Tarix:17/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, dünyada fəaliyyət göstərən təşkilatların 97%-i çoxvektorlu, genişmiqyaslı və sürətlə yayılan "Beşinci nəsil" (“Gen V”) hücumlarına qarşı hazır deyillər. İnformasiya təhlükəsizliyi üzrə direktorların 77%-i təşkilatların belə müasir kiberhücumlara qarşı hazır olmamasından və şirkətlərin təhlükəsizlik infrastrukturlarının köhnəlməsindən narahat olduqlarını bildiriblər.
"Gen V kiberhücumları daha tez-tez olur – “Enterprise Strategy Group” şirkətinin kibertəhlükəsizlik üzrə baş analitiki və qrupun rəhbəri Duq Kaxil deyib. Tibbi müəssisələr, dövlət xidmətləri, böyük korporasiyalar və sairə risk altındadır. Bu gün şirkətlərin 97%-i “Gen V” kiberhücumlarına qarşı mübarizə apara bilən həllərə malik deyillər və bunu aradan qaldırmaq lazımdır".
“2018 Security Report” adlı hesabata əsasən, rəsmi mağazalar vasitəsilə yayılan 300-dən çox mobil proqram zərərverici koda malikdir. “Check Point” mütəxəssisləri, həmçinin qeyd edirlər ki, “bulud”dan gələn təhdidlərin sayı, kriptomaynerlərin hücumları, “macOS” və “IoT” qurğularının boşluqları artmağa davam edir.
Emil Hüseynov
Demək olar ki, heç bir şirkət "beşinci nəsil" kiberhücumlarına qarşı hazır deyil
İnformasiya təhlükəsizliyinin təmini üzrə həllərin istehsalçısı olan “Check Point Software Technologies” şirkəti müxtəlif sahələri təmsil edən şirkətlərin üzləşdiyi kibertəhdidlərə həsr edilmiş “2018 Security Report” adlı hesabatını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, dünyada fəaliyyət göstərən təşkilatların 97%-i çoxvektorlu, genişmiqyaslı və sürətlə yayılan "Beşinci nəsil" (“Gen V”) hücumlarına qarşı hazır deyillər. İnformasiya təhlükəsizliyi üzrə direktorların 77%-i təşkilatların belə müasir kiberhücumlara qarşı hazır olmamasından və şirkətlərin təhlükəsizlik infrastrukturlarının köhnəlməsindən narahat olduqlarını bildiriblər.
"Gen V kiberhücumları daha tez-tez olur – “Enterprise Strategy Group” şirkətinin kibertəhlükəsizlik üzrə baş analitiki və qrupun rəhbəri Duq Kaxil deyib. Tibbi müəssisələr, dövlət xidmətləri, böyük korporasiyalar və sairə risk altındadır. Bu gün şirkətlərin 97%-i “Gen V” kiberhücumlarına qarşı mübarizə apara bilən həllərə malik deyillər və bunu aradan qaldırmaq lazımdır".
“2018 Security Report” adlı hesabata əsasən, rəsmi mağazalar vasitəsilə yayılan 300-dən çox mobil proqram zərərverici koda malikdir. “Check Point” mütəxəssisləri, həmçinin qeyd edirlər ki, “bulud”dan gələn təhdidlərin sayı, kriptomaynerlərin hücumları, “macOS” və “IoT” qurğularının boşluqları artmağa davam edir.
Emil Hüseynov
Baxış sayı: 421
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb