Tarix:02/09/15
Azərbaycanın informasiya-kommunikasiya bazarını ümumilikdə necə qiymətləndirirsiniz?
İlk növbədə, yaddan çıxarmayaq ki, İT – ölkə hökuməti tərəfindən iqtisadiyyatın gələcək uğurlu inkişafı üçün strateji sahə kimi qeyd edilib: “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” iqtisadiyyatın real sektorlarında İKT-nin istifadəsinin genişləndirilməsini vacib hədəflərdən biri kimi göstərir. Hazırda Azərbaycanın İT bazarı sürətli və səmərəli artım mərhələsini yaşayır. Bu gün yerli və xarici şirkətlərin təqdim etdikləri İT həllərinin müasir tələblərə cavab verməsi vacibdir.
“SAP” həllərində dünya üzrə 300 minə yaxın sifarişçilərimizin təcrübəsi toplanıb və bizim məhsul portfoliyamız istənilən sahədə və miqyasda çalışan şirkət üçün maksimal dərəcədə balanslandırılıb.
Bildiyimiz kimi, bu ilin sonuna kimi “SAP” şirkəti Azərbaycanda rəsmi nümayəndəliyini açmaq niyyətindədir. Bu qərarın qəbul edilməsi nədən irəli gəlir?
Azərbaycanda uzun illər ərzində uğurlu fəaliyyətimiz, ölkənin İT bazarının yüksək inkişaf potensialı, şirkətlərin innovativ həllərə artan tələbatı və əlbəttə ki, bizim tərəfdaş şəbəkəmizin yaradılmasında uğurlar belə bir addım atmağa təşviq etdi. Bundan başqa, biz ölkədə yeni kadrların hazırlanmasına ayrılan diqqəti görürük. Bu, çox vacib başlanğıcdır, bunun nəticələri iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “SAP” bu istiqamətdə aparılan işləri Azərbaycanda “Universitet alyansı” layihəmizin aktiv inkişafı ilə dəstəkləməyə hazırdır. Alyans çərçivəsində biz ADA Universiteti ilə bir sıra birgə layihələri inkişaf etdirmək, tələbələrə təlimlərdə dəstək olmaq niyyətindəyik.
“SAP” şirkətinin Azərbaycanda prioritet əməkdaşlıq istiqamətləri hansılardır?
Sözsüz ki, biz iri biznes qurumları ilə və dövlət şirkətləri ilə işləməkdə maraqlıyıq, çünki məhz onlar bu gün innovasiyaların iqtisadiyyatda tətbiqi kimi məsuliyyətli missiyanı layiqincə yerinə yetirirlər. Hökumət qlobal iqtisadi böhran şəraitində təkcə İT sektorunun deyil, həm də bütöv iqtisadiyyatın sifarişçisi və irəli aparıcı qüvvəsi kimi çıxış edə bilər. Bu, artıq Azərbaycanda baş verib. Məhz texnoloji liderliyə və yenilənməyə istiqamətlənən dəqiq strategiyaya malik olan dövlət, resurs mənbəyi və irimiqyaslı dəyişikliklərin katalizatorudur. İstər neft-qaz sektoru olsun, istər energetika, istərsə də sənaye - bütün sahələr bu gün modernləşmə və effektivliyin artırılması üzrə inkişaf edirlər.
Müasir proqram təminatı, böyükhəcmli məlumatlarla işləmək, mobil və bulud texnologiyalarından istifadə imkanı olmadan bu məsələni həll etmək demək olar ki, mümkün deyil. “SAP” Azərbaycanda həllərinin geniş çeşidini təqdim edir. Bu kontekstdə biznes-təhlil, böyükhəcmli məlumatların idarə edilməsi, istehsalat prosesinin optimallaşdırılması, şirkətlərin biznes-transformasiyası kimi həlləri vurğulamaq istərdim. Son punkta mən diqqət çəkmək istərdim, çünki burada biz İT nöqteyi-nəzərdən maraqlı dəyişiklik müşahidə etmişik. Bu günlərədək İT direktorları ilk növbədə avadanlıqların alınması ilə maraqlanırdısa (və yalnız sonra, onun üzərində tətbiq ediləcək proqram təminatının seçiminə diqqət yetirirdi), hazırda əvvəlcə proqram təminatı seçilir və artıq ona uyğun aparat müəyyən edilir. Yəni məlumatların emalı, informasiya ilə iş və ondan gəlirin əldə edilməsi üçün vasitələr artıq yeni nəsil İT rəhbərlərin prioritetinə çevrilib. Bu isə İT bazarının yeni texnologiyalara birbaşa çıxış göstəricisidir.
Şirkətiniz Azərbaycanda hansı yeni istiqamətlər üzrə fəaliyyətini inkişaf etdirmək niyyətindədir?
Bizim üçün idman sahəsi çox maraqlıdır. Azərbaycanda bu sahəyə yetirilən diqqəti nəzərə alaraq, biz “SAP” məhsulları üçün böyük potensial görürük. Deyəcəksiniz ki, bizim texnologiyaları və təcrübəni bu sahədə tətbiq etmək ideyası necə yarandı? Bu sahədə müəyyən sayda xüsusi məhsullar mövcuddur, lakin onlar, bir qayda olaraq geniş arealı əhatə etmir. “SAP” isə öz müştərilərinə biznes-proseslərin kompleks idarəedilməsi imkanını təqdim etməyə çalışır. Biz, dünyanın aparıcı şirkətlərinin istifadə etdikləri biznes-təhlil üsullarını idman sahəsinə gətirməkdə böyük imkanlar gördük.
Təsəvvür edin: “Formula-1”-in “ağıllı” vericilər ilə təchiz edilmiş bolidi, bir yürüşdə 1GB-yə yaxın məlumat qenerasiya edir, yarışların üç günü ərzində isə - 3 TB-dək! Belə olan halda maşınların trekdə yerləşməsi, sürət rejimi, bolidin əsas qovşaqları təhlil edilir. Bu məlumat birbaşa yarış zamanı yüksəksürətli kanallar üzrə “SAP” data-mərkəzi üzərindən məşqçi qərargahına ötürülür. Belə məşqçilər və texniki mütəxəssislər, hətta trekdə olmadıqları vaxt baş verən hadisələri müşahidə edə və operativ şəkildə yürüşçüyə trasın keçmə strategiyasına düzəliş etməyə kömək edə bilərlər. Bu, müasir idarəçilərin işinə bənzəyir, onlardan istənilən vaxt əlaqədə olmaq, vəziyyəti nəzarətdə saxlamaq və bazardakı dəyişikliklərə rəqiblərdən daha tez reaksiya vermək tələb olunur. Bunun üçün biz 2015-ci ildə bazara S/4HANA kimi yeni həllimizi təqdim etmişik və bu həll bu gün Azərbaycan bazarında da mövcuddur.
Bundan başqa, bizim üçün “Əşyaların interneti” ilə bağlı hər bir şey maraqlı və perspektivdir. Bu texnologiya bütün dünyanın etibarını qazanır: analitiklərin qiymətləndirmələrinə görə, 2020-ci ilədək 50 milyard qurğu şəbəkəyə qoşulacaq və bir-biri ilə bağlı olacaq. Biz anlayırıq ki, bu innovativ texnologiya hələ inkişafa təzə başlayır və müştərilərimizə sürətlə yaranan imkanlardan istifadə etməkdə kömək edirik.
Üçüncü, ən önəmli tendensiyanı biz buluda keçidi hesab edirik. İqtisadi burulqanlıq şəraitində şirkətlərin mürəkkəb İT infrastrukturların yaradılması üzrə uzunmüddətli layihələrə investisiya yatırmaq imkanı getdikcə daha da azalır. Bundan başqa, ölkədə İT mütəxəsislərin çatışmazlığı özünü büruzə verir. Bu arada, dövlət səviyyəsində yaradılmış bulud, istənilən miqyasda şirkətlərin: dövlət qurumlarından başlayaraq, startaplaradək, məlumatlarını saxlamaq və emal etmək üçün tələb olunan resurslarla təmin etməyə imkan verir. Bu nöqteyi-nəzərdən “SAP” ilə ADA Universitetinin birgə təşəbbüsü çərçivəsində “SAP” “Business One 9.0” üzərində kiçik və orta müəssisələr üçün bulud sistemi yaradılır.
“SAP” şirkətinin həlləri Azərbaycanda nə dərəcədə aktiv tətbiq edilir və necə hesab edirsiz, yerli şirkətlərə və dövlət qurumlarına hansı həllər faydalı ola bilər?
“SAP” şirkəti Azərbaycanda artıq 7 ildən çoxdur ki fəaliyyət göstərir. Bizim həllərin tətbiqi qabaqcıl Azərbaycan şirkətlərinə müxtəlif sahələrdə bizneslərini idarə etməyə imkan verir. İlk növbədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlığımızı qeyd etməliyəm, burada “SAP”-ın geniş çeşiddə həlləri tətbiq edilib. “Azersun Holding” və Xəzər dəniz gəmiçiliyində bizim çox maraqlı həllərimizdən istifadə olunur. Hazırda “PASHA Holding”də “SAP” “BPC” həllinin tətbiqi üzrə innovativ layihənin həyata keçirilməsi üzrə işlər aparılır. “PASHA Bank”, “DemirBank”, “AzeriCard” (prosessinq mərkəzi) idarəetmə sistemlərini məhz bizim həllər üzərində inkişaf etdirirlər. Telekommunikasiya sahəsində biz “Azercell Telecom” şirkəti ilə əməkdaşlıq edirik. Eyni zamanda, artıq biz “Nobel Oil”, “Bos-Shelf”, “SOCAR AQS”, “Norm” sement zavodunda işə başlamışıq. Energetika sahəsində isə “Azərişıq” ilə əməkdaşlıq edirik. Bununla yanaşı, biz həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri ilə də vacib sosial əhəmiyyətli layihələr həyata keçiririk.
Yəqin ki bilirsiniz, Azərbaycanda 2017-ci ildə IV İslam Həmrəylik Oyunları – “İslamiada” keçiriləcək, eyni zamanda bir sıra müxtəlif yönümlü dövlət layihələri həyata keçirilir. “SAP” şirkəti bu sahələr üzrə hansı maraqlı həllər təqdim edə bilər?
Bəli, artıq iki il sonra Azərbaycan “İslamiada-2017” yarışlarını qəbul edəcək, bu yaxınlarda isə Bakıda böyük uğurla Birinci Avropa Oyunları keçirilib. Bu cür yarışmaların keçirilməsi təkcə idmanın daxili təbliği üçün vacib deyil: bu ölkə üçün böyük şərəf və beynəlxalq səviyyədə yeni tərəqqi dövründə əldə edilən nailiyyətləri nümayiş etmək üçün gözəl fürsətdir. İdman ölkə üçün vacib sahələrdən biridir və Azərbaycan Prezidenti İlham Əliyevin hər il martın 5-də Fiziki mədəniyyət və idman gününün bayram kimi qeyd edilməsi haqda 2005-ci il martın 4-də imzaladığı fərman idmanın sağlamlığın qorunmasında və möhkəmləndirilməsində, gənclərin fiziki inkişafında və beynəlxalq arenada yeni zirvələrə nail olmaqda rolunu vurğulayır.
Texnologiyalar, qlobal rəqabətli iqtisadiyyat yaratmaqda dəstək olduğu kimi, idmanın da təkmilləşdirilməsinə kömək edir.
“SAP” həllərinin idmanın inkişafına və yeni rekordların yaranmasına təsirini göstərmək üçün bir neçə misal gətirə bilərəm. “SAP”-ı Almaniya yığmasının Braziliyada keçirilmiş dünya çempionatında qalibiyyətinin həmmüəllifi adlandırmaq olar. Məşq prosesində komanda “SAP Match Insights” həllindən istifadə edib. Bu həll hər bir idmançının məşqlərdə və oyun meydanında işini təhlil etməyə, ən effektiv heyət seçməyə, oyunçuların və oyun kombinasiyalarının nəticələri haqda dəqiq məlumat almağa imkan verirdi. Bu həllərlə məşqçilər və menecerlər istənilən şəraitdə işləyə bilərlər - meydanda, ofisdə, hətta səfər zamanı belə.
Şirkətimiz NBA, НХЛ və digər məşhur idman birlikləri və klubları ilə yaxın tərəfdaşdır.
Belə ki, “sap.nba.com” saytında proqnoz təhlili “SAP” həlləri üzərində emal edilir və məlumat bazasına demək olar liqanın yaradılışından olan arxivlər daxil edilib. Təəccüblü deyil ki, bu bölümün açılışı NBA fanatları tərəfindən ilin ən vacib hadisəsi kimi qəbul edilib. Biz əminik ki, əldə edilmiş zəngin təcrübə Azərbaycanda idmanın inkişafı üçün də faydalı olacaq.
Aynur Vəliyeva
Almaniyanın tanınmış İT şirkəti Azərbaycanda nümayəndəliyini açır
Azərbaycanda informasiya texnologiyalarının tətbiqinə və inkişafına yetirilən diqqəti müşahidə edən dünya səviyyəli İT şirkətlər ölkənin İT bazarında iştiraklarını genişləndirməyə səy göstərirlər. Bu şirkətlərdən biri də dünyanın aparıcı İT təsisatlarından olan Almaniyanın “SAP” şirkətidir. Qeyd edək ki, bu şirkət cari ilin sonuna kimi ölkədə rəsmi nümayəndəliyini açmaq niyyətindədir. “SAP” korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin qərargahı Valdiorfda (Almaniya) yerləşir və dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur. Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil texnologiyalar, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir. Şirkətin MDB ölkələrində idarəedici direktoru Maksim Matyaş Azərbaycanla bağlı “SAP”-ın gələcək planları haqda “Rabitə dünyası” qəzetinə müsahibəsində ətraflı məlumat verib.Azərbaycanın informasiya-kommunikasiya bazarını ümumilikdə necə qiymətləndirirsiniz?
İlk növbədə, yaddan çıxarmayaq ki, İT – ölkə hökuməti tərəfindən iqtisadiyyatın gələcək uğurlu inkişafı üçün strateji sahə kimi qeyd edilib: “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” iqtisadiyyatın real sektorlarında İKT-nin istifadəsinin genişləndirilməsini vacib hədəflərdən biri kimi göstərir. Hazırda Azərbaycanın İT bazarı sürətli və səmərəli artım mərhələsini yaşayır. Bu gün yerli və xarici şirkətlərin təqdim etdikləri İT həllərinin müasir tələblərə cavab verməsi vacibdir.
“SAP” həllərində dünya üzrə 300 minə yaxın sifarişçilərimizin təcrübəsi toplanıb və bizim məhsul portfoliyamız istənilən sahədə və miqyasda çalışan şirkət üçün maksimal dərəcədə balanslandırılıb.
Bildiyimiz kimi, bu ilin sonuna kimi “SAP” şirkəti Azərbaycanda rəsmi nümayəndəliyini açmaq niyyətindədir. Bu qərarın qəbul edilməsi nədən irəli gəlir?
Azərbaycanda uzun illər ərzində uğurlu fəaliyyətimiz, ölkənin İT bazarının yüksək inkişaf potensialı, şirkətlərin innovativ həllərə artan tələbatı və əlbəttə ki, bizim tərəfdaş şəbəkəmizin yaradılmasında uğurlar belə bir addım atmağa təşviq etdi. Bundan başqa, biz ölkədə yeni kadrların hazırlanmasına ayrılan diqqəti görürük. Bu, çox vacib başlanğıcdır, bunun nəticələri iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “SAP” bu istiqamətdə aparılan işləri Azərbaycanda “Universitet alyansı” layihəmizin aktiv inkişafı ilə dəstəkləməyə hazırdır. Alyans çərçivəsində biz ADA Universiteti ilə bir sıra birgə layihələri inkişaf etdirmək, tələbələrə təlimlərdə dəstək olmaq niyyətindəyik.
“SAP” şirkətinin Azərbaycanda prioritet əməkdaşlıq istiqamətləri hansılardır?
Sözsüz ki, biz iri biznes qurumları ilə və dövlət şirkətləri ilə işləməkdə maraqlıyıq, çünki məhz onlar bu gün innovasiyaların iqtisadiyyatda tətbiqi kimi məsuliyyətli missiyanı layiqincə yerinə yetirirlər. Hökumət qlobal iqtisadi böhran şəraitində təkcə İT sektorunun deyil, həm də bütöv iqtisadiyyatın sifarişçisi və irəli aparıcı qüvvəsi kimi çıxış edə bilər. Bu, artıq Azərbaycanda baş verib. Məhz texnoloji liderliyə və yenilənməyə istiqamətlənən dəqiq strategiyaya malik olan dövlət, resurs mənbəyi və irimiqyaslı dəyişikliklərin katalizatorudur. İstər neft-qaz sektoru olsun, istər energetika, istərsə də sənaye - bütün sahələr bu gün modernləşmə və effektivliyin artırılması üzrə inkişaf edirlər.
Müasir proqram təminatı, böyükhəcmli məlumatlarla işləmək, mobil və bulud texnologiyalarından istifadə imkanı olmadan bu məsələni həll etmək demək olar ki, mümkün deyil. “SAP” Azərbaycanda həllərinin geniş çeşidini təqdim edir. Bu kontekstdə biznes-təhlil, böyükhəcmli məlumatların idarə edilməsi, istehsalat prosesinin optimallaşdırılması, şirkətlərin biznes-transformasiyası kimi həlləri vurğulamaq istərdim. Son punkta mən diqqət çəkmək istərdim, çünki burada biz İT nöqteyi-nəzərdən maraqlı dəyişiklik müşahidə etmişik. Bu günlərədək İT direktorları ilk növbədə avadanlıqların alınması ilə maraqlanırdısa (və yalnız sonra, onun üzərində tətbiq ediləcək proqram təminatının seçiminə diqqət yetirirdi), hazırda əvvəlcə proqram təminatı seçilir və artıq ona uyğun aparat müəyyən edilir. Yəni məlumatların emalı, informasiya ilə iş və ondan gəlirin əldə edilməsi üçün vasitələr artıq yeni nəsil İT rəhbərlərin prioritetinə çevrilib. Bu isə İT bazarının yeni texnologiyalara birbaşa çıxış göstəricisidir.
Şirkətiniz Azərbaycanda hansı yeni istiqamətlər üzrə fəaliyyətini inkişaf etdirmək niyyətindədir?
Bizim üçün idman sahəsi çox maraqlıdır. Azərbaycanda bu sahəyə yetirilən diqqəti nəzərə alaraq, biz “SAP” məhsulları üçün böyük potensial görürük. Deyəcəksiniz ki, bizim texnologiyaları və təcrübəni bu sahədə tətbiq etmək ideyası necə yarandı? Bu sahədə müəyyən sayda xüsusi məhsullar mövcuddur, lakin onlar, bir qayda olaraq geniş arealı əhatə etmir. “SAP” isə öz müştərilərinə biznes-proseslərin kompleks idarəedilməsi imkanını təqdim etməyə çalışır. Biz, dünyanın aparıcı şirkətlərinin istifadə etdikləri biznes-təhlil üsullarını idman sahəsinə gətirməkdə böyük imkanlar gördük.
