Tarix:18/05/13
"Səfər zamanı ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti kimi güclü ali təhsil müəssisələrinin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. "QUTechnopark" formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilib. Amma qeyd etməliyik ki, "QUTechnopark" əsasən Orta Doğu Texniki Universitetinin (ODTU) texnopark təcrübəsinə daha çox əhəmiyyət verir".
Texnopark ekosisteminin formalaşdırılmasına yönələn layihələr
İ.Qasımov qeyd edib ki, "QUTechnorak" qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə "Yeni fikir" müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir: "Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək".
"Yeni fikir" müsabiqəsinin (YFM) təmin edilməsi üçün "www.yenifikir.az" elektron veb-səhifəsi də istifadəyə verilib: "YFM-ə 150 komanda yeni iş fikri ilə müraciət edilib ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçdi. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazandı.
Müsabiqədə 2-ci mərhələ 19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirildi və 19 yeni iş fikri finala vəsiqə qazandı".
"Yeni fikir" müsabiqəsində təlimlər
"QUTechnopark" rəsmisinin sözlərinə görə, YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib: "Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi. Seminar-təlimlər "QUTechnopark" İnkubasiya Mərkəzində keçirildi. Əvvəlcə Qafqaz Universiteti məzunları, hazırda isə "StartUp" fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə "StartUp-çı olmaq nə deməkdir?" mövzusunda seminar verildi.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir".
Bu, istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir: "Ona görə də finalçılara "Təqdimat bacarıqları" mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar "Azercell Telekom" MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi". Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti Texnoparkının vitse-prezidenti, "QUTechnopark" İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məsələlər haqqında finalçılar zəruri informasiyaları əldə etdilər. Hər bir finalçı U. Batumla iş fikirləri haqında ətraflı müzakirələr apara bildilər".
İstər finalçı, istərsə də digər "StartUp"çı gənclər üçün təlim-seminarlar davam etdiriləcək
İ.Qasımovun sözlərinə görə, istər finalçılar, istərsə də digər "StartUp"çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar "QUTechnopark"ın təşkilatçılığı ilə davam etdiriləcək:
"YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün "QUTechnopark" tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.
"Yeni fikir" müsabiqəsi mayda yekunlaşacaq
"QUTechnopark" müdiri qeyd edib ki, YFM may ayının sonuna kimi başa çatacaq. Müsabiqənin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri "QUTechnopark"ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər.
Ən yaxşı 3 iş fikrinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.
Texnoparklarda yeni iş fikirlərinin inkişafı üçün İnkubasiya Mərkəzi də vacibdir
İ.Qasımovun sözlərinə görə, texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstərən inkubasiya mərkəzləri də mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir: "İnkubasiya Mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırılır.
"QUTechnopark"ın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırılması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Belə layihələrdən biri "Təşəbbüskarlıq seminarları"dır. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcək".
Həqiqət İSABALAYEVA
“QUTechnopark”ın müdiri: “Orta Doğu Texniki Universitetinin texnopark təcrübəsinə daha çox əhəmiyyət veririk”
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı və 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı "QUTechnopark" adlandırıldı. "QUTechnopark" (Qafqaz Universiteti Texnoparkı) müdiri İsa Qasımovun sözlərinə görə, bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilib:"Səfər zamanı ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti kimi güclü ali təhsil müəssisələrinin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. "QUTechnopark" formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilib. Amma qeyd etməliyik ki, "QUTechnopark" əsasən Orta Doğu Texniki Universitetinin (ODTU) texnopark təcrübəsinə daha çox əhəmiyyət verir".
Texnopark ekosisteminin formalaşdırılmasına yönələn layihələr
İ.Qasımov qeyd edib ki, "QUTechnorak" qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə "Yeni fikir" müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir: "Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək".
"Yeni fikir" müsabiqəsinin (YFM) təmin edilməsi üçün "www.yenifikir.az" elektron veb-səhifəsi də istifadəyə verilib: "YFM-ə 150 komanda yeni iş fikri ilə müraciət edilib ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçdi. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazandı.
Müsabiqədə 2-ci mərhələ 19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirildi və 19 yeni iş fikri finala vəsiqə qazandı".
"Yeni fikir" müsabiqəsində təlimlər
"QUTechnopark" rəsmisinin sözlərinə görə, YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib: "Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi. Seminar-təlimlər "QUTechnopark" İnkubasiya Mərkəzində keçirildi. Əvvəlcə Qafqaz Universiteti məzunları, hazırda isə "StartUp" fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə "StartUp-çı olmaq nə deməkdir?" mövzusunda seminar verildi.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir".
Bu, istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir: "Ona görə də finalçılara "Təqdimat bacarıqları" mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar "Azercell Telekom" MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi". Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti Texnoparkının vitse-prezidenti, "QUTechnopark" İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məsələlər haqqında finalçılar zəruri informasiyaları əldə etdilər. Hər bir finalçı U. Batumla iş fikirləri haqında ətraflı müzakirələr apara bildilər".
İstər finalçı, istərsə də digər "StartUp"çı gənclər üçün təlim-seminarlar davam etdiriləcək
İ.Qasımovun sözlərinə görə, istər finalçılar, istərsə də digər "StartUp"çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar "QUTechnopark"ın təşkilatçılığı ilə davam etdiriləcək:
"YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün "QUTechnopark" tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.
"Yeni fikir" müsabiqəsi mayda yekunlaşacaq
"QUTechnopark" müdiri qeyd edib ki, YFM may ayının sonuna kimi başa çatacaq. Müsabiqənin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri "QUTechnopark"ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər.
Ən yaxşı 3 iş fikrinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.
Texnoparklarda yeni iş fikirlərinin inkişafı üçün İnkubasiya Mərkəzi də vacibdir
İ.Qasımovun sözlərinə görə, texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstərən inkubasiya mərkəzləri də mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir: "İnkubasiya Mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırılır.
"QUTechnopark"ın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırılması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Belə layihələrdən biri "Təşəbbüskarlıq seminarları"dır. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcək".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1305
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”