Tarix:13/02/12
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir.
Elə bu səbəbdəndir ki, təbii sərvətlərə arxalanan iqtisadiyyatdan texnoloji tutumlu və elmi biliklərə əsaslanan iqtisadiyyata keçid yolunda ölkədə ciddi addımlar atılmaqdadır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində hazırda məqsədyönlü siyasət aparılır, genişmiqyaslı proqramlar reallaşdırılır və müxtəlif layihələr əsasında İKT sektoru durmadan inkişaf etdirilir.
Ölkədə yüksək texnologiyalara əsaslanan innovasiya tipli iqtisadi sektorun qurulması üçün nanotexnologiya, biotexnologiya və ümumiyyətlə, yeni texnologiyaların inkişafı əsas hədəflərdən biridir. Bütün bunların həyata keçirilməsi və nailiyyətlərin əldə olunması üçün də Azərbaycanın kifayət qədər inkişaf etmiş elmi-texniki və təhsil potensialı mövcuddur. Ona görə də bu istiqamətdə atılan addımlar tez bir zamanda öz bəhrəsıni verməkdədir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə ilə də elə məhz təbii sərvətlərə arxalanan iqtisadiyyatın elm tutumlu, innovasiya yönümlü iqtisadiyyata keçidi zəruri edən amillər ətrafında söhbətləşdik. Millət vəkili qloballaşan dünyanın ən böyük problemlərindən biri kimi təbii resurslardan qeyri-düzgün istifadə məsələsinə diqqət çəkdi: «Böyük sənaye inqilabının başlanması, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, dünya müharibələri təbii sərvətlərdən istifadənin daha sürətlə aparılmasına güclü təkan verdi.
XX əsrin əvvəllərində dünyada cəmi 10-15 milyon ton neft hasil edilirdi. Bunun da yarısı Bakının payına düşürdü. Amma bu gün dünyada hasil edilən neftin həcmi 100 milyon tonlarla hesablanır. Təkcə onu demək kifayətdir ki, son bir neçə il ərzində artıq Azərbaycanda 1 milyard tondan çox neft hasil edilib. Dünyanın iri, nəhəng neft hasil edən ölkələrində isə bu rəqəm daha böyükdür.
Eləcə də yanacağın digər növləri – kömür, təbii qaz və sairəni də bura əlavə etmək olar. Statistikaya görə, bir il ərzində dünyada hasil edilən neftin miqdarı tarix boyu 20-ci əsrə qədər hasil edilən neftin həcmindən dəfələrlə çoxdur. Eləcə də meşə məhsulları, daş kömür və digər təbii sərvətlərdən geniş istifadə olunur. Təbii ki, təbii sərvətlərdən bu cür intensiv istifadənin müsbət və mənfi tərəfləri var.
İlk növbədə təbii sərvətlərdən istifadənin sürətlə artması iqtisadi inkişafı sürətləndirib. Çünki yanacaq olmadan heç bir sənaye mərkəzi, nəqliyyat, rabitə sistemi fəaliyyət göstərə bilməz, eləcə də sosial sfera. Yanacaq ehtiyatlarından istifadə isə öz növbəsində təbii sərvətlərə əsaslanır.
Bir tərəfdən yanacaq, elektrik enerjisi istehsal edən ölkələr iqtisadi baxımdan qüdrətlənir, digər tərəfdən milyon hektarlarla meşə sahələri azalıb, torpaqlar səhralaşıb, erroziyaya uğrayıb. Təbii sərvətlərdən istifadə bir tərəfdən ölkələrin inkişafına xidmət edibsə, digər tərəfdən bir çox təbii kataklizmlər yaradıb ki, onların da fəsadlarını biz bu gün hiss edirik.
Ona görə də hazırda dünyada problem belə qoyulur: hansı səviyyədə təbii sərvətlərdən istifadə etmək və onun azalmasının qarşısını hansı amillərlə almaq olar ki, inkişaf dayanmasın».
Z.Səmədzadə bildirib ki, bir çox dövlətlər, xüsusilə də inkişaf etmiş ölkələr təbii sərvətlərdən istifadənin həddən artıq çoxalmasının mənfi cəhətlərini əsas tutaraq dövlətlərin Avropa İttifaqının (Aİ) "Kioto protokolu"na qoşulmasını təklif edirlər.
Bu təklifə razılıq verənlər olsa da, ondan imtina edənlər də var. Ona görə də indiyə qədər bu proses öz həllini tapmayıb: «Çünki bu sazişə qoşulmağa o ölkələr razılıq veriblər ki, artıq onlar inkişaf etmiş ölkələr səviyyəsindədir. Sənayenin inkişaf səviyyəsinə görə digər ölkələrdən qat-qat qabaqdadırlar. İndi də onlar az yanacaq sərfilə, müasir texnologiyalardan istifadə etməklə iqtisadiyyatlarını inkişaf etdirmək istəyirlər.
Lakin Çin, Hindistan, Rusiya, Braziliya kimi nəhəng ölkələr bu sazişə qoşulmaq istəmirlər. Çünki onlar deyirlər ki, siz inkişaf etmisiz, yüksək səviyyəyə çatmısız, biz isə dəfələrlə geri qalırıq. İndi geriliyi aradan qaldırmaq, iqtisadiyyatımızı inkişaf etdirmək üçün təbii sərvətlərdən istifadə etməliyik ki, bunlar reallaşsın. Yəni bu gün dünya bu problemlə üz-üzə qalıb. Bir tərəfdən təbii sərvətlərdən istifadə genişlənir, digər tərəfdən bu genişlənmə çox ağır problemlər yaradır».
Z.Səmədzadə əlavə edib ki, təbii sərvətlərin bolluğu hələ ölkənin inkişafı demək deyil. Komitə sədrinin sözlərinə görə, tarix göstərir ki, bir ölkədə təbii sərvətlər bol ola bilər, onlar hasil edilə və dünya bazarına çıxarıla bilər. Lakin bu, hələ o demək deyil ki, təbii sərvətləri istehsal edən ölkələrin hamısı xoşbəxt yaşayır: «Tarixən hasiledici sənayesi yüksək olan ölkələrdə inkişaf səviyyəsi aşağı olub.
Bu fikrimi isbat etmək üçün Afrika və ərəb ölkələrini, İndoneziya və Venesuelanı misal çəkə bilərəm. Deməli, əsas məsələ ondan ibarətdir ki, hasiledici sənayesi yüksək inkişaf edən ölkələrdə siyasi quruluşun mahiyyəti və eləcə də iqtisadi sistemin mahiyyəti nədən ibarətdir, ölkədə aparılan iqtisadi islahatların xarakteri, onların sosial islahatlarla əlaqəsi nə səviyyədədir.
Bizim nümunəmiz onu göstərir ki, neft hasil edən ölkə kimi artıq Azərbaycan dünyada dinamik inkişaf etmiş ölkələr kimi tanınır. Mən hesablamalar aparmışam. XX əsrin əvvəllərindən indiyə qədər Azərbaycanda iqtisadi inkişaf səviyyəsi digər ölkələrin inkişaf səviyyəsindən üstün olub. Baxmayaraq ki, bizim iqtisadiyyatımızda aparıcı yerlərdən birini neft tutur.
Deməli, məsələ hasiledici ölkənin hansı siyasət aparmasındadır. Əgər siyasəti düzdürsə, iqtisadi siyasət sosial siyasətlə əlaqəli aparılırsa, ölkənin daxilində sabitlik, intizam varsa, dövlətin milli mənafeyini qorumaq iqtidarında olan bir sistem varsa, təbii ki, bu, müsbət nəticələrə gətirib çıxaracaq. Nigeriyada Azərbaycandan da çox neft hasil olunur, amma orada ölkənin inkişaf səviyyəsi olduqca aşağıdır. Burdan da görünür ki, əsas məsələ ölkənin inkişaf modelidir, onun mahiyyətidir».