Təsəvvür edin: “Formula-1”-in “ağıllı” vericilər ilə təchiz edilmiş bolidi, bir yürüşdə 1GB-yə yaxın məlumat qenerasiya edir, yarışların üç günü ərzində isə - 3 TB-dək! Belə olan halda maşınların trekdə yerləşməsi, sürət rejimi, bolidin əsas qovşaqları təhlil edilir. Bu məlumat birbaşa yarış zamanı yüksəksürətli kanallar üzrə “SAP” data-mərkəzi üzərindən məşqçi qərargahına ötürülür. Belə məşqçilər və texniki mütəxəssislər, hətta trekdə olmadıqları vaxt baş verən hadisələri müşahidə edə və operativ şəkildə yürüşçüyə trasın keçmə strategiyasına düzəliş etməyə kömək edə bilərlər. Bu, müasir idarəçilərin işinə bənzəyir, onlardan istənilən vaxt əlaqədə olmaq, vəziyyəti nəzarətdə saxlamaq və bazardakı dəyişikliklərə rəqiblərdən daha tez reaksiya vermək tələb olunur. Bunun üçün biz 2015-ci ildə bazara S/4HANA kimi yeni həllimizi təqdim etmişik və bu həll bu gün Azərbaycan bazarında da mövcuddur.
Bundan başqa, bizim üçün “Əşyaların interneti” ilə bağlı hər bir şey maraqlı və perspektivdir. Bu texnologiya bütün dünyanın etibarını qazanır: analitiklərin qiymətləndirmələrinə görə, 2020-ci ilədək 50 milyard qurğu şəbəkəyə qoşulacaq və bir-biri ilə bağlı olacaq. Biz anlayırıq ki, bu innovativ texnologiya hələ inkişafa təzə başlayır və müştərilərimizə sürətlə yaranan imkanlardan istifadə etməkdə kömək edirik.
Üçüncü, ən önəmli tendensiyanı biz buluda keçidi hesab edirik. İqtisadi burulqanlıq şəraitində şirkətlərin mürəkkəb İT infrastrukturların yaradılması üzrə uzunmüddətli layihələrə investisiya yatırmaq imkanı getdikcə daha da azalır. Bundan başqa, ölkədə İT mütəxəsislərin çatışmazlığı özünü büruzə verir. Bu arada, dövlət səviyyəsində yaradılmış bulud, istənilən miqyasda şirkətlərin: dövlət qurumlarından başlayaraq, startaplaradək, məlumatlarını saxlamaq və emal etmək üçün tələb olunan resurslarla təmin etməyə imkan verir. Bu nöqteyi-nəzərdən “SAP” ilə ADA Universitetinin birgə təşəbbüsü çərçivəsində “SAP” “Business One 9.0” üzərində kiçik və orta müəssisələr üçün bulud sistemi yaradılır.
“SAP” şirkətinin həlləri Azərbaycanda nə dərəcədə aktiv tətbiq edilir və necə hesab edirsiz, yerli şirkətlərə və dövlət qurumlarına hansı həllər faydalı ola bilər?
