12px13px15px17px
Tarix:27/12/14

BTİ MDB ölkələri üzrə zona bölməsinin rəhbəri Orozobek Kayıkov: “Son bir neçə ildə Azərbaycanın İKT sektoru bütün istiqamətlər üzrə yaxşı nəticələr əldə edib”

Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə fəaliyyəti, həyata keçirilən işlər və  gələcək planlar barədə nə deyə bilərsiniz?
 
Əlbəttə, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə zona bölməsinin rəhbəri kimi səlahiyyətimiz haqqında məmnuniyyətlə qısa məlumat verərəm. Biz, BTİ-yə üzv dövlətlərin 2010-cu ildə Hindistanda keçirilən  telekommunikasiyanın inkişafı üzrə ümumdünya konfransında təsdiq etdiyi proqramlar çərçivəsində fəaliyyət göstəririk.
 
O vaxt  5 proqram təsdiq olunub:
 
İnformasiya-kommunikasiya infrastrukturunun və texnologiyaların inkişafı.
 
Kibertəhlükəsizlik, İKT-nin əlavələri və IP əsasında şəbəkələrlə bağlı məsələlər.
 
Əlverişli mühitin yaradılması.
 
Potensialın yaradılması və rəqəmsal texnologiyalar ilə əhatə olunması.
 
Daha az inkişaf etmiş ölkələr və xüsusilə ağır vəziyyətdə olan ölkələr üçün, habelə fövqəladə hallarda elektrik rabitə və iqlim dəyişməsinə uyğunlaşmaq üçün.
 
Bizim bütün səlahiyyətimiz adıçəkilən proqramlar və regional təşəbbüslər əsasında qurulur. Onlar həddindən artıq çoxdur. Rəhbərlik etdiyim qurumda insan resurslarının məhdud olmasına baxmayaraq, böyük işlər həyata keçiririk. Layihələr, seminarlar, forumlar, MDB ölkələri üçün tədris seminarları, MDB ölkələri və Gürcüstana texniki və ekspert yardımı, internet mərkəzlərin yaradılması və s. Böyük məmnuniyyətlə məlumat vermək istəyirəm ki, biz praktiki olaraq bütün regional layihələri başa çatdırmışıq və onlar MDB ölkələri və BTİ tərəfindən çox yüksək qiymətləndirilib. Biz ildə iki dəfə görülən işlər barədə təfsilatı ilə MDB ölkələri, Regional Rabitə Birliyinin İcraiyyə Komitəsini məlumatlandırırıq.
 
2014-cü ilin 14-16 oktyabr tarixində Bakıda dünyanın 14-dən çox ölkəsindən, təxminən 70 nəfərin iştirakı ilə "Mobil ödənişlər üzrə Regional təşəbbüs"ün həyata keçirilməsi başa çatıb. Bizdə və MDB ölkələrində quraşdırılan videokonfrans rabitədən istifadə etməklə tədbir keçirildiyi təqdirdə isə iştirakçıların sayı 150 nəfəri üstələyir. Bu sistem rəhbərlik etdiyim qurumda  virtual yığıncaqların tətbiqi üzrə MDB ölkələrinin regional təşəbbüsünün həyata keçirilməsi çərçivəsində quraşdırılıb. Beləliklə, çox böyük iş görülüb. Buna, yalnız MDB ölkələri rabitə administrasiyalarının, BTİ-nin D sektoru üzvlərinin, ayrı-ayrı insanların dəstəyi, habelə bizim qurumun əməkdaşlarının səyləri nəticəsində nail olmaq mümkün olub. Biz cəmi üç nəfərik.
 
Hal-hazırda 2015-ci il üçün Əməliyyat planı təsdiqlənib və ən yaxın günlərdə bizim 2015-ci il üçün planlarımız haqqında ətraflı məlumat veriləcək. Bir-iki regional təşəbbüsün həyata keçirilməsini planlaşdırırıq.
 
Azərbaycanda telekommunikasiya sektorunun inkişafını necə qiymətləndirirsiniz? Bu sahədə ölkədə həyata keçirilən milli və regional layihələr barədə fikriniz necədir?
 