Z.Səmədzadə vurğulayıb ki, dünyada təbii sərvətləri o qədər də olmayan ölkələr var. Yaponiyanın yanacaq sərvətinin olmadığını önə çəkən millət vəkili əlavə edib ki, Almaniyanın yanacaq sərvəti əsasən daş kömür hesabına təmin olunur. Amma buna baxmayaraq onlar inkişafın səviyyəsinə görə bu gün dünyada ən qabaqçıl ölkələrdir.
Millət vəkilinin sözlərinə görə, sözügedən dövlətlərin uğuru sənayeləşmə siyasətində qeyri-yanacaq tutumlu istehsal sahələrinə diqqət yetirmələrindədir. Bu səbəbdən Azərbaycanda da innovasiyalı iqtisadiyyata keçidin vacibliyini qeyd edən komitə sədrinin sözlərinə görə, bu keçidin ana xəttini də təbii sərvətlərə deyil, insan amilinin gücünə, elminə arxalanaraq elm, innovasiya tutumlu istehsal sahələrini inkişaf etdirmək tutur: «Gələcək heç şübhəsiz ki, bu amilin hesabına təmin olunacaq.
Təbii sərvətlər tükənməz deyil. Bir var bərpa olunan enerji mənbələri, bir də var bərpa olunmayan enerji mənbələri. Neft, daş kömür hasil edən ölkələrin bəzilərində artıq mədənlər, şaxtalar bağlanılır, minlərlə insan işdən çıxarılır. Yəni ölkənin gələcəyini bir sahəyə bağlamaq qətiyyən düzgün deyil. Azərbaycan dövləti və möhtərəm Prezidentimiz bütün bu amilləri nəzərə alaraq qeyri-neft sektorunun üstün inkişafını prioritet istiqamət kimi müəyyən edib.
Yəni biz getdikcə iqtisadiyyatımızın təbii sərvətlərdən asılılığını aşağı salırıq. Artıq bu istiqamətdə böyük işlər görülür. Ölkədə istehsal edilən ümumi daxili məhsulun getdikcə daha çox hissəsi qeyri-neft sektorunun hesabına təmin olunur. Cənab Prezident İlham Əliyev bildirir ki, «neft məqsəd deyil, vasitədir».
Biz neftdən ona görə istifadə edirik ki, iqtisadiyyatımızın gücünü artıraq, ölkəmizin valyuta ehtiyatlarını çoxaldaq. Neftdən əldə olunan gəlirləri iqtisadiyyatımızın inkişafına, sosial problemlərin həllinə yönəldək. Bu istiqamətdə də əldə olunan nailiyyətlər, uğurlar göz qabağındadır. Azərbaycanın artıq 40 milyarddan çox valyuta ehtiyatları var.
Bizim 22 milyardlıq dövlət büdcəmiz mövcuddur. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında neft faktorunun, Neft Fondunun vəsaitlərinin böyük rolu var. Amma ölkə başçısı istəyir ki, elə edək ki, gələcəkdə iqtisadiyyatımızda müasir texnologiyalara əsaslanan yeni bir sahə qurulsun. Bu istiqamətdə də nailiyyətlər göz qabağındadır.
Bu yaxınlarda Davos forumunda cənab Prezident İlham Əliyevin çıxışı da çox böyük marağa səbəb oldu. Strateji məkanda yerləşən, zəngin neft yataqları ilə məşhur olan Azərbaycan artıq iqtisadi siyasətində qeyri-neft sektorunu, innovasiyalı iqtisadiyyatın yaranmasını ön plana çəkir.
Heç şübhəsiz ki, bu problemin həllində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çox mühüm rol oynayır. Akademik Əli Abbasov özünün bilavasitə araşdırmaları, bu sahəyə məharətlə, uğurla rəhbərlik etməsi, yenilikləri Azərbaycanda tətbiq etməsi üçün real şəraitin yaradılması istiqamətində çox böyük işlər görür».
