq məqamlar ortaya çıxır?
- Standartlar çox texniki xarakter daşıyır və əksər hallarda da xeyli əlavə izahatlara ehtiyac yaranır. Çünki indikatorların tətbiq olunması çox da asan deyil. Ola bilsin ki, həmin ölkələr standartın hansı şəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı əlavə izahatları oxuyub maraqlanmırlar. Bu, xüsusən də sahə ilə - bu işlə yeni məşğul olan işçilərə aiddir.
Yəni standartların tətbiqi çox texniki məsələ olduğundan nəticədə ortaya belə problemlər çıxır. Bəzən isə milli səviyyədə fərqli təsnifatlardan istifadə olunur. Bu da dediyimiz vəziyyətin yaranmasına gətirib çıxarır.
İndikatorlar daim yenilənməli, nəzərdən keçirilməlidir
- İKT-nin bugünkü inkişaf səviyyəsi ilə bağlı hansı yeni indikatorlara ehtiyac hiss olunur?
- İKT təkamüldə olan, daim inkişaf edən bir sahədir. Bu səbəbdən sahənin inkişafına uyğun olaraq, yeni standartların yaranmasına ehtiyac olub-olmadığını müəyyən etmək üçün indikatorlar da daim yenilənməli, nəzərdən keçirilməlidir. Bu işi Ekspert Qrupumuz həyata keçirir və biz məsələni Ekspert Qrupu səviyyəsində müzakirə edirik. Müzakirələrin nəticəsi olaraq, müvafiq razılığa gəlirik və yeni müəyyənləşdirilən indikatorlar təqdim olunur.
Yeni indikatorlar dövlət orqanlarının elektron xidmətlərdən istifadəsini müəyyənləşdirəcək
- Seminarda qeyd etdiniz ki, "Elektron hökumət"lə bağlı 7 yeni indikator təsis edilib və bununla bağlı statistik məlumatların toplanmasına hələlik başlanılmayıb. Bu indikatorlar əsas hansı istiqamətləri əks etdirir?
- Həmin indikatorlar bu yaxınlarda razılaşdırılıb. Bunlar çox yeni standartlardır və İKT-nin dövlət orqanlarında tətbiqi ilə bağlıdır. Yəni onların kompüterdən, internet, eyni zamanda intranetdən istifadə vəziyyətini, həmçinin, ümumiyyətlə, bunlardan istifadə edib-etmədiyini təyin edəcək. Eyni zamanda standartlar dövlət orqanlarının özləri tərəfindən onlayn xidmətlərdən istifadə edilib-edilmədiyini və bu xidmətlərin vətəndaşlara təqdim olunub-olunmadığını müəyyənləşdirəcək. Yəni bu indikatorlar sırf dövlət orqanlarının elektron xidmətlərdən istifadəsi ilə bağlı həyata keçiriləcək.
- BTİ tərəfindən "Elektron hökumət"lə bağlı yeni indikatorların tətbiqinə, eyni zamanda bununla bağlı məlumatların toplanılmasına nə zaman başlanılacaq?
- İndikatorlar tətbiqə tam hazırdır. Bu məlumatlar hələlik beynəlxalq səviyyədə toplanmasa da, istənilən ölkə yeni indikatorları daxili səviyyədə tətbiq edə bilər. Hətta bəzi dövlətlər artıq bu yeni indikatorlardan istifadəyə başlayıblar. Amma beynəlxalq səviyyədə bu proses həyata keçirilməyib.
- Ekspert Qrupunun cari ilin 4-6 iyun tarixlərində Braziliyanın Sao-Paulo şəhərində keçiriləcək iclasında hansı yeni indikatorların qəbulu və hansılarına dəyişiklik edilməsi gözlənilir?
- Ev təsərrüfatı sahəsində toplanan, həmçinin İKT-nin fərdlər tərəfindən istifadəsi ilə bağlı indikatorları nəzərdən keçiririk. Məsələn, ev təsərrüfatlarında "kompüter" sözünün tərifinin verilməsi, ev təsərrüfatlarında kompüterin mövcudluğu kimi təriflərə müəyyən dəyişikliklərin edilməsi gözlənilir.
Çünki hazırda nəinki noutbuk, netbuk, planşetlər də geniş vüsət alıb. Bəlkə də ev təsərrüfatlarında planşetlərdən daha geniş istifadə olunur. Eyni zamanda insanların internetdə fəaliyyəti, sosial media, bloqlaşma, internetdə kontentin hazırlanması və s. ilə bağlı indikatorlara müvafiq dəyişikliklər olacaq. "Əshabi-Kəhf"də arzu da tutdum, amma...
- Son sualımız bir qədər qeyri-rəsmi olacaq. Azərbaycanla bağlı səfər təəssüratlarınız necədir?
- Bu, Naxçıvan Muxtar Respublikasına, ümumilikdə Azərbaycana ilk səfərimdir. Ümumi mənzərəsi, təbiəti xoşuma gəldi. Naxçıvan gözəl dağlarla əhatə olunub, zəngin tarixi, mədəniyyəti var.
Çox sakit, hüznlü bir yerdir. İnsan burada özünü çox rahat və sakit hiss edir. Ev sahibləri yüksək qonaqpərvərlikləri ilə seçildi. Tarixi yerlərin gəzintisi zamanı "Əshabi-Kəhf"də arzu da tutdum (H.İ.-inanclara görə, İlandağla Nəhəcir dağları arasında yerləşən ziyarətgahdakı qədim mağarada dilək tutanın başına su damcısının düşməsi onun yerinə yetəcəyi anlamındadır), amma nəsə başıma su sıçramadı (gülür).
Həqiqət İSABALAYEVA
BTİ-nin rəsmisi: “İKT-nin inkişaf səviyyəsini qiymətləndirmək üçün təqdim olunan bütün rəqəmlər xüsusi mexanizm vasitəsilə dəqiqləşdirilir”
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) müəyyənləşdirdiyi "İKT-nin inkişaf indeksi" dünya ölkələrində İKT-nin inkişaf dinamikasını xarakterizə edən əsas göstərici sayılır.Bu göstəricilərin daha dəqiq və dolğun əldə edilməsi ilə bağlı ötən həftə BTİ "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda MDB ölkələri üçün keçirdiyi regional seminarı ilə müxtəlif ölkələrin sahə üzrə mütəxəssislərini Naxçıvan Muxtar Respublikasında bir araya topladı. Seminarın aktuallığına gəlincə, BTİ-nin İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bununla bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşıb.

Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”