Sizin uğurlarınız müsbət təsir bağışlayır. Son bir neçə ildə Azərbaycanın İKT sektoru bütün istiqamətlər üzrə yaxşı nəticələr əldə edib – mobil internet istifadəçilərinin sayındakı artımı və  genişzolaqlı internetə çıxışı imkanlarının genişləndirilməsi, hər 100 ev təsərrüfatına düşən internet istifadəçilərinin sayının artımı müsbət haldır.  Mən sizin ölkədə regional səviyyədə həyata keçirilən layihələrin yalnız bir qismi ilə tanışam. Onlar yaxşı potensiala malikdir, lakin işləmək lazımdır. Çünki İKT bazarı kifayət qədər sıxdır və güclü rəqabət mövcuddur, xüsusilə regional və beynəlxalq səviyyədə, ona görə də təkcə istəyin olması kifayət etmir. Elə hallar olur ki, layihənin keçirilməsi üçün pul da var, hətta o həyata keçirilib, lakin gözlənilən nəticə əldə olunmayıb. İstənilən layihənin əsasında biznes marağı, yəni gəlir əldə etmək məsələsi durmalıdır. Bu mənim, bir peşəkar rabitəçi kimi şəxsi fikrimdir.
 
Beynəlxalq telekommunikasiya İttifaqı, habelə Ümumdünya İqtisadi Forumu İKT-nin inkişafı üzrə hər il hesabatlar hazırlayır. MDB-nin digər ölkələri ilə müqayisədə bizim ölkənin sektor üzrə göstəricilərini  necə xarakterizə etmək olar?
 
Maraqlı sualdır. Son illər ölkələrin bu hesabatlara marağı xeyli artıb. Mən Tbilisidə keçirilən İKT-nin indikatorları üzrə BTİ-nin ümumdünya simpoziumundan (WTIS-14) təzəcə qayıtmışam. Gürcüstan ilk dəfə idi ki, BTİ-nin belə qlobal tədbirinə ev sahibliyi edirdi. Tədbirdə 79 BTİ-yə üz dövlətlərdən 250, özəl sektor və BMT-nin təşkilatlarından 15 nümayəndə iştirak edirdi. Eyni zamanda 13 VİP şəxs, Gürcüstanın baş naziri və nazirləri də tədbirə qatılmışdı. BTİ burada özünün "İnformasiya cəmiyyətinin ölçülməsi - 2014" toplusunun təqdimatını keçirdi. Azərbaycanda isə belə qlobal tədbirlər vaxtaşırı keçirilir.
"ICT Development Index" (IDI) sektorun əsas göstəricilərinin əks olunduğu indeksdir. Azərbaycan 64-cü yerdə qərarlaşıb, 2012-ci illə müqayisədə bir pillə irəliləyib. Ölkənizin İKT sektorunun dinamik inkişafı istiqamətində davamlı səylərini görürəm. Yeganə onu demək istəyirəm ki, məlumatlar vaxtında dolğun və obyektiv şəkildə təqdim olunmalıdır. Biz reytinqlər yox, real nəticə üçün işləməliyik. Biz mətbuat konfransını keçirdib bu məsələnin daha ətraflı müzakirə edilməsini planlaşdırırıq. Tədbirin tarixi və vaxtı yaxın zamanda müəyyənləşdiriləcək və hamıya məlumat veriləcək. Sərəncamınızda olan videokonfrans sistemi vasitəsilə siz də tədbirdə iştirak edib, istənilən suallarınızı verib, cavablarını ala bilərsiniz. Biz bu tədbiri hər il keçirdirik, ölkələrin ona marağı çox böyükdür.
 
 
Azərbaycanın Sizin təmsil olunduğunuz  qurumla əməkdaşlığı hansı layihə və təşəbbüslərin həyata keçirilməsində daha çox özünü büruzə verir? Bu günədək hansı birgə təşəbbüslər həyata keçirilib və yaxın gələcək üçün planlar nədən ibarətdir?
 
Biz hər zaman Azərbaycanın Rabitə administrasiyasından dəstək görmüşük. Hər il BTİ-nin ən azı bir tədbiri sizin ölkənizdə  keçirilir. Lakin sizin potensialı, habelə Azərbaycanın BTİ Şurasına üzv seçilməsini nəzərə alaraq, mən daha sıx əməkdaşlığa, regiondakı fəaliyyətin dəstəklənməsinə ümid bəsləyirəm. Regionda daha az potensiala malik olan ölkələr mövcuddur.
Dəvətə və maraqlı suallara görə sizə minnətdarlığımı bildirirəm, zənn edirəm ki, əməkdaşlığın səviyyəsi kifayət qədər yüksəkdir, lakin daha da genişləndirmək üçün imkanlar mövcuddur.
 
Təşəkkür edirəm.
 



Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






21 Noyabr 2024

20 11 2024