Bu gün artıq informasiya texnologiyaları üzrə məhsulun artım tempinin ümumi daxili məhsulun artım tempindən qat-qat yüksək olduğunu deyən Z.Səmədzadə Azərbaycanın kosmosa peyk buraxmağa hazırlaşdığını vurğulayıb: «Ərazisi o qədər böyük olmayan Azərbaycan dünyada azsaylı ölkələrdən olacaqdır ki, onların özlərinin peykləri var.
Peykimizin orbitə buraxılması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin artmasını, elmimizin inkişaf səviyyəsini göstərir. Ölkədə bu istiqamətdə çalışan alimlərin, professional mühəndislərin olmasını göstərir və bu, bütövlükdə cəmiyyətdə yeni bir təbəqənin formalaşmasının əsaslarını qoyur. Mənim arzum ondan ibarətdir ki, bizim qeyri-neft sektorumuz şaxələnsin.
Bu gün qeyri-neft sektorundan ümumi şəkildə danışırıq. Amma bir müddətdən sonra qeyri-neft sektorunun daxilində hansı sahələrin daha prioritet elan edilməsindən danışmalıyıq. Fikrimcə, belə bir bölgü, struktur təhlilləri aparılmalıdır. Heç şübhəsiz ki, bu sahədə rabitə və informasiya texnologiyalarının rolu müstəsna əhəmiyyət kəsb edir».
Xarici bazarlara çıxmaq üçün rəqabətə davamlı, innovasiya tutumlu məhsullar istehsal etməyin vacibliyini qeyd edən Z.Səmədzadə söyləyib ki, Azərbaycanın ixrac potensialının nə qədər olduğu hər zaman müqayisə edilməlidir: «İxrac potensialımızın strukturu nədən ibarətdir, hansı ölkələrlə rəqabət üstünlükləri ilə qalib gələ bilərik və sair bu kimi məsələlər araşdırılmalıdır.
Azərbaycanın rəqabət üstünlükləri, əlverişli şəraiti, nəqliyyat qovşaqları, bir neçə alternativ neft marşrutları var. Amma eyni zamanda bizim bir çox məhsullar üzrə rəqabət üstünlüklərimiz o qədər də yoxdur. Biz təbii rəqabət üstünlüklərindən texnoloji rəqabət üstünlüklərinə getməliyik ki, bu istiqamətdə də artıq işlər qurulub. Nə etməliyik? Biz heç şübhəsiz ki, bu sahənin strateji istiqamətlərini müəyyən etməliyik.
Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən biz 2014-cü ildən 2020-ci ilə qədər iqtisadiyyatımızı 2 dəfə artırmalıyıq. Bu artımın içərisində, innovasiyalı iqtisadiyyatın, müasir texnologiyaların, elmə, biliyə əsaslanan iqtisadiyyatın payını çoxaltmalıyıq. Bunun üçün də vergi sistemini, qanunvericilik bazasını təkmilləşdirməliyik, yeni kadrlar hazırlamalıyıq.
Bütövlükdə irəlidə Azərbaycan hökumətini, iqtisadi strukturlarını, ilk növbədə alimlərini, professorlarını böyük işlər gözəyir. Mən əminəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlər uğurla reallaşdırılacaqdır.
Biz də dünyaya bəyan edəcəyik ki, Azərbaycanın ümumi daxili məhsulunun strukturunda qeyri-neft sektoru, informasiya texnologiyalarına, müasir biliklərə, savada əsaslanan sahələr üstünlük təşkil edir. Biz bəyan edəcəyik ki, ölkəmizin yeni nəsli bu istiqamətdə tərbiyə alır və öz dövlətinin, ölkəsinin, xalqının gələcəyi üçün fədakarcasına çalışır».
SEYMUR
Ölkəmizdə “Qara qızıl insan qızılına” çevirilir
ZİYAD SƏMƏDZADƏ: « TƏBİİ SƏRVƏTLƏRİN BOLLUĞU ÖLKƏLƏRİN DAVAMLI İQTİSADİ İNKİŞAFINA ZƏMANƏT VERMİR»Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir.

Baxış sayı: 1753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”