“SAP” şirkəti Azərbaycanda artıq 7 ildən çoxdur ki fəaliyyət göstərir. Bizim həllərin tətbiqi qabaqcıl Azərbaycan şirkətlərinə müxtəlif sahələrdə bizneslərini idarə etməyə imkan verir. İlk növbədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlığımızı qeyd etməliyəm, burada “SAP”-ın geniş çeşiddə həlləri tətbiq edilib. “Azersun Holding” və Xəzər dəniz gəmiçiliyində bizim çox maraqlı həllərimizdən istifadə olunur. Hazırda “PASHA Holding”də “SAP” “BPC” həllinin tətbiqi üzrə innovativ layihənin həyata keçirilməsi üzrə işlər aparılır. “PASHA Bank”, “DemirBank”, “AzeriCard” (prosessinq mərkəzi) idarəetmə sistemlərini məhz bizim həllər üzərində inkişaf etdirirlər. Telekommunikasiya sahəsində biz “Azercell Telecom” şirkəti ilə əməkdaşlıq edirik. Eyni zamanda, artıq biz “Nobel Oil”, “Bos-Shelf”, “SOCAR AQS”, “Norm” sement zavodunda işə başlamışıq. Energetika sahəsində isə “Azərişıq” ilə əməkdaşlıq edirik. Bununla yanaşı, biz həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri ilə də vacib sosial əhəmiyyətli layihələr həyata keçiririk.
Yəqin ki bilirsiniz, Azərbaycanda 2017-ci ildə IV İslam Həmrəylik Oyunları – “İslamiada” keçiriləcək, eyni zamanda bir sıra müxtəlif yönümlü dövlət layihələri həyata keçirilir. “SAP” şirkəti bu sahələr üzrə hansı maraqlı həllər təqdim edə bilər?
Bəli, artıq iki il sonra Azərbaycan “İslamiada-2017” yarışlarını qəbul edəcək, bu yaxınlarda isə Bakıda böyük uğurla Birinci Avropa Oyunları keçirilib. Bu cür yarışmaların keçirilməsi təkcə idmanın daxili təbliği üçün vacib deyil: bu ölkə üçün böyük şərəf və beynəlxalq səviyyədə yeni tərəqqi dövründə əldə edilən nailiyyətləri nümayiş etmək üçün gözəl fürsətdir. İdman ölkə üçün vacib sahələrdən biridir və Azərbaycan Prezidenti İlham Əliyevin hər il martın 5-də Fiziki mədəniyyət və idman gününün bayram kimi qeyd edilməsi haqda 2005-ci il martın 4-də imzaladığı fərman idmanın sağlamlığın qorunmasında və möhkəmləndirilməsində, gənclərin fiziki inkişafında və beynəlxalq arenada yeni zirvələrə nail olmaqda rolunu vurğulayır.
Texnologiyalar, qlobal rəqabətli iqtisadiyyat yaratmaqda dəstək olduğu kimi, idmanın da təkmilləşdirilməsinə kömək edir.
“SAP” həllərinin idmanın inkişafına və yeni rekordların yaranmasına təsirini göstərmək üçün bir neçə misal gətirə bilərəm. “SAP”-ı Almaniya yığmasının Braziliyada keçirilmiş dünya çempionatında qalibiyyətinin həmmüəllifi adlandırmaq olar. Məşq prosesində komanda “SAP Match Insights” həllindən istifadə edib. Bu həll hər bir idmançının məşqlərdə və oyun meydanında işini təhlil etməyə, ən effektiv heyət seçməyə, oyunçuların və oyun kombinasiyalarının nəticələri haqda dəqiq məlumat almağa imkan verirdi. Bu həllərlə məşqçilər və menecerlər istənilən şəraitdə işləyə bilərlər - meydanda, ofisdə, hətta səfər zamanı belə.
Şirkətimiz NBA, НХЛ və digər məşhur idman birlikləri və klubları ilə yaxın tərəfdaşdır.
Belə ki, “sap.nba.com” saytında proqnoz təhlili “SAP” həlləri üzərində emal edilir və məlumat bazasına demək olar liqanın yaradılışından olan arxivlər daxil edilib. Təəccüblü deyil ki, bu bölümün açılışı NBA fanatları tərəfindən ilin ən vacib hadisəsi kimi qəbul edilib. Biz əminik ki, əldə edilmiş zəngin təcrübə Azərbaycanda idmanın inkişafı üçün də faydalı olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 1426